Qobu bələdiyyə sədri Araz Nəcəfovun himayədarı onu necə qoruyur?

"DogruXeber.tv" informasiya portalının araşdırması Qobu bələdiyyəsində dövlət idarəçiliyinin və hüquqi nəzarətin ciddi şəkildə pozulduğunu göstərir. Əldə olunan sənədlər, səs yazıları və yerli mənbələrin ifadələri bələdiyyə sədrinin fəaliyyətində qanunsuzluq elementlərinin mövcudluğunu sübut edir. Lakin bu qədər fakt və sübutlara baxmayaraq, indiyədək heç bir konkret hüquqi tədbir görülməməsi sistemli şəkildə formalaşmış “toxunulmazlıq mexanizmi” haqqında düşünməyə əsas verir.

Araşdırma zamanı müəyyən edilib ki, Qobu qəsəbə bələdiyyəsinin sədri Araz Nəcəfov və onun yaxın ətrafı tərəfindən bələdiyyəyə məxsus torpaq sahələrinin bir hissəsi qanunsuz şəkildə bölüşdürülüb və satışa çıxarılıb. Bəzi hallarda sənədləşmə prosesi formal qaydalara uyğun göstərilsə də, faktiki olaraq torpaqların reyestrə daxil edilməsi və paylanması “ailəvi nəzarət mexanizmi” ilə həyata keçirilib. Bu isə həm yerli özünüidarəetmə haqqında qanunun, həm də torpaq qanunvericiliyinin birbaşa pozulması deməkdir.

"DogruXeber.tv" redaksiyası məsələ ilə bağlı Baş Prokurorluq, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti kimi səlahiyyətli qurumlara rəsmi qaydada sorğular ünvanlayıb.

Qobuda bələdiyyə sədri İTTİHAM OLUNUR - müavini ilə əlbir olaraq...

Qobu Bələdiyyəsində Torpaq Oyunu: Bələdiyyə Sədri Həbsin Bir Addımlığında

Qobu bələdiyyəsi: keçmişdən bu günə dəyişməyən “torpaq oyunu”

Qobu bələdiyyəsinin “mələkləri” kimdir?

Gün Kimi Aydın Qanunsuzluqlar, Susan Qurumlar: Qobu Bələdiyyəsində Nələr Baş Verir?

Qobu bələdiyyəsi – dövlət qurumu, yoxsa “torpaq mafiyası”?

Qobu torpaqlarının sirri: qəbiristanlıqdan bazara uzanan yol

İlk reaksiya Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə Şöbəsinin əməkdaşı Sərvət Ramazanovdan gəlib. Sərvət Ramazanov redaksiya ilə telefon əlaqəsi saxlayaraq, sorğuda qeyd olunan səs yazısının linkinin texniki səbəblərdən aidiyyəti bölməyə çatmadığını və linkin təkrar göndərilməsini xahiş edib. Biz bu səbəbdən həmin linki onun “WhatsApp” ünvanına yönləndirmişik.



Bu hal bəzi hallarda ictimai müzakirələrdə suallar doğursa da, qeyd etmək vacibdir ki, burada söhbət rəsmi sənədin yox, sorğuya əlavə kimi təqdim olunan materialın texniki ötürülməsindən gedirdi. Bu isə dövlət strukturları ilə media orqanları arasında informasiya mübadiləsində normal və praktik yanaşma kimi qiymətləndirilməlidir.

Sorğularımızla bağlı 13 sentyabr 2025-ci il tarixində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən redaksiyamıza 3-39-24/2-Ə-7511-35 nömrəli rəsmi məktub daxil olmuşdur. Məktubda qeyd olunur ki, təqdim edilən materiallar Baş Prokurorluğa göndərilib və araşdırma aparılması üçün tövsiyə verilib. Lakin bu məktubun göndərilməsindən artıq bir ay keçməsinə baxmayaraq, hələ də hər hansı nəticə və ya rəsmi açıqlama müşahidə olunmur.

Məhz bu nəticəsizlik dövlət idarəçiliyində nəzarət və hesabatlılıq mexanizmlərinin zədələndiyini göstərir. Faktiki olaraq, dövlət orqanlarının bir-birinə “ötürmə” xarakterli münasibəti hüquqi prosesin səmərəliliyini azaldır, vətəndaşın və medianın dövlətə olan etimadını sarsıdır.

Elmi idarəetmə nəzəriyyəsinə görə, hər bir dövlət sistemi “hesabatlılıq – nəzarət – nəticə” zəncirinə əsaslanmalıdır. Bu zəncirin hər hansı bir halqası qırıldıqda, korrupsiya və məmur özbaşınalığı təbii nəticə kimi meydana çıxır. Qobu bələdiyyəsində baş verənlər isə bu zəncirin ən zəif halqasının nəzarət mexanizmi olduğunu göstərir.

Əgər ortada faktlar var, amma nəticə yoxdur, deməli, məsələ hüquqi yox, siyasi və inzibati səviyyədə bağlanır. Bu isə hüququn prinsiplərinə zidd olmaqla yanaşı, vətəndaş-dövlət münasibətlərində “seçici ədalət” anlayışını dərinləşdirir.

"DogruXeber.tv"nin əldə etdiyi bütün materiallar qanuni əsaslarla təqdim olunub və hər bir fakt sənədlərlə təsdiqlənir. Lakin bu sənədlərin dövlət strukturları tərəfindən uzunmüddətli laqeydliklə qarşılanması göstərir ki, bələdiyyə idarəçiliyi sahəsində kadr məsuliyyətsizliyi və siyasi himayədarlıq ciddi problemdir.
Araşdırma nəticəsində belə qənaət formalaşır ki, Araz Nəcəfov təkcə bir bələdiyyə sədri deyil, sistemin içərisində formalaşmış “toxunulmazlıq modelinin” iştirakçısıdır. Əgər bu model dağıdılmasa, yerli idarəetmədə şəffaflıq və qanunun aliliyi yalnız formal sənədlərdə qalacaq.

"DogruXeber.tv" məsələni nəzarətdə saxlayır və yaxın günlərdə həm Baş Prokurorluğun, həm də Ədliyyə Nazirliyinin yekun mövqeyi barədə ictimaiyyəti məlumatlandıracaq.


Oxunub: 403

Son xəbərlər

Xocavənddə daha 140 ev və binalar təmir olunacaq - 4 ŞİRKƏTƏ 12 MİLYON MANATLIQ SİFARİŞ

AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –FOTOLAR+VİDEO

Vəkillərin fəaliyyəti ilə bağlı bir sıra dəyişikliklər təsdiqlənib

Rusiya ilə bağlı SƏRT QƏRAR: Sonuncu konsulluğu da BAĞLANIR

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış – 33 illik araşdırma

Prezidentdən Kamran Əliyevlə bağlı Sərəncam

Tağı İbrahimova 6 il həbs verildi

Kərki kəndi yaxın günlərdə Azərbaycana qaytarılacaq

Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə OLUNDU

Məktəbləri 7 milyon manata təmir edəcək ŞİRKƏT MƏLUM OLDU - TENDER

Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad – VİDEO

ŞAD XƏBƏR! Bu şəxslərin əmək pensiyası artacaq

Binəqədidə ağaclar məhv edilir – Foto

Büdcədən səhiyyəyə bu qədər vəsait ayrılacaq

İmişlidə yolları təmir edən yeganə şirkət: “Orion-E” ilə İcra Hakimiyyətini nə bağlayır? –ARAŞDIRMA

Aşağı gəlirli şəxslərlə bağlı QƏRAR – 3 il ərzində…

DİN-dən bank kartları ilə bağlı vətəndaşlara xəbərdarlıq

SOCAR "unikal" sağlamlaşdırma şüarı: "Ya özün get, ya "İmtahan" başqa bir yol yox artıq ?!

"Caspian International" Hospitalın bir qrup vəzifəli şəxsi həkimlərdən birinin bank hesabına köçürülmüş vəsaitini talayıb

Məcnun Məmmədov 840 minlik layihəni tendersiz həyata keçirdi - İşi 10 manatlıq şirkət görəcək

Gələn il təhsil və elmə 5,2 milyard ayrılacaq

Xıdırlıya növbəti köç karvanı yola salındı

Elçin Rzayevin sözünə "QULAQ ASAN" yoxdur - Deputat kəndlinin örüş yerini "AZAD EDƏCƏKMİ?" -QALMAQAL

 Fuad Nəcəflini hakimiyyətdən YIXAN FAKTLAR: Vasif Talıbovdan fərqlənmədi... - Daha betərini etdi...

Əhmədzadə işi Elnur Abdullayevi də "vurdu" - sirli media oliqarxı uzaqlaşdırılır

Ramiz Mehdiyevin gəlininin yerinə - Təyinat

Ermənistan-Azərbaycan sərhədinin demarkasiya məsələsi müzakirə edildi

Cəfər Cabbarlının heykəlinin bərpasına 15 min lazımdır - "Azərbaycanfilm"dən çağırış

Bu tədbirlərlə bağlı xərc normaları artırıldı

Baş nazir iki milli parkla bağlı qərar verdi

Bütün xəbərlər