Nazirlik Hacı Ramazanla 14 milyonluq iş görür

Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təhcizat İdarəsi elan etdiyi iki tenderin nəticələrini açıqlayıb.

"dogruxeber.tv" Tribunainfo.az-a istinadən xəbər verir ki, idarə hər iki tenderə məktəbəqədər təhsil müəssisələrinə müxtəlif əşya və avadanlıqlar almaq üçün start verib.

Qeyd edək ki, birinci tenderin dəyəri 7.890.152,46 manat təşkil edir. Bu pulla idarə məktəbəqədər təhsil müəssisələrinə digər malları satın alacaq. Rəsmi mənbələrdə “digər mallar” dedikdə uşaqlar üçün oyuncaqlar və yumuşaq digər vasitələrin alınması qeyd edilib. Yəni, Təhsil Nazirliyi məktəbəqədər hazırlıq müəssisələrinə qeyd edilən qədər pul xərcləməyi qərarlaşdırıb.

Digər tender isə məktəbəqədər təhsil müəssisələrinə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınmasını ehtiva edir. 6.964.930,71 manatlıq müqaviləyə əsasən nazirlik əsasən inventar alınmasını həyata keçirəcək.

Maraqlı məqamlardan biri də budur ki, hər iki tender üzrə satınalma müqaviləsi Bakıda iri tenderlərin “qənimi” kimi tanınan “VEST-LTD” QSC ilə bağlanılıb.

Bu şirkətin eyni zamanda həm yumuşaq inventar, həm də oyuncaqlar satması qəribədir. Bundan başqa, Tribunainfo.az internet üzərindən açıq mənbələrdə apradığı araşdırma zamanı başqa mətləbləri də üzə çıxarıb. Məlum olub ki, bu şirkət təkcə yumuşaq inventar və ya oyuncaq satmır. Həm də dam örtükləri vurur, yol çəkir və sairə. Məsələn, Bakı şəhər Əsaslı Tikinti və Təmir MMC 02.03.2020-ci ildə “Vest LTD” QSC-yə damların təmiri üçün 9992560.78 manat pul ayırıb. Elə həmin vaxt Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə də 299096 manat məbləğdə satınalma müqaviləsi bağlayıb.

Amma proses təkcə bununla bitimir. “Vest LTD” QSC 1 saylı Bakı Tibb Kollecinin də elan etdiyi tenderin qalibi olub. Bu dəfə şirkət cari təmirlə bağlı 44608 manat, əsaslı təmirlə bağlı 48729 manat, abadlaşdırma ilə bağlı isə 9766 manat manat pul əldə edib.

“Vest LTD” QSC-nin fəaliyyəti əyalətlərə də uzanıb. Şirkət bir neçə il əvvəl Ucar İcra Hakimiyyəti Başçısının Ucar Şəhəri Üzrə Nümayəndəliyi ilə də satınalma müqaviləsi imzalayıb. Bu dəfə şirkət profilini dəyişərək, yol çəkən kimi çıxış edib. Və yolların əsaslı təmir ilə bağlı 337134 manat pula sahiblənib.

Xatırladaq ki, sözügedən QSC təkcə 2022-ci ildə maliyyə dəyəri 14 575 879 .02 AZN təşkil edən 23 satınalma müqaviləsi imzalayıb. Yəni, 23 tenderin qalibi olub.

Bəs, bu “tender əjdahası” kimə məxsudur? Rəsmi mənbələrdə “Vest-LTD” QSC 14 aprel 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2050 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cavad xan küçəsi, ev 51, mənzil 46-da yerləşir. QSC-nin qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.

Nazirlik Hacı Ramazanla 14 milyonluq iş görür

Lakin iddia edilir ki, Şahin Verdəliyev şirkətdə formalı şəxsdir. Çünki həmin şirkətin əsl sahibinin Hacı Ramazan Mirzəyev olduğu deyilir. Bu şəxs də “tender kralı” hesab olunur. Onun bundan başqa, “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,”Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC- kimi şirkətlərə sahib olduğu da deyilir.

Son xəbərlər

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bütün xəbərlər