gundem / dunya
26.04.2025
Tramp Romadan paylaşım etdi: Qan tökülməsini dərhal dayandırın!
ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanın atəşkəs razılaşmasına çox yaxın olduğunu bildirərək, hər iki tərəfi yüksək səviyyədə görüşə və razılaşmanı yekunlaşdırmağa çağırıb.
"dogruxeber.tv" xəbər verir ki, Donald Tramp katoliklərin ruhani lideri Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya gəlib.
Romaya gəldikdən qısa müddət sonra Tramp özünün “Truth Social” hesabında Rusiya və Ukrayna barəsində paylaşım edib.
"İndicə Romaya endim. Rusiya və Ukrayna ilə danışıqlar üçün yaxşı gündür. Onlar razılığa çox yaxındırlar və onu başa çatdırmaq üçün iki tərəf indi çox yüksək səviyyədə bir araya gəlməlidir. Vacib məqamların əksəriyyəti razılaşdırılıb. Qan tökülməsini dərhal dayandırın. Biz bu amansız və mənasız müharibənin sonunu asanlaşdırmaq üçün lazım olan yerdə olacağıq", - deyə amerikalı prezident yazıb.



