“Avanqard MMC” şirkəti adını dəyişdi, işçilərin pullarını mənimsədi... - ŞİKAYƏT

dogruxeber.tv: - Cəlilabad rayon sakini Məmmədov Tofiq Tehac oğlu və Biləsuvar rayon sakini Quliyev Əhmədağa Həsən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər bildirirlər ki, keçmiş adı “Avanqard MMC”, indiki adı “Avanqard MMC Günəşli Aqropark” olan şirkət onların pulunu mənimsəyib:

“Biz “Avanqard MMC” şirkətindən pulumuzu ala bilmirik. Bu şirkət illərdir bizim kimi, bir çoxlarının da haqqını mənimsəyib. Sonradan şirkətin adını və işçilərini də dəyişdilər. İndi həmin şirkətə gedəndə "bizim sizə borcumuz yoxdur, gedin bizdən əvvəlki rəhbərliklə söhbətinizi edin", - deyirlər.

Hazırda 10-15 nəfər adam bunlardan pullarını ala bilmir. Mən, Quliyev Əhmədağa Həsən oğluna şirkətin 2616 manat borcu qalıb. 2014-cu ildən həmin şirkətdə işləmişəm. Maaşım 1200 manat olub.

Mən, Məmmədov Tofiq Tehac oğlu, 15 il həmin şirkətdə gözətçi işləmişəm. İşdən çıxandan sonra oğlum Məmmədov Elməddin Tofiq oğlunu öz yerimə işə düzəltmişəm. Mən işlədiyim müddətdə şirkətin mənə borcu qalmayıb. Amma oğlumun 600 manat pulunu mənimsəyiblər. Dəfələrlə müraciət etmişik, lakin məsuliyyəti boyunlarından atırlar.

Biz sizin sayt vasitəsilə Prezident İlham Əliyevə müraciət edirik. Cənab Prezident, xahiş edirik göstəriş verin, şirkət bizlərin pulunu ödəsin. Şirkət adının dəyişibsə, bu o deməkdir ki, bizim pullarımızı mənimsəməlidir?!”
Məsələ ilə bağlı “Avanqard MMC Günəşli Aqropark” şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

“Avanqard MMC” şirkəti adını dəyişdi, işçilərin pullarını mənimsədi... - ŞİKAYƏT

“Avanqard MMC” şirkəti adını dəyişdi, işçilərin pullarını mənimsədi... - ŞİKAYƏT

Son xəbərlər

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Bütün xəbərlər