Füzuli Ələkbərovun milyonluq “tender imperiyası”: Bacısı oğlu nazir müavinidir + Qalmaqallı keçmiş

DogruXeber.tv: - Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi “İmprotex Motors” MMC və ona bağlı şirkətlərin cari il ərzində bağladığı dövlət müqavilələrini araşdırıb. Məlum olub ki, şirkətlər müxtəlif nazirliklər və dövlət qurumları ilə yüksək məbləğli müqavilələr imzalayıblar.

Araşdırmaya görə, “Improtex Motors” və “IMPROTEX TRUCKS AND BUSES” MMC-nin ümumi aldığı dövlət sifarişlərinin məbləği təxminən 8.5 milyon AZN-dən çoxdur.

Ən böyük məbləğli müqavilələrdən bəziləri:

Özüboşaldan yük avtomobillərinin satınalınması
Şirkət: IMPROTEX TRUCKS AND BUSES MMC
Müştəri: Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Məbləğ: 6.952.560 AZN

“MAN TGS 33.400 6X4 BB CH” tullantı daşıyan avtomobillərin satın alınması
Şirkət: IMPROTEX TRUCKS AND BUSES MMC
Müştəri: Dövlət Radiotezliklər İdarəsi
Məbləğ: 1.083.000 AZN

Minik avtomobillərinin satınalınması
Şirkət: İmprotex Motors MMC
Müştəri: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi
Məbləğ: 220.000 AZN

1 ədəd sedan tipli xidməti minik avtomobilinin satın alınması
Şirkət: İmprotex Motors MMC
Müştəri: Fövqəladə Hallar Nazirliyi
Məbləğ: 253.148 AZN

Qeyd edək ki, “IMPROTEX TRUCKS AND BUSES” MMC-nin nizamnamə kapitalı cəmi 220 manatdır. Şirkətin qanuni təmsilçisi Mühəmməd Fərid Abdullayev Azər oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 33-də yerləşir. Onun qanuni təmsilçisi olduğu “Improtex Motors” MMC də eyni ünvanda qeydiyyatdadır.

Araşdırmaya əsasən, sabiq nazirə məxsus şirkətlər dövlət büdcəsindən yüksək məbləğli sifarişlər almaqda davam edir, xüsusilə nəqliyyat vasitələrinin təmiri və satınalınması sahəsində aktiv fəaliyyət göstərirlər.

Xüsusi qeyd: 8.5 milyon manatdan çox dəyərdə tenderlərin qalibi olmuş şirkətə Füzuli Ələkbərov rəhbərlik edir. Onun bacısı oğlu Fərid Cəfərov isə hazırda Mədəniyyət naziri Adil Kərimlinin müavinidir. Eyni zamanda, iddialara görə, Fərid Cəfərov və dayısı oğlu Vüqar Ələkbərov 2013-cü ildə baş verən İsmayıllı hadisələri zamanı həmin rayonda olub.

Əlavə məlumat üçün bildirək ki, nazir müavininin xidməti avtomobili – BMW markalı nəqliyyat vasitəsini öz dayısına məxsus “İmprotex Motors” şirkətindən aldığı iddia edilir.

Həmçinin bildirilir ki, nazir müavininin rəhbərlik etdiyi qurumun keçirdiyi tenderlərin bir qismi də dayısına məxsus şirkətlərin üzərinə ötürülüb.

Mətbuata sızan məlumatlarda vurğulanır ki, dayısının milyonlarla manatlıq dövriyyəsi və biznes imkanları hesabına nazir müavininin vəzifəyə gətirildiyi iddia olunur.//32gun.az

Oxunub: 341

Son xəbərlər

Azərbaycanın bu il ixrac etdiyi qazın həcmi açıqlanıb

“Tezliklə azərbaycanlılar bizə hökm edəcəklər”

Siqareti tərgitmək istəyənlərin DİQQƏTİNƏ: Sizi nələr gözləyir?

Azərbaycan və Efiopiya müdafiə sahəsində əməkdaşlıq edəcək

Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirdi

Ramin Hacıyevdən Nazirliklərə sual: "10 Manat niyə tutulur?"

Türkiyədə zəlzələ oldu

Balakəndə intensiv yağışlar fəsadlara səbəb olub

Güneydə repressiyalar yenidən şiddətləndi

Magistraturaya qəbulun II cəhdində iştirak etmək istəyən bakalavr sayı açıqlanıb

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

“Brent” neftinin qiyməti 102 dolları ötüb

Bakı həftəyə tıxacla başladı – SİYAHI

İdmançımız Ginnesin Rekordlar Kitabına düşdü

Hakan Fidan onunla İslamabad danışıqlarını müzakirə etdi

Con Nolan vəfat etdi

Ceyhun Bayramovun ailəsində ağır itki

“Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları Qəbələdə Hikmət Hacıyev ilə görüşüblər

Ərdoğan Makronla regional məsələləri müzakirə edib

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalaqızlarını öldürən Nuranənin sevgilisi imiş? – Masazırdakı cinayətin təfərrüatı

Şahin Bağırov onu Gəncə Gömrük İdarəsinə rəis təyin etdi

İmişlidə yanmış evdən meyit aşkarlanıb

1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında…

AFFA oyunları təxirə saldı - SƏBƏBİ

Hüsaməddin Cindoruk vəfat etdi

Işın Karaca Yunanıstandan deportasiya edildi

Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Rusiyanın itkiləri açıqlandı – ŞOK RƏQƏMLƏR

“Bezdik, bu qədər cərimə olmaz, 700 manat ödəmişəm”

Bütün xəbərlər