ABŞ kəşfiyyat təyyarəsi Rusiyada müşahidə olunub

Rusiyanın qərb sərhədləri yaxınlığında ABŞ-a məxsus kəşfiyyat təyyarəsi müşahidə edilib.

DogruXeber.tv xəbər verir ki, bir gün əvvəl Qara dəniz üzərində uçuş həyata keçirən Bombardier Challenger 650 Artemis II kəşfiyyat və hədəf toplama təyyarəsi bu dəfə Rusiyanın Kalininqrad vilayəti yaxınlığında qeydə alınıb.

Hava nəqliyyatının idarə olunması sahəsindəki mənbənin bildirdiyinə görə, təyyarə Rumıniyanın Konstansa şəhərində yerləşən aerodromdan qalxaraq Litva və Polşa hava məkanında, həmçinin Baltik dənizinin neytral sularında dövrə vurub.

Qeyd olunur ki, bu tip kəşfiyyat uçuşları regionda ilk dəfə qeydə alınmır. Mənbənin sözlərinə görə, eyni təyyarə bir gün əvvəl Qara dəniz üzərində də bir neçə saat ərzində qərbdən şərqə və əks istiqamətdə uçuşlar həyata keçirib.

Həmin uçuş zamanı təyyarə Rumıniyadan başqa ölkələrin hava məkanına daxil olmayıb və əsasən mülki aviasiya marşrutlarından kənarda fəaliyyət göstərib.

Bundan əlavə, aprelin əvvəlində Qara dəniz üzərində bu tip uçuşlar, o cümlədən Böyük Britaniyaya məxsus Boeing RC-135W Rivet Joint strateji kəşfiyyat təyyarəsi ilə birlikdə də müşahidə olunub.//Ajans.az

Oxunub: 211

Son xəbərlər

InvestAZ maliyyə savadlılığı üzrə seminar keçirib

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırıb

Azərbaycanın bu il ixrac etdiyi qazın həcmi açıqlanıb

“Tezliklə azərbaycanlılar bizə hökm edəcəklər”

Siqareti tərgitmək istəyənlərin DİQQƏTİNƏ: Sizi nələr gözləyir?

Azərbaycan və Efiopiya müdafiə sahəsində əməkdaşlıq edəcək

Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirdi

Ramin Hacıyevdən Nazirliklərə sual: "10 Manat niyə tutulur?"

Türkiyədə zəlzələ oldu

Balakəndə intensiv yağışlar fəsadlara səbəb olub

Güneydə repressiyalar yenidən şiddətləndi

Magistraturaya qəbulun II cəhdində iştirak etmək istəyən bakalavr sayı açıqlanıb

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

“Brent” neftinin qiyməti 102 dolları ötüb

Bakı həftəyə tıxacla başladı – SİYAHI

İdmançımız Ginnesin Rekordlar Kitabına düşdü

Hakan Fidan onunla İslamabad danışıqlarını müzakirə etdi

Con Nolan vəfat etdi

Ceyhun Bayramovun ailəsində ağır itki

“Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları Qəbələdə Hikmət Hacıyev ilə görüşüblər

Ərdoğan Makronla regional məsələləri müzakirə edib

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalaqızlarını öldürən Nuranənin sevgilisi imiş? – Masazırdakı cinayətin təfərrüatı

Şahin Bağırov onu Gəncə Gömrük İdarəsinə rəis təyin etdi

İmişlidə yanmış evdən meyit aşkarlanıb

1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında…

AFFA oyunları təxirə saldı - SƏBƏBİ

Hüsaməddin Cindoruk vəfat etdi

Işın Karaca Yunanıstandan deportasiya edildi

Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Bütün xəbərlər