gundem / dunya
28.03.2025
Rusiyaya məxsus qırıcı NATO səmasında XAOS YARATDI
Rusiyaya məxsus "İl-20M" qırıcı təyyarəsinin Baltik dənizindəki Rügen adasının şərqində peyda olmasından sonra NATO qırıcıları bir-birinə qarışıb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Bildirilib ki, NATO-nun "Eurofighter" təyyarələri Bakı vaxtı ilə saat 12:30 radələrində Almaniyadakı Laage aviabazasından havaya qalxıb.
Nəşr yazıb ki, alman qırıcıları "İl-20M"i Kalininqrada dönənə qədər bir neçə kilometr müşayiət edib.
Nəşr əlavə edib ki, "İl-20M" radio əlaqə qurmayıb və transponderləri söndürülmüş halda hərəkət edib.



