Baş nazirin sabiq müavininin deputatlığa NAMİZƏD QIZI... - Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyasına start verilib.

"dogruxeber.tv" Yenicag.az-a istinadən xəbər verir ki, builki parlament seçkilərində bir çox vəzifəli şəxslərin və məmur övladları da bu seçkidə deputat mandatı uğrunda yarışa qatılıb. Belə namizədlərdən biri də sabiq baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızı Günay Əfəndiyevadır.

Qeyd edək ki, Xalq yazıçısının qızı Günay Əfəndiyeva namizədliyini 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən irəli sürüb. Günay Əfəndiyevanın namizəd olduğu dairədən Yeni Azərbaycan Partiyasınını namizədi 149 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəsulova Vüsalə Elman qızıdır. 1979-cu ildən anadan olan Vüsalə Rəsulova 1996-cı ildə Buzovna qəsəbəsində 125 nömrəli məktəbi bitirib. 1996-2000-ci illərdə Bakı Ali Pedaqoji Qızlar Seminariyasında təhsil alıb.

2001-ci ildən Xəzər rayon Binə qəsəbəsi E.Şəmiyev adına 149 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 2012-ci ildən isə 149 nömrəli məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Elə də çox tanınmayan bir namizədin alternativi olduğu dairədə seçkiyə qatılmaq sabiq məmur qızı üçün indidən “yaşıl işıq” yandırıldığını söyləməyə imkan verir.

Günay Əfəndiyeva 2004-cü ildən 2008-ci ilədək Azərbaycanın İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb. Daha sonra diplomatik fəaliyyətini Azərbaycanda davam etdirib, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsinə təyin olunub. O, 2022-ci ilədək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub. Günay Əfəndiyeva ilə bağlı qalmaqallı məlumatlar çoxluq təşkil etməsə də, onun adı bu yaxınlarda bir neqativ hadisə ilə bağlı hallanmışdı.

Belə ki, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı bir məlumatı özünün sosial şəbəkə hesabında paylaşıb. “İan Peart Azərbaycan dilindən ingilis dilinə tərcüməçidir. O, klassik Azərbaycan poeziyası nümunələrindən tutmuş müasir dövr bədii mətnləri, tarix və incəsənətimizə aid əsərləri tərcümə edən bəlkə də yeganə ingilisdillidir. Əvvəl xanımı ilə tərcümə edirdi; xanımı azərbaycanlı idi və 23 il birlikdə yaşamışdılar, o rəhmətə gedəndən sonra tərcümə işinə qızı ilə davam edir”, – deyə Ş.Xuduoğlu yazır.

Əlbəttə, bu hissəni oxuyanların məlumatın Günay Əfəndiyeva ilə əlaqəsinin olduğunda çətinlik çəkə bilər. Əsl mətləbin nədən ibarət olduğunu aşağıdakı qeydlərdən bilmək olar. “Qanun” nəşriyyatının direktoru əsl məsələni bundan sonra açıqlayır: “Xeyli müddət əvvəl Türk Mədəniyyəti və İrsi Fondu onun bir neçə ayını məşğul edən tərcümə sifariş edir. Avans da ödəmir. İşi təhvil verəndən sonra əvvəlcə, bu gün-sabaha saldılar, sonra isə “Rəhbərlik dəyişib, bizim məlumatımız yoxdur” deməklə qonorarı ödəməkdən imtina etdilər.

İan Peart çox vicdanlı, işində dəqiq biridir, tanıyanlar bunu yaxşı bilir. Yaşayışı, sağlamlığı, evinin xərcləri hamısı tərcüməyə bağlıdır. Zəhmətin ödənməməsi, müraciətin iqnor edilməsi insanlığa zidd olmaqla yanaşı, hüquqa da ziddir. Bu məsələdə heç bir halda Türk Mədəniyyəti və İrsi fondu yaxasını kənara çəkə bilməz. Bir həftə ərzində İan Peartin qonorarını ödəməlidir. Əks halda həmkarımızın haqlarını müdafiə etməklə bağlı məhkəməyə müracət edəcəyik”.

Qeyd edək ki, tərcümənin sifarişi isə Günay Əfəndiyevanın Türk Mədəniyyəti və İrsi Fonduna sədrlik dönəminə təsadüf edir. Düzdür, Şahbaz Xuduoğlunun bu paylaşımından bir qədər sonra Türk Mədəniyyəti və İrsi Fondu bir açıqlama yayaraq, bildirmişdi ki, “cənab İan Peartın və təşviqi ilə istənilən şəxsin təşkilat barəsində yaydığı fikir və iddialar əsassız və həqiqətə uyğun deyil”. “Belə ki, onun iddia etdiyi kimi göstərdiyi xidmətlər barəsində təşkilatımız ilə onun arasında hər hansı əqd və ya anlaşma imzalanmamışdır və onun qarşısında Təşkilatımızın hər hansı hüquqi öhdəliyi mövcud deyildir”, – deyə qeyd edilirdi.

Günay Əfəndiyevanın adının qalmaqallarda hallandırılması təkcə bununla bitmir. Onunla bağlı il ərzində təkcə təyyarə biletləri üçün yarım milyondan çox pul xərclıdiyinə dair məlumatlar da yayılıb. Bundan əlavə, məlumatlarda qeyd edilirdi ki, G.Əfəndieyva bəzi müqavilə öhdəliklərini də yerinə yetirməyib. 20 min dollara yaxın da maaşı, şəxsi sürücüsü olduğu barədə yayılan informasiyalar G.Əfəndiyevanın hansı dəbdəbəli həyat tərzini seçdiyinin göstərcisi sayıla bilər.

Bu məsələnin sosial şəbəkənin və mətbuatın əsas mövzularından birinə çevrildiyinə nəzərə alsaq, ortaya belə bir sual çıxır: İntellektual məhsulun dəyərini ödəməyən bir namizəd, deputat seçiləcəyi təqdirdə, seçicilərinin hüquqlarını necə qoruya bilər?

Hər halda, Günay Əfəndiyeva Türk Mədəniyyəti və İrsi Fondunun sədri olarkən hansı qlobal işlərin həyata keçirilməsinə imza atdı ki, deputat olduqdan sonra Milli Məclisdə taleyüklü məsələlərin həllinə nail olsun. Seçmək və seçilmək vətəndaşın hüquqlarına daxil olan təməl haqlardan biridir. Lakin görünür, bəzi adamlar deputat seçilmək uğrunda yarışa hansısa məmurun, yaxud sabiq hökumət adamının övladı olduğu üçün qatılır.//yenicag.az

Son xəbərlər

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Bütün xəbərlər