Paşinyan iyulun 1-dən 5-dək söyüş və təhqirdən imtina edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan ictimai-siyasi diskussiyalarda təhqiramiz ifadələrə son qoymaq təşəbbüsü ilə çıxış edib.

"dogruxeber.tv" xəbər verir ki, o, 1-5 iyul tarixləri arasında belə ifadələrə qeyri-rəsmi veto tətbiq olunmasını təklif edib və ilk addımı özü atacağını bildirib. Bu barədə siyasətçi "Facebook" sosial şəbəkəsində paylaşım edib.

"Belə bir ictimai razılığa gəlməyi təklif edirəm ki, müəyyən bir tarixdən başlayaraq, ictimai-siyasi və ictimai müzakirələrdə təhqirlərdən və hibrid hücumlardan imtina edib, yalnız təsdiqlənmiş faktlara əsaslanan sivil və qarşılıqlı hörmətə söykənən diskussiyalara keçək", deyə Paşinyan qeyd edib.

Baş nazir 5 iyuldan sonra bu təşəbbüsün cəmiyyət və sosial şəbəkələrdə necə qarşılandığı ilə bağlı fikirlərini bölüşəcəyini əlavə edib.

Qeyd edək ki, iyunun 24-də Paşinyan Ermənistan Apostol Kilsəsinin rəhbəri II Qareginlə şəxsi münaqişə fonunda qalmaqallı bəyanatla çıxış edib və onu "öz cinsiyyət orqanını nümayiş etdirməyə” çağırıb. Buna səbəb keşişin baş nazirin sünnət olunması ilə bağlı iddiası olub.

Paşinyanla kilsə arasında gərginlik may ayından davam edir. Baş nazir kilsədə miras yolu ilə vəzifə və əmlak ötürülməsi praktikasının kilsə qanunlarına zidd olduğunu bildirib. O, həmçinin keşişin subaylıq qaydalarını pozduğunu iddia edib.

Oxunub: 506

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər