Şabranın küçələri zibil yığınları altında: Problemin həlli nə vaxt tapılacaq? - VİDEO

dogruxeber.tv: - Son aylarda Şabran rayonunun mərkəzi küçələrində və ətraf kəndlərində zibillərin toplanmaması və hətta yandırılması sakinlərin əsəblərini gərginləşdirib. Əhalinin dəfələrlə müvafiq qurumlara müraciətlərinə baxmayaraq, vəziyyət dəyişmir. Xüsusilə isti havalarda çürüyən tullantılar təhlükəli virus və bakteriyaların yayılmasına səbəb olur, lakin yerli hakimiyyət orqanları bu problemə hələ də effektiv həll yolu təqdim etməyib.
Rayonun mərkəzi hissəsində, o cümlədən ətraf ərazilərdə zibillər vaxtında toplanmır və bəzi hallarda "həll yolu" kimi sadəcə yandırılır. Bu isə təkcə ətraf mühitə ziyan vurmur, həm də insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Yanma zamanı havaya zəhərli maddələr - dioksinlər, ağır metallar buraxılır, nəticədə tənəffüs yolu xəstəlikləri, allergiyalar və xroniki problemlər riski artır.
Əhali müraciətləri xeyli müddətdir ki, cavabsız qalır. Yerli sakinlər dəfələrlə İcra Hakimiyyətinə, bələdiyyəyə və ekoloji xidmətlərə zibillərin vaxtında toplanmaması ilə bağlı şikayətlərini çatdırıblar. Lakin onlara verilən cavab eynidir: "Kifayət qədər zibil qabları yoxdur". Bununla belə, bu problem illərdir davam edir və heç bir konkret addım atılmır. Maraqlıdır ki, yalnız Heydər Əliyev prospektində və İcra Hakimiyyəti binası ətrafında zibillər nizamlı təmizlənir. Digər küçələr və məhəllələr isə nəzarətsiz qalır.
Şabran İcra Hakimiyyəti və Ekologiya Nazirliyi bu vəziyyətə nə üçün biganə yanaşır? Onlar öz vəzifələrini yerinə yetirmir və ya əhalinin sağlamlığını heçəmi sayırlar?
Nə edilməlidir?
Zibil yığınlarının yandırılması qadağan edilməli və bu qayda qanunla tənzimlənməlidir.
Kifayət qədər zibil konteynerləri quraşdırılmalı və tullantıların nizamlı xarici edilməsi təmin edilməlidir.
Yerli büdcədən vəsait ayrılmalı və təmizlik xidmətlərinin keyfiyyəti yoxlanılmalıdır.
Əhalinin ekoloji şüuru artırılmalı – zibilləri çölə atmaq və yandırmaqla bağlı sosial reklam kampaniyaları keçirilməlidir.

Şabran sakinləri artıq bu vəziyyətdən beziblər. Zibillərin yandırılması və çirklənmiş hava onların gündəlik həyatının bir parçasına çevrilib. Yerli hakimiyyət orqanları bu problemə biganə yanaşmağı dayandırmalı və konkret addımlar atmalıdır. Əks halda, yayın isti günlərində xəstəliklərın artması və ekoloji böhran daha da dərinləşəcək.
Sual qalır: Şabranın küçələri nə vaxt təmiz hava və təmiz mühitə qovuşacaq?// Tereqqi.az

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər