ETN dəfələrlə cərimə olunmuş şirkətlə yenidən anlaşdı: Bu dəfə 9 milyona- ARAŞDIRMA

Elm və Təhsil Nazirliyi (ETN) daha bir nilyonluq tenderə yekun vurub.

"DogruXeber.tv" xəbər verir ki, nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Respublika üzrə bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işləri həyata keçirəcək.

Bu məqsədlə “S.H. İNŞAAT XİDMƏTİ” MMC ilə satınalma müqaviləsi bağlanılıb. Açıq mənbələrdə qeyd edilir ki, tərəflər 9 milyon 226 min 796 manata anlaşıblar.

Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, “S.H. İNŞAAT XİDMƏTİ” 2024-2025-ci illər ərazində ETN-in 4 tenderinin qalibi olub.

Belə ki, təkcə bu ilin oktyabrında nazirlik “S.H. İNŞAAT XİDMƏTİ”ə iki tender verib. Onlardan biri 30 oktyabrda reallaşıb və Respublikanın bir sıra təhsil müəssisələrinin təmiri və abadlıq işlərini əhatə edib. Bu müqavilənin dəyəri 8 milyon 777 min 208 manat təşkil edib.

İkinci tender isə 9 oktyabrda baş tutub. Tərəflər Respublikanın bir sıra təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin görülməsi məsələsində 8 milyon 95 min 862 manata anlaşıblar.

Bu tendderlərdən biri isə ötən ilin 8 oktyabrına təsadüf edib. Həmin tender Respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınmasını əhatə edib. “S.H. İNŞAAT XİDMƏTİ” MMC bunun müqabilində Elm və Təhsil Nazirliyindən 3 milyon 492 min 100 manat ödəniş alıb.

Araşdırmalara əsasən məlum olub ki, “S.H. İNŞAAT XİDMƏTİ” (VÖEN: 1302481541) MMC 05.05.2011-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, MƏTBUAT PR. , ev.24, MƏHƏLLƏ 540, m.11, qanuni təmsilçisi kimi isə Heydərov Səməd İsmayıl oğlu qeyd olunub.

Vergi öhdəlikləri üzrə 2011-2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, bu şirkət haqqında açıq mənbələrdə geniş məlumat yoxdur.

Qarşı tərəfi də dinləməyə hazırıq.//Tribuuna.az

Son xəbərlər

Bakıxanovda "Möcüzəvi Epidemiya": Eyni anda "quruyan" ağaclar və daş hasarlar... - BU NƏDİ BELƏ?

İsrail əsgəri İran casusu çıxdı

DİM bu şəxslərə müraciət etdi

Netanyahu ABŞ-a gedir - Trampla görüşəcək?

Nazirlikdən ildırım və güclü küləklə bağlı ÇAĞIRIŞ

Gələn ildən müəllimlər illik plan və icmal hazırlamayacaq

Metro ilə bağlı ŞAD XƏBƏR - Bu tarixdən...

Tovuzda zorakılığa məruz qalan qadının əri saxlanıldı

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Anomal istilər: Fransada suda boğulub ölənlərin sayı artır

Böyük Britaniya sosial şəbəkələrdə yeniyetmələr üçün "komendant saatı" tətbiq edəcək

Ukrayna Rusiya helikopterini Rusiyada vurdu

Bakının bu küçəsində hərəkət istiqaməti dəyişdirilir

Prezidentin həmin xəbərdarlığı - Önəmli DETAL

214 min manatlıq məhkəmə qərarı niyə icra olunmur? – Keçmiş hakimdən şikayət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq-PROQNOZ

Bu ölkənin mediasında rus dili qadağan olunacaq

AMEA Bakıdan köçürülür?

Xəzərlə bağlı həyəcan təbili: Hər il...

Siyəzən sakini Milli Oftalmologiya Mərkəzindən şikayətçidir:“Eyni xəstəyə fərqli rəylər verilir”

Azərbaycanda bu ildən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik dərsləri keçiriləcək

Baş Prokurorluq məlumat yaydı

DÇ: İngiltərə və Argentina final uğrunda mübarizə aparacaq

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanlı tanınmış model xərçəngdən vəfat etdi

ABŞ İranda kazarmanı vurdu: iki hərbçi öldü

Qarabağ Universiteti və İTÜ-dən ikili diplom proqramı

Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır

“Cənub” Yük Terminalında yeni “cərimə” metodu: Sahibkarlar çıxılmaz vəziyyətdə

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb- VİDEO

Bütün xəbərlər