Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir?

Bakının mərkəzi rayonlarından sayılan Nəsimi rayonunda qanunsuz tikintilərin aparılması barədə zaman-zaman yazılıb. Amma ən ucqar ərazilərdə - yaşayış məntəqələrində aparılan hər hansı tikinti işindən anında xəbər tutan, hərəkətə keçən müvafiq strukturlar Nəsimi rayonunda aparılan qanunsuz tikinti işlərinə müdaxilə etmirlər.

"dogruxeber.tv" "Qlobal.az"a istinadən xəbər verir ki, Nəsimi rayonu Cavadxan 17 ünvanında aparılan "gecəqondu" tikinti işi də hansısa yüksək vəzifəli məmurun himayə etdiyi tikintilərdən biridir. Çünki bu ərazidə aparılan tikinti işi normativlərə uyğun deyil. Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyatı orqanlara müraciət ediblər, lakin heç bir qurum ciddi reaksiya verməyib.

Yaşayış binalarının arasında olan kiçik həyət sonradan sahibkar tərəfindən zəbt edilib: "Dəfərlərlə dövlət orqanlarına yazmışıq. Məktublarımıza cavab verilmir. Bir ay əvvəl Ekologiya Nazirliyindən əraziyə gəlib baxış keçirib getdilər. Bu obyektin yeri əvvəllər kiçik məhlə parkı idi. Yaşlılarımız burada hava alır, söhbətləşir, uşaqlarımız oynayırdılar. Ancaq qəfildən bu tanımadığımız sahibkar ərazini zəbt etdi. Yaşıl ağacları doğrayıb burada əndrabadi bir obyekt tikdi. Nə şikayətimizə baxan var, nə də sözümüzü dinləyən". Bəs bu tikintini himayə edən kimdir? 2024-cü ilin sentyabr ayında keçirilən deputat seçkilərində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deputat seçildiyi üçün bu vəzifə artıq boşdur. Nəsimi rayon icra Hakimiyyətində hazırda başçının 1-ci müavini vəzifəsində Gülarə Verdiyeva çalışır.

G.Verdiyeva 2013-cü ilin noyabr ayından Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin, 2017-ci ilin fevral ayından Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışır. Nəsimi rayon İcra Hakimiyyətinin başçısının digər iki müavini isə Zahid Xəlilov və Ramiz Quliyevdir. İcra Hakimiyyətində tikintilərə məsul şəxslərdən biri isə rayon təsərrüfatı şöbəsinin müdiri Asim Rzayevdir. Yuxarıda qeyd edilın qanunsuz tikintinin aparıldığı Nəsimi rayonunun Cavadxan 17 ünvanı isə Nəsimi RİH Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ərazisidir. Başçının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi isə Eldəniz Cabbarovdur. Bu qədər nəzarətedici orqan, səlahiyyətli şəxslər ola-ola Cavadxan 17 ünvanında qanunsuz tikintinin necə aparılması sualı isə açıq qalır... Nəsimi Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkan olmayıb.

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir?

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir?

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir?

Nəsimi rayonunda qanunsuz tikintilərin himayəçisi kimdir?

Son xəbərlər

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

Bütün xəbərlər