Hesablama Palatası bu komitədə nöqsanlar aşkarladı

Hesablama Palatası ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dövlət vəsaitinin və əmlakının istifadə edilməsinin hüquqi aktlara uyğunluğunun auditini aparıb.

"dogruxeber.tv" bu barədə Palataya istinadən xəbər verir.

Auditin nəticələrinə görə, dini və maarifləndirmə mövzusunda keçirilmiş tədbirlər zamanı günlərin və iştirakçı saylarının çox göstərilməsi hesabına artıq ödənilmiş Komitə üzrə 408395,77 manat, Fond üzrə 99338,9 manat, müqavilə üzrə yerinə yetirilməyən cari təmir işlərinə görə Komitə tərəfindən 26277,0 manat ödənilib.

Komitə tərəfindən “Dini maarifləndirmə tədbirləri ilə bağlı işlərin və xidmətlərin satınalınması” ilə bağlı müqavilə üzrə günlərin və iştirakçı saylarının çox göstərilməsi hesabına 69625,70 manat artıq vəsait ödənilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü ildə 1874999,98 manat xərc artıq tanınıb, “Digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri” maddəsində 421969,0 manat, həmçinin “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”ın “Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənişləri” maddəsində 2022-ci il üzrə 426493,49 manat, 2023-cü il üzrə 364119,0 manat məbləğlər artıq təqdim olunub.

Mənəvi Dəyərlərin Təbliği Fonduna 2022-ci ildə xərcə silinmiş 266.940,0 manat, 2023-cü ildə isə 209.804,0 manat dəyərində olan “Maarifləndirmə xarakterli filmlərin və sosial video çarxları”nın “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” hesabında uçota alınması və illik maliyyə hesabatlarına müvafiq düzəlişlərin edilməsi barədə göstəriş verilib. Eyni zamanda, Fond tərəfindən inventarizasiya zamanı artıqgəlməsi müəyyən edilmiş dəyəri 13495,65 manat olan 10 adda ehtiyatın müvafiq hesablarda uçota alınması, əskikgəlməsi müəyyən edilmiş ilkin dəyəri 50152,50 manat olan 32 adda avadanlığın qalıq dəyərinin müəyyən edilərək və 59877,32 manat olan 42 adda ehtiyatın dəyərinin dövlət büdcəsinə bərpa edilməsi tapşırılıb.

Qeyd edilən bəzi qərarların icrası təmin edilib və bəzilərinin isə izlənməsi davam edir.//Tribunainfo.az

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər