Adı kredit, özü problem: Faizlər yenə də artacaq

dogruxeber.tv: - 2025-ci ilin aprelin 1-nə olan statistik göstəricilər Azərbaycanda problemli kreditlərin nominal məbləğində artım olduğunu göstərir. Mərkəzi Bankın məlumatına görə, ölkədə vaxtı keçmiş kreditlərin həcmi 481.6 milyon manata çatıb ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 7.2% və ya 32.5 milyon manat çoxdur. Bununla yanaşı, son bir il ərzində problemli kreditlərin həcmi 10.9 milyon manat və ya 2.3 faiz yüksəlib. Bəs bu artım nə ilə bağlıdır? Problemli kreditlərdən necə xilas ola bilərik?

“Kredit faizlərində artım müşahidə olunur”

Millət vəkili, iqtisad elmləri üzrə fəlsəfə doktoru Vüqar Bayramovun sözlərinə görə, problemli kreditlərin həcmi üç faizdən artıq olsaydı, bu zaman problem hesab oluna bilərdi: “Problemli kreditlərin ümumi kredit portfelindəki payı riskli həddə deyil. Ümumi kredit portfelində iki faizdən az yer tutur. Beynəlxalq standartlara görə bu pay üç faizdən aşağı olduqda bank sektoru üçün elə də riskli sayılmır. Likvidlik üçün də problem yaratmır”.

V.Bayramovun fikrincə, hər bir halda problemli kreditlərin həcminin artması arzuolunan deyil: “Artım dinamikasının tənzimlənməsi çox vacibdir. Problemli kreditlərin payının ümumi portfeldə azaldılmasına çalışmalıyıq”.

Millət vəkili problemli kreditlərin artım səbəblərinə də toxunub: “Səbəblərdən biri kredit verən zaman şəxsin ödəmə qabiliyyətinin doğru qiymətləndirilməməsidir. Əvvəlki dövrlərdə verilmiş kreditlər üzrə öhdəliklərin tam müəyyənləşdirilməməsi, yaxud öhdəliklərlə bağlı müştəriyə izahedici məlumatların verilməməsidir. Həmçinin kredit faizlərinin yüksək olduğunu da qeyd etməliyik. Son bir ildə də kredit faizlərində artım müşahidə olunur. Bu da kredit götürən şəxslərin ödəmə qabiliyyətinə birbaşa təsir edir”.

Birinci yerdə istehlak, ikinci yerdə biznes

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc problemli kreditlərin daha çox istehlak kreditlərində olduğunu vurğuladı: “Problemli kreditlər iki yerə ayrılır - biznes məqsədli götürülmüş problemli kreditlər və istehlak kreditləri. İstehlak kreditləri birinci yerdədir. Hansısa vətəndaş iş yerini itirirsə, ödəmə qabiliyyəti aşağı düşür. Bununla da problemli kreditin yaranmasına səbəb olur. İstehlak kreditləri sayca biznes kreditlərindən çox olsa da, məbləğ olaraq biznes kreditləri daha böyükdür. Problemli kreditlərin artımında BOKT-ların da rolu var. İstehlak kreditlərinin böyük həcmi məhz BOKT-ların üzərinə düşür. Ona görə onların da fəaliyyətinə ciddi nəzarət olunmalıdır. İkinci yerdə biznes kreditləridir. Bu kreditlərin problemli kreditə çevrilməsi o halda baş verir ki, biznes quran şəxs bazardakı riskləri müəyyən edə bilmir, son nəticədə iflas olur. Lakin biznes kreditlərində problemli hallar elə də çox deyil”.

V.Oruc bildirdi ki, ipoteka kreditləri ən az problem müşahidə olunandır. Çünki orada həll imkanları daha genişdir: “İpoteka krediti ilə alınan mənzillərdə ödəmə problemi olanda kredit ödəyicisinin, mülkiyyətçinin dəyişdirilməsi, yeni alıcının tapılması ilə bu problemin aradan qaldırılması daha asan başa gəlir”.

Ekspert düşünür ki, problemli kreditlərin son vaxtlardakı artımı dövrü mahiyyət daşıyır: “Neft satışında azalma, dünyanı və ölkəmizi 2025-ci ildə gözləyən iqtisadi problemlər, o cümlədən ölkəmizin müharibədən yeni çıxması müəyyən iqtisadi çətinliklərin yaranmasına səbəb ola bilər. Hesab edirəm ki, gələcəkdə müəyyən qabaqlayıcı tədbirlər görməklə bu artımın qarşısını almaq mümkün olacaq”.

“Sağlamlaşdırılma əsas həll yoludur”

V.Oruc problemli kreditlərlə bağlı problemin həlli üçün atılmalı olan addımlara da toxundu: “Artım cüzi olsa da, ciddi xəbərdarlıqdır. Qarşısı vaxtında alınmalıdır ki, daha da böyüməsin. İlin sonuna qədər kommersiya bankları bu istiqamətdə müəyyən tədbirlər görməlidirlər. Hər an problemli kreditə çevrilə biləcək yeni kreditlərə də ehtiyatlı yanaşmaq lazımdır. Yeni kreditlərin verilməsində kifayət qədər mühafizəkar mövqedən yanaşılması və risklərin nəzərə alınmasına da ehtiyac var. Mərkəzi Bank problemli kredit portfelinə malik banklara nəzarəti gücləndirməlidir”.

V.Orucun sözlərinə görə, bu sahədə atıla biləcək ən doğru addım kreditlərin sağlamlaşdırılmasıdır: “Problemli kreditlər bankların likvidliyinə, dayanıqlılığına, dinamikliyinə mənfi təsir göstərir. Bank öz fəaliyyətini yüksək səviyyədə qurmaq istəyirsə, problemli kreditləri sağlamlaşdırmalıdır. Müəyyən dəstəkləyici addımlar atılmalıdır ki, həmin banklar kreditlərin sağlamlaşmasına çalışsınlar. Çünki problemli kreditlərin sağlamlaşdırılması onların əsas həlli yoludur. Şəxslərə və ya sahibkarlara şərait yaradılır ki, mövcud problemli kreditin ödənişini təmin etsinlər. Problemli kreditlər sağlamlaşdırılmadıqca onlar kredit portfelində öz yerini qoruyub saxlayacaqlar”. ("Kaspi" qzəeti)

Son xəbərlər

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

Bütün xəbərlər