Azərbaycanda dəniz suyunun içməliyə çevrilməsi layihəsinə 8 şirkət maraq göstərib

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı pilot layihəsi həyata keçiriləcək.

dogruxeber.tv"ın  İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirlik tərəfindən zavodun layihələndirilməsi, tikintisi, maliyyələşdirməsi və idarə edilməsi layihəsi üçün potensial investorların cəlb olunması məqsədi ilə bu ilin fevralın 8-də elan olunmuş müsabiqənin ixtisas uyğunluğunun qiymətləndirilməsi ilə bağlı birinci mərhələsi başa çatıb.

Müsabiqədə iştirak etmək üçün 8 şirkət tərəfindən müvafiq sənədlər İqtisadiyyat Nazirliyinə təqdim edilib. İxtisas qiymətləndirməsinin nəticələrinə uyğun olaraq tələblərə cavab verən 5 şirkətə müsabiqənin şərtlər toplusu göndərilib. Növbəti mərhələdə müsabiqənin keçirilməsi ilə bağlı digər zəruri tədbirlər görüləcək.

Bu ilin iyul ayının 1-dək şirkətlər tərəfindən təkliflər təqdim olunacaq, sonra təkliflər qiymətləndiriləcək. Layihə təkliflərinin qiymətləndirilməsi nəticəsində müsabiqə qalibi elan ediləcək və dövlət-özəl tərəfdaşlığı müqaviləsi bağlanacaq.

Suyun keyfiyyəti, infrastrukturun vəziyyəti, ətraf mühit kimi məsələlər nəzərə alınmaqla layihənin Sumqayıt şəhərində icra edilməsi nəzərdə tutulur. Əhalinin və iqtisadiyyatın ehtiyacları, ölkənin su proqnozlarının nəticələrinə əsasən növbəti illərdə içməli suya olan tələbatın artacağı nəzərə alınaraq layihənin istehsal gücü illik 100 milyon kubmetr olacaq.

Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihələri dünyanın bir sıra ölkələrində icra edilir. Qlobal istiləşmə, su ehtiyatlarının səmərəsiz istifadəsi və dünyada artan quraqlıq içməli suyun istehsalı üçün duzsuzlaşdırma zavodlarının fəal istifadəsinə təkan verib.

Son illərdə dünyada dəniz suyunun duzsuzlaşdırılması layihələrində “Əks Osmos” (Reverse Osmosis) texnologiyası tətbiq edilir. Bir sıra ölkələrdə bu layihələr dövlət-özəl tərəfdaşlığı modeli ilə həyata keçirilir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail kimi Yaxın Şərq ölkələrində bu layihələr geniş yayılmışdır. Həmçinin, ABŞ, Avstraliya və bir sıra başqa ölkələrdə də duzsuzlaşdırma zavodları fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycanda su ehtiyatlarından istifadənin yaxşılaşdırılması, su təhlükəsizliyinin təmini, əhalinin içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlbi sosial-iqtisadi inkişafda önəm kəsb edir. Dövlət başçısının dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsinə dair Sərəncamının icrası məqsədi ilə İqtisadiyyat Nazirliyində aidiyyəti qurumların nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb, layihənin icrasına texniki, maliyyə və hüquq sahələrində beynəlxalq təcrübəyə sahib məsləhətçilər cəlb olunub.

Oxunub: 299

Son xəbərlər

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

“iPhone 18 Pro” bu rəngdə olacaq

Benilüks ölkələrindən Azərbaycana HÜCUM – Bakıdan REAKSİYA

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth etdi

İlham Əliyev bu sessiyanın iştirakçılarına müraciət edib

Türkiyə Ukrayna və Rusiya danışıqlarına ev sahibliyi etməyə hazırdır

İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib

Bütün xəbərlər