Qubada camaatı dinləyən yoxdur... - "Kəndə baxan yoxdur..."

Qubanın Gədikqışlaq kənd sakinləri susuzluqdan əziyyət çəkirlər. “Əziyyət çəkmək” ifadəsi də yumşaq səslənir. Kənddə içməli su yoxdur. İnfrastruktur bərbad gündə olduğundan, su mənbələrinə gedib çıxmaq da mümkünsüzdür. Kənd camaatı çarəsiz vəziyyətdədir. Sakinlər oktyabrın 2-də sosial mediada “Azərsu”ya müraciət ünvanlayıblar. Onlar onillərdir problemin həll olunmadığını bildiriblər. Paylaşımlara “Azərsu” heç bir reaksiya verməyib. Kənd sakini Vüqar Mehrəliyev yazır ki, dərdlərini deməyə yer də yoxdur.

"dogruxeber.tv" Bizimyol.info-ya istinadla xəbər verir ki, Gədikqışlaq camaatı su üçün Samur-Abşeron kanalına üz tutmalı olurlar. Hətta qadınlar belə, həyatlarını riskə atır, kəndirlə kanala enirlər, vedrələrlə su götürməyə çalışırlar. Bunu da təkcə məişət qayğılarını həll etmək üçün istifadə etmirlər. Sonradan suyu duruldaraq içirlər. Gədikqışlaqda mal-qara da insanlar kimi içməyə su tapmır. Yaşlı sakinlər deyir ki, kəndin gününü həmişə belə görüblər. Sakinlərdən biri Bakıya köçməkdən başqa yol qalmadığını deyir: “Çünki susuz yaşamaq mümkünsüzdür. Suya görə kənd adamları bir-biri ilə üz-göz olur. Kəndə baxan yoxdur”.

Quba Su-Kanal İdarəsindən bildirirlər ki, kəndin içməli yox, müəyyən suvarma su problemi yarana bilər. Halbuki Gədikqışlaqda istənilən növ su əldə etmək müşkül məsələdir. 21-ci əsrdə insanlar kəndirlə kanala enərək su götürməyə cəhd göstərir. Başqa vaxt Azərbaycanı regionun lider dövləti adlandırırıq. Gədikqışlaqda insanlar palçıqlı su ilə məişətdə təmizlik yaratmağa çalışırlar. Belə su, həm də xəstəlik mənbəyidir. İnternet axtarış sistemlərindən statistika üçün istifadə etmək yerinə düşər. Görəcəksiniz ki, Gədikqışlağın neçə sakini kanalda boğulub. İnsanlar su əldə etmək üçün gecə-gündüz kanalın kənarında dayanırlar. Vedrələrlə yığılan su dərin çəlləklərə tökülür. Günlərlə gözləyirlər ki, müəyyən qədər durulsun, sonra içə bilsinlər.

İnsanları bu şərtlərlə yaşamağa məcbur etmək cinayətdir. Məsul qurumlar məsuliyyətini anlamalıdır. “Azərsu” vətəndaşa hörmətsizliyi dayandırmalıdır. Gədikqışlaq kənd sakinlərinin səsini eşitmək lazımdır.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər