Rəfail Mehraliyev hər şeyə qadir “FƏZA-F” şirkətinə bu dəfə də dörd yüz min manat verdi

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi “İtlər üçün quru yemin satın alınması” üzrə 17.03.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “FƏZA-F” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 425.685 manat dəyərində satınalma müqaviləsinin bağlanılması gözlənilir. Məlumat satınalmaların portalında 16.07.2025-ci ildə dərc edilib.

dogruxeber.tv: - Şərtlər toplusuna görə “Fəza-F” MMC Sanitariya və Texniki Təmizlik İdarəsində saxlanılan sahibsiz itlər üçün 150 ton quru yem alacaq.

Qeyd edək ki, bu Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi ilə “FƏZA-F” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Ümumiyyətlə “FƏZA-F” MMC Sanitariya və Texniki Təmizlik İdarəsindən başqa heç bir qurumun satınalmalarında iştirak etməyib.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FƏZA-F” (VÖEN: 2902898611) Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.10.2013-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, SARI-QAYA BAĞLAR MASSİVİ, qanuni təmsilçisi kimi isə Ağayev Fizuli Telman oğlu qeyd olunub.

Dövlət Vergi xidmətinin məlumatlarından da göründüyü kimi “FƏZA-F” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınib. Amma tender bazarına 2022-ci ildə girib və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinə 153.520 manat dəyərində Kamaz və Maz markalı avtomobillər üçün ehtiyyat hissələri satıb. Daha sonra MMC Texniki Təmizlik İdarəsinə xüsusi təyinatlı müxtəlif avtonəqliyyat, maşın-mexanizmlərinin təmiri üçün ehtiyat hissələri və sürtgü yağları, texniki məqsədlər üçün emal edilməmiş xam duz, maşın-mexanizmlərə tələb olunan avadanlıqlar və təmir üçün mal materiallar, o cümlədən xüsusi təyinatlı nəqliyyat vasitələrinə ehtiyat hissələri satıb.

Ümumiyyətlə isə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi ilə “FƏZA-F” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 05.03.2022-ci ildən 16.07.2025-ci il qədər ümumi dəyəri 1334625 manat dəyərində 6 satınalma müqaviləsi bağlanılıb.

Daha ətraflı araşdırdıqda məlum oldu ki, Sanitariya və Texniki Təmizlik İdarəsi ilə “FƏZA-F” MMC arasında bağlanılan müqavilələrdən sözügedən dövlət qurumunun rəhbərinin heç xəbəri olmur. Belə ki, onlar yalnız Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev göstərişlərini yerinə yetirir, ancaq sənədlərə qol çəkirlər. Əldə etdiyimiz məlumatlara görə bu Sanitariya və Texniki Təmizlik İdarəsinə aid deyil. Ümumiyyətlə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan qurumların keçirdiyi satınalmalarda əsas söz sahibi Rəfail Mehraliyevdi və hansı tenderə nə qədər vəsaitin ayrılmasına və hansı şirkətin qalib olacağını əvvəlcədən məhz o müəyyənləşdirir.

Qeyd edək ki, elektron medianın hələ bir neçə il öncə yaydığı məlumatlara görə Rəfael Mehralıyevin əmlaklarının sayı-hesabı bilinmir. Az qala hər ay onun Azərbaycanda və Türkiyədə biznesinin yeni siyahısı təzələnir. Mediada yayılan xəbərlərə istinadən Mehrəliyevin əmlakına bir nəzər salaq: Nərimanovda Bakı klinikasının yanında 16 sot torpaq sahəsi, həmin klinikadan 200 metr qabağa 14 sot torpaq sahəsi, hazırda 15 milyona satışa çıxarılıb, İnqilab küçəsində, TQDK ilə üzbəüz milyonluq tikililər, Papanində Kontakt Home mağazalar şəbəkəsinə ayı 25 min manata icarəyə verdiyin obyekt və s.

Türkiyədə Rəfail Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər… Türkiyənin reyestr məlumatlarında hazırda dövlət məmuru olan Rəfael Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər olduğu qeyd edilib. Mehralıyevlərə məxsus olduğu bildirilən “AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkətinin nizamnamə kapitalı 9 milyon türk lirəsidi. Səhmlərdəki payı 2 milyon 800 min olan Mehralıyevin digər ortağı Almas Səfərovanın payı 2 milyon 200 min, digər ortaq Mualla Küfrevioğlunun payı isə 4 milyon türk lirəsidir. Yeri gəlmişkən, Almas Səfərova Mehralıyevin həyat yoldaşıdır. Türkiyə reyestrində ər-arvadın ünvanı eyni göstərilib – Əhməd Rəcəbli küçəsi 6, mənzil 48. Bakıda bu ünvan bircə fərqlə qeyd olunub, ər-arvad qapıbir qonşudurlar. Mərkəzi Seçki Komissiyasının saytındakı qeydiyyat məlumatına əsasən R.Mehralıyev mənzil 48-də, həyat yoldaşı isə mənzil 49-da qeydiyyatdadır.

Medaida yayılan məlumatlardan da göründüyü kimi Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev sayı-hesabı bəlli olmayan mülklərə, var dövlətə sahibdi. Bu imkanları Rəfail Mehraliyev Bakı şəhərinin abadlaşdırılması, təmir tikinti işlərinə ayrılan dövlət vəsaitlərini yaxın şirkətlərinin hesabına köçürməklə əldə edib və etməkdədir. Sahibsiz itlər üçün quru yemin satın alınmasına ayrılan yarım milyon manat yaxın vəsait də onlarda biri, “FƏZA-F” MMC də Rəfail Mehraliyevə məxsus onlarla şirkətin biridir.(aktualinfo.org)

Son xəbərlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Bütün xəbərlər