Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

dogruxeber.tv: - Bu gün bəzi bələdiyyələrin vətəndaşları aldadaraq qanunsuz torpaqların satılması halları mövcuddur. Həmin bələdiyyə sədrləri öz balansında olan torpaqlara əl atırlar. Bununla kifayətlənmir və "Ehtiyat Fondu"nda olan torpaqları belə vətəndaşlara satırlar. Beləliklə vətəndaş aldadılır və qanunsuz torpağı almış olur. Bu zaman dövlət tərəfindən vətəndaşın tikdiyi ev sökülür yaxud torpaq əlindən alınır. Bu baxımdan vətəndaş aldığı torpağın qanunsuz olub-olmadığını necə bilər? Eyni zamanda vətəndaş bələdiyyə tərəfindən aldadıldığı üçün sökülən evinə görə təzminat ala bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekpert Elnur Fərzəliyev deyib ki, ölkəmizdə bələdiyyələr 1990-cı ildə yaranıb. 2000-ci ildən 2008- i ilə qədər bələdiyyələrə torpaq satmaq səlahiyyəti verilib. Bələdiyyələrə satmaq üçün torpaqlar sahələri ayrılsa da, lakin həmin torpaqların xəritəsi ayrılmayıb. Bələdiyyələrə qədər həmin torpaqlar hansısa bir dövlət təşkilatının və bir qurumun balansında olub:

"Bələdiyyələrdə onları vərəqə torpaqları adı kimi satıblar. Burada məsələyə biz digər tərəfdən baxsaq, əsas problem ondan yaranır ki, torpaqların xəritəsinin olmaması belə böyük problemlərə yol açıb. Bundan əlavə bələdiyyələr tərəfindən satılan torpaqların böyük bir hissəsi zamanında çıxarışla təmin olunub. Çıxarışla təmin olunmayan torpaqlara çıxarışların verilməməsində müxtəlif səbəblər var. Səbəblərdən biri onlara həmin torpaq sahələri ayrılan zaman verilməsi ilə bağlı sərəncam yaxud bələdiyyə qərarı olur. Onların arxiv kökünün olmaması bir problemdir. Həmin torpaqları satarkən bələdiyyə tərəfindən kadastr planı, yerləşdiyi koordinatlar göstərilməlidir. Bu koordinatlar daha çox Torpaq Komitəsi tərəfindən verilirdi".

Ekspertin sözlərinə görə, torpaqları bələdiyyələrə verərkən onların təyinatlarının dəyişdirilməməsi belə, bu gün çox böyük problemlərə yol açıb. Bu baxımdan problemin həlli vətəndaş tərəfindən mümkün deyil. Çünki vətəndaşın iradəsi və gücü çatmayan bir məsələ var. Torpağın təyinatının dəyişilməsi bu problemlərə aiddir:

"Bununla əlaqədar əmlak amnistiyasının olacağı ilə bağlı medialarda ciddi məlumatlar yaranır. O cümlədən yeni portalın hazırlanıb istifadəyə verilməsi gözlənilir. Bu portalın istifadəsi gözlənilir ki, bunun vasitəsilə vətəndaşlar evlərini çıxarışla təmin edə biləcəklər. Bələdiyyə tərəfindən ayrılmış torpaq sahələrinin üzərində çox böyük bir hissəsi tikintilər tikilib və yaşayış massivlərinə çevrilib. Burada problem təyinatla bərabər olduğu üçün, zamanında bələdiyyələr qadağa olunmuş ərazilərdə torpaq satışları həyata keçiriblər. Bu qadağan olunmuş ərazilər elektrik naqillərinin altı, kommunikasiya xətlərinin yaxınlığı və neft buruqları ətrafında neytral zona gözlənilməli idi".

Elnur Fərzəliyev qeyd edib ki, il sonuna qədər çıxarışların verilməsi təmin olunacaqsa belə, həmin ərazilərdə tikilmiş evlər və ayrılmış torpaqlar sahələrinə çıxarışın verilməsi qanunauyğun deyil:

"Düşünürəm ki, həmin ərazilər çıxarışla təmin olunmayacaq. Sökülən hər bir ev əgər hər hansısa tikinti işlərinə başlanılıbsa, onun sökülməsi mümkündür. Vətəndaşa həmin ərazi ilə bağlı xəbərdarlıq edilir. Vətəndaş həmin xəbərdarlığa meyil qoymursa, belə olan halda aidiyyəti qurumlar tərəfindən həmin ev sökülür. Lakin yaşayış olan fərdi yaşayış evləri qadağan olunmuş ərazidə inşa edilib yaxud torpağın sənədi düzgün deyilsə onların söküntüsü üçün məhkəməyə qərarı tələb olunub. Belə əmlakları məhkəmə qərarı olmadan sökülmür".//siam.az

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər