İran ABŞ-dən 50 mlrd dollar təzminat tələb edir

Tehran məhkəməsi 2020-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsinə görə ABŞ administrasiyasına, Amerika qurumlarına və bızi rəsmi şəxslərinə təxminən 50 milyard dollar təzminat ödəməyə məhkum edib.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Bildirilir ki, Tehran Beynəlxalq Əlaqələr Mülki Məhkəməsi 3 min 318 şikayətçinin tələbi ilə açılan işdə ABŞ hökumətinin qurumları və bu ölkənin özəl və hüquqi şəxslərinə maddi, mənəvi və cəza təzminatının ödənilməsinə qərar verib.

Qərara əsasən, ABŞ hökumətindən əlavə, sui-qəsdin sifarişçisi olan o vaxtkı ABŞ prezidenti Donald Tramp və keçmiş dövlət katibi Mayk Pompeo da daxil olmaqla 42 fiziki və hüquqi şəxs, o zamankı ABŞ-ın yüksək rütbəli rəsmiləri və təşkilata bağlı qurumlar 49 milyard 770 milyon dollar təzminatla cəzalandırılıb.

Xatırladaq ki, 3 yanvar 2020-ci ildə ABŞ Bağdad Hava Limanında Qüds Qüvvələrinin komandanı Süleymani və Həşdi Şaabi sədr müavini Əbu Mehdi əl-Mühəndisin karvanına MQ-9 adlı PUA ilə hava hücumu həyata keçirib. Hücumda həm komandirlər, həm də İraq və İran hərbi rəsmiləri də daxil olmaqla ümumilikdə 10 nəfər həyatını itirib.

ABŞ-nin o zamankı prezidenti Donald Tramp ABŞ-ı təhdid etdiyini əsas gətirərək Süleymaninin öldürülməsi əmrini verdiyini açıqlamışdı.

İran məhkəməsi sentyabrın 27-də Tramp da daxil olmaqla 73 amerikalıya qarşı “Qasım Süleymani və ətrafına qarşı terror aktları törətmək, terrorizmi təşviq etmək və fundamental insan haqlarını pozmaq” kimi ittihamlarla iddianamə hazırlandığını açıqlayıb.

Son xəbərlər

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Bütün xəbərlər