Təhsil Nazirliyinin daha bir ŞÜBHƏLİ TENDERİ

Təhsil Nazirliyi məktəblərdə sanitar gigiyena xidmətlərinin (deratizasiya, dezinseksiya və dezinfeksiya) göstərilməsinin satınalınması üzrə müsabiqəyə yekun vurub.

"dogruxeber.tv" Tribunainfo.az-a istinadən xəbər verir ki, nazirliyin təsərrüfat hesablı Tikinti və Təhcizat İdarəsi tenderin nəticəsini açıqlayıb.

Qeyd edilir ki, idarə yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarət edilməsi üçün bu addımı atıb.

Rəsmi məlumatlara görə, dəyəri 1.984.415,92 manat olan tenderin qalibi “ECOMEDİ” QSC olub.

Qeyd edək ki, bu, Təhsil Nazirliyi ilə “Ecomedi” arasında ilk tender deyil. Ötən il də nazirlik bu şirkətlə 3.680.093,88 manatlıq satınalma müqaviləsi imzalayıb. 2022-ci ildə isə nazirlik “Ecomedi” ilə eyni təyinat üzrə 3 632 904 manatlıq müqavilə bağlayıb.

Sözügdən şirkət 16 iyun 2020-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, bina 5, mərtəbə 4, məhəllə 1965-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Fəzail Maarif oğludur.

Bildirək ki, həmin vaxt şirkətin qanuni təmsilçisi Fərid Eyvazov olub. O, 2005-2006-cı illərdə Musa Nağıyev adına “Təcili Tibbi” yardım xəstəxanasında həkim-interna kimi fəaliyyət göstərib. 2008-2009-cu illərdə Nəsrəddin Tusi klinikasında, 2011-ci ildən 2012-ci ilədək Medikal Plaza Klinikasında işləyib. 2013-2016-cı illərdə isə Səhiyyə Nazirliyində özəl tibbi müəssisələrinin lisenziyalaşdırılmasında təcrübəli ekspert kimi fəaliyyət göstərən Fərid Eyvazov 2014-2015-ci illlərdə “Qrand-Hospital”da, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərib.

Satınalma müqaviləsi imzalanan vaxt o, “Bakı Bərpa Mərkəzi”nin baş həkimi olub. Hazırda da orada çalışır.

P.S. Məktəblərin tədirs ilinə hazırlanması, sinif otaqlarının dezinfeksiya edilməsi müsbət haldır. Bu, müasir dünyamızda xəstəliklərin davamlı olaraq yayılmasını önləmək üçün vacibdir. Lakin görəsəN. Təhsil Nazirliyi orta məktəb binalarının ayaqyollarında bir ədəd sabun qoyması məsələsini də həll edəcək? Axı, sanitar qovşaqlar xəstəlik, mikrob və virusların əsas mənbələri hesab olunur. Həm də uşaqların öz təbii ehtiyaclarını qarşıladıqdan sonra həmin mikroblardan xilas olması üçün əllərini təmiz saxlaması da vacib məsələlərdəndir.

Son xəbərlər

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bütün xəbərlər