Koronavirus dövründən qalan cərimələr silinəcək? – AÇIQLAMA

Koronavirus pandemiyası zamanı tətbiq olunan cərimələr sosial şəbəkələrdə və cəmiyyət arasında geniş müzakirələrə səbəb olub. Bəziləri bu cərimələrin “e-Polis” tətbiqi vasitəsilə silinməsinin mümkün olduğunu bildirir, digərləri yalnız 5 ildən sonra avtomatik silinəcəyini deyir. Bir qism şəxslər isə hesab edir ki, maska tələbi ləğv edildiyinə görə, həmin cərimələr də avtomatik olaraq silinməlidir.

Bəs bu cərimələr mütləq şəkildə ödənilməlidirmi? Onların ləğv edilməsi nə dərəcədə realdır və cəriməni ödəməyənləri hansı sanksiyalar gözləyir?

Tribunainfo.az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Etibar Qarayev Bakupost.az -a açıqlamasında bildirib ki, səsləndirilən fikirlər əsasən hüquqi yanaşmanı əks etdirir :

“Reallıq budur ki, Azərbaycanda bu istiqamətdə hər hansı qərar qəbul edilməyib. Səsləndirilən fikirlərin əksəriyyəti İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsində yer alan müddəa ilə bağlıdır. Həmin müddəada qeyd olunur ki, inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır. Belə aktlar onların qüvvəyə mindiyi tarixədək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərar tam icra olunmamış xətalara da şamil olunur.”

E.Qarayevin sözlərinə görə, bu fikirlərin formalaşmasına Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli qərarı da təsir edib. Lakin maddə hüquqi əsas yaratsa da, bu, inzibati icraata avtomatik xitam verilməsi anlamına gəlmir:

“Həmin qərarda ölkə ərazisində fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin qüvvədən düşdüyü qeyd olunur. Bu səbəbdən cəmiyyətdə belə bir fikir formalaşıb ki, əgər artıq maska tələbi yoxdursa, deməli, inzibati xəta tərkibi də yoxdur və nəticə etibarilə inzibati cərimənin tətbiqinə də ehtiyac qalmır. Lakin burada nəzərə alınmalı mühüm məqam ondan ibarətdir ki, qeyd olunan müddəa işin hüquqi baxımdan mümkünlüyünü tanısa da, bu, həmin icraata mütləq şəkildə xitam verilməli olduğu anlamına gəlmir. Çünki İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, inzibati xətanın tərkibi açıqlanarkən belə bir cümlə işlədilir: “Fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq orqan tərəfindən müəyyən olunan tələblərin pozulmasına görə həmin inzibati xəta üzrə tənbeh tədbiri həyata keçirilir.” Bu isə o deməkdir ki, həmin dövrdə qüvvədə olan tələblər pozulubsa, bu artıq inzibati xəta tərkibini formalaşdırır.

Daha açıq desək, həmin cərimələrin tətbiqi qanunidir və əsaslıdır. Ona görə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, əgər həmin dövrdə qüvvədə olan qanunvericiliyə görə törədilmiş əməl inzibati xətadırsa və şəxs bu əmələ görə məsuliyyətə cəlb olunubsa, bu, həmin məsuliyyətin hüquqi baxımdan əsaslı olduğunu göstərir. Bu isə birbaşa İnzibati Xətalar Məcəlləsində öz əksini tapır.”

Hüquqşünas əlavə edib ki, bəzi hallarda cərimələrin ləğvi mümkün olsa da, bu yalnız 5 il ərzində cərimənin icra edilməməsi ilə bağlıdır:

“Burada əlavə olaraq bir məsələ də var ki, inzibati xəta ilə bağlı verilmiş qərar ləğv oluna bilər. Lakin bu, artıq fərdi qoruyucu vasitələrin tətbiqi ilə bağlı müddəaların qüvvədən düşməsi səbəbilə deyil, həmin inzibati tənbeh, yəni cərimələrin tətbiqi barədə qərarların üzərindən müəyyən vaxt keçməsi ilə əlaqədardır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 146-cı maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il ərzində cərimə ödənməyibsə, artıq bu qərar icra edilmir.

Digər bir məsələ həmin cərimələri ödəməyən şəxslərlə bağlıdır. Ümumiyyətlə, əgər şəxs cərimələnibsə, həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan etibarən 30 gündən gec olmayaraq, inzibati cəriməni ödəməlidir. Təbii ki, bir çox hallarda vətəndaşlar tərəfindən bu cərimələrin ödənilməməsi halları müşahidə olunur. Əgər 30 günlük müddət ərzində cərimə ödənilməzsə, cəriməni tətbiq edən orqan fiziki şəxs barəsində həmin məbləğin onun əməkhaqqısından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün müvafiq tədbirlər görə bilər. Bu halda həmin orqan, məsuliyyətə cəlb olunmuş şəxsin işlədiyi, oxuduğu və ya maaş aldığı müəssisə və ya təşkilata müraciət edir. Həmin müəssisə və ya orqan da inzibati məsuliyyət üzrə tətbiq olunmuş cərimənin ödənilməsi ilə bağlı tədbirlər görməlidir.”

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər