2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu – Təfərrüat

dogruxeber.tv: - İpoteka və Kredit Zəmanət Fondu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 138 milyon 800 min 96 manat olan tender müsabiqəsinin qalibi “Körpü-Bina-Tikinti” MMC (VÖEN- 3100026151) olub.

Qeyd edək ki, tenderin qalibi olan “Körpü-Bina-Tikinti” MMC İpoteka və Kredit Zəmanət Fonduna yaşayış sahələri satacaq.

Bildirilir ki, satın alınacaq yaşayış sahələri Bakı şəhərinin 7-ci və 8-ci zonalarında, eyni binada və ya bina kompleksində yerləşəcək. Ümumi sahəsi 40 000 kv. metr olacaq 1,2,3, və 4 otaqlı mənzillərin sayı 520 olacaq.

Açıqlanan məlumatlardan belə görünür ki, İpoteka və Kredit Zəmanət Fondunun satın alacağı bir mənzil üçün ödəyəcəyi orta məbləğ 266 min 923 manat olacaq. Bundan başqa, mənzilin bir kv. metrinin qiyməti 3 min 470 manat təşkil edəcək.

Məlumat üçün bildirək ki, 138,8 milyon manatlıq tenderin qalibi olan “Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan “Körpü-Bina-Tikinti” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.

“Körpü-Bina-Tikinti” MMC əsasən dövlət qurumlarının keçirdiyi iri həcmli layihələrin icraçısı kimi tanınıb. Rəsmi sənədlərdə şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğlu qeyd olunsa da, şirkətə tanınmış iş adamı Xəlil Göyüşovun rəhbərlik etdiyi bildirilir.

Şirkətin adı sonuncu dəfə bu ilin oktyabr ayında Sabunçu rayonu ərazində baş verən və 2 nəfərin ölümü ilə nəticələnən hadisədə hallanıb. Bildiyimiz kimi, 22 oktyabr tarixində Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən tuneli su basdığı üşün 2 nəfər həyatını itirib. Daha sonra məlum olub ki, bu tunel 2019-cu ildə “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında “Körpü Bina Tikinti” MMC tərəfindən inşa edilib.

Son xəbərlər

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Bütün xəbərlər