Adil Əliyev Suraxanıda hər şeyi görür, amma “Günəşli İnşaat” MTK-nın apardığı qanunsuz tikilini görmür

dogruxeber.tv: - Son vaxtlar Bakı şəhərində qanunsuz tikililərin, tikililərə artırmaların sayı güni-gündən artmaqdadır. Buna xüsusən də paytaxtın mərkəzi hissələrində, əhalinin daha çox istifadə etdiyi metrostansiyaların yaxınlığında, səkilərdə belə daha çox rast gəlinir ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur. Görsənən odur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi belə qanunsuz tikililərin aparılmasının qarşısını ya ala bilmir, ya da almaqda maraqlı deyil. Qanunsuz formada tikilən obyekt odur ki, ya torpağın sənədi yoxdur, ya tikilməsi üçün vacib qurumdan icazə alınmayıb və yaxud hansısa torpaq sahəsi zəbt olunub, onun üzərində tikinti işləri aparılır. Əlbəttə ki, belə olan halda müvafiq qurumlar tərəfindən həmin qanunsuz tikintilərlə bağlı tədbirlər görülür. Ya söküntüsü, ya da tikintinin dayandırılması həyata keçirilir. Bundan əlavə, inzibati tədbirlər görülür.

Aktualinfo.org-a verilən məlumatlara görə belə qanunsuz tikintilərdən biri də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 5 ünvanında “Günəşli İnşaat”MTK tərəfindən aparılır. Verilən məlumata görə sözügedən tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarının lazımi icazəverici sənədləri alınmadığı, inşası həyata keçirilən tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə riayət olunmadığı, yaxın yerlərdə yaşayan sakinlərin yolunun qanunsuz zəbt olunması səbəbindən öz evlərinə çətinliklə getdiklərini bildirirlər. Ətrafda yaşayan sakinlər görülən işlərin tikintiyə icazə alınmadan, şəhərin müvafiq ərazisinin memarlıq, estetik görünüşünə xələl gətirməklə, təhlükəsizliyə, eləcə də qanunvericiliyin digər tələblərinə riayət etmədən həyata keçirildiyini, Ə.Mehralıyev keçəsindəki avtomobil yolunun “Günəşli İnşaat”MTK tərəfindən hasarlandığını vurgulayırlar.Bu suallara aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət etdik. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən bildirdilər ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mebralıyev keçəsi,5 ünvanında “Günəşli İnşaat”MTK tərəfindən aparılan tikinti qanunsuzdur, icazəverici sənədləri qaydasında deyil. Eyni zamanda onu da bildirdilər ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Suraxanı rayon icra hakimiyyətinə tikintinin dayandırılması üçün məktubla müraciət etmişik.Amma çox təəsüflər olsun ki heç bir dövlət qurumu bu tikintini saxlatdıra bilmir, yada ki qanunsuz tikintini saxlamaqda maraqlı deyildirlər.Görəsən bu tikintinin arxasında hansı oliqarx dayanıb? Suraxanının icra başçısı Adil Əliyev avtomobil yolunun qanunsuz zəbt olunmasına,qanunsuz tikintiyə niyə biganə yanaşır? Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı,qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər. Eyni zamanda avtomobil yollarının qanunsuz zəbt olunması cinayət məsuliyyəti yaradır.

Amma bunlara baxmayaraq iyun ayında Suraxanı rayon İcra Hakimiyyətinə başçı təyin edilmiş Adil Əliyev olunan bütün şikayətləri görməzdən gəlir. Şikayət ətrafında apardığımız araşdırma zamanı məlum oldu ki, Adil Əliyev yeni icra başçısı təyin olunanda özü ilə yüzə yaxın adam gətirərək Suraxanıda qanunsuz tikililərin aşkar edilməsini tapşırıb. Hətta onlara qeyri rəsmi maaş da verir. Onlar hazırda Suraxanı rayonunun ən ucqar nöqtələrinə belə nəzarət edirlər. Amma Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 5 ünvanında aparılan qanunsuz tikilini görmürlər. Amma görsənən odur ki, Adil Əliyev Prezident İlham Əliyevin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməni də görməzdən gəlir.

Qeyd edək ki, “Günəşli İnşaat”MTK-nın hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov, ev 68, mənzil 17 -də yerləşir. MTK 8 iyun 2021-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır. MTK Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28, mənzil 23-də qeydiyyata alınıb, təsisçisi Alışov Vahid Əli oğludur. Sonra qanuni təmsilçisi Laçın Mustafayev İsmayıl oğlu olub. Hazırda isə Əliyev Rəsul Vüqar oğludur. Aktualinfo.org

Oxunub: 322

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər