65 pilotumuz Türkiyədə təlimlərə cəlb olunub

Azərbaycan Hava Yolları (AZAL) üçün əsas prioritetlər uçuş təhlükəsizliyinin təmin edilməsi, əməliyyat dayanıqlılığının gücləndirilməsi, yerli pilotların peşəkarlıq səviyyəsinin artırılması və donanmanın mərhələli qaydada modernləşdirilməsidir.

DogruXeber.tv” xəbər verir ki, bunu AZAL-ın Uçuş Heyətinin Hazırlığı Mərkəzinin rəhbəri Fərid Pənahov “Report”a bildirib.

Onun sözlərinə görə, AZAL-ın uzunmüddətli inkişaf strategiyasına əsasən, 2032-ci ilədək hava donanmasında təyyarələrin sayının 50-dən çox olması hədəflənir. Həmçinin qeyd olunub ki, cari ildə donanmanın 8 yeni təyyarə ilə genişləndirilməsi nəzərdə tutulur və növbəti illərdə bu artım dinamik şəkildə davam edəcək.

“Donanmanın davamlı genişləndirilməsi isə öz növbəsində pilot heyətinin sistemli qaydada hazırlanmasına zərurət yaradır. Bu məqsədlə yerli pilotların beynəlxalq standartlara uyğun hazırlanması və ixtisaslarının artırılması proqramları həyata keçirilir. 2024-cü ildə təsis edilən və ötən ildən etibarən fəaliyyətə başlayan, Qəbələ Beynəlxalq Aeroportunda yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzinə Milli Aviasiya Akademiyasının məzunları uçuş təlimlərində iştirak etmək üçün növbəli şəkildə cəlb olunurlar. Hazırda 25 pilot sözügedən təlim proqramlarında iştirak edir”, - F. Pənahov vurğulayıb.
Mərkəz rəhbəri qeyd edib ki, şirkətin sürətli inkişafını nəzərə alaraq, məzunların bir qismi xarici təlim mərkəzlərinə ezam olunur: “Belə ki, Milli Aviasiya Akademiyasını bitirmiş 65 pilot hazırda Türkiyədə beynəlxalq təlim proqramlarına cəlb olunub və onların 2026-cı ilin sonunadək ölkəyə qayıdaraq peşə fəaliyyətinə başlamaları planlaşdırılır”.

Bununla yanaşı, akademiyanın daha 35 məzununun 2026-cı ilin aprel ayında təlim məqsədilə İspaniyaya göndərilməsi nəzərdə tutulur. Xaricdə keçirilən təlim proqramlarını uğurla başa vuran məzunlar müvafiq tip üzrə pilot ixtisasını təsdiq edən “type rating” vəsiqəsini əldə edirlər. Təlim proqramları nəzəri hazırlıq, trenajor məşqləri, imtahan mərhələləri və praktik uçuşları əhatə edir. Pilotların hazırlığı ilə bağlı bütün xərclər şirkət tərəfindən qarşılanır.

“AZAL pilot hazırlığına uzunmüddətli investisiya edən aparıcı aviaşirkətlərdən biridir. Biz həm akademiya məzunlarını yetişdirir, həm də donanmanın fasiləsiz istismarını təmin etmək məqsədilə əməliyyat tələblərinə uyğun olaraq xarici pilotların cəlbini həyata keçiririk”, - o qeyd edib.
Hazırda AZAL-ın ümumi pilot heyətinin 15 %-ni təşkil edən xarici pilotlar yerli pilotlarla birlikdə çalışaraq təcrübə mübadiləsinə və peşəkar bacarıqların daha sürətli inkişafına töhfə verirlər.

F. Pənahov onu da bildirib ki, yerli pilotların beynəlxalq standartlara uyğun hazırlanması şirkətin əsas strateji istiqamətlərindən biridir: “Peşəkar pilot heyətinin formalaşdırılması və donanmanın müasirləşdirilməsi paralel şəkildə həyata keçirilir. Gənc pilotların təcrübəli kapitanlarla birgə çalışması onların bacarıqlarının inkişafına əlavə imkanlar yaradır”.

Mərkəzin rəhbəri qeyd edib ki, hər bir təyyarənin tam heyətlə istismarı üçün 10-12 pilot tələb olunur: “Bu isə donanmanın genişlənməsi nəticəsində pilot sayının artırılmasını zəruri edir. Hazırda 280-ə yaxın olan pilot heyətinin sayının 2032-ci ilədək ən azı 2 dəfə artırılması nəzərdə tutulur. Bunu nəzərə alaraq, uçuşların fasiləsiz icrasını təmin etmək üçün yerli pilotların sayının artırılması və paralel olaraq xarici pilotların cəlb edilməsi zəruridir”.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər