Yaşayışa yararsız tikili məktəb binasının inşasına çətinlik yaradır

Bakıda yaşayışa yararsız tikili məktəb binasının inşasına çətinlik yaradır.

DogruXeber.tv xəbər verir ki, tikinti şirkətinin rəsmisi Orxan Mamedov Real TV-yə açıqlamasında mövcud ərazinin tam şəkildə şirkətə məxsus olduğunu bildirib.

O qeyd edib ki, bununla bağlı bütün sənəd və çıxarışlar mövcuddur: “Müəyyən bir zaman ərzində gecəqondu tipli tikililər tikiblər və ərazidə məskunlaşıblar. Heç bir sənədlərinin olmamasına baxmayaraq, yaşayış məntəqəsi kimi zəbt ediblər. Ancaq içəriyə daxil olsanız, görəcəksiniz ki, orada yaşayış üçün heç bir şərait də yoxdur”.

O. Mamedov deyib ki, şirkət ərazisi olmasına baxmayaraq, sakinə hətta kompensasiya da təklif edilib:

“Təəəssüflər olsun ki, vətəndaş dəyərindən 100 dəfə artıq şişirdilmiş məbləğ istəyib. Bu isə şirkətin imkanları daxilində deyil. Onu da qeyd edim ki, məktəbin tikintisinə başlanılarkən vətəndaş təcili olaraq tikilidə tikinti işlərinə başlayıb. Bununla da görüntü yaradıb ki, əlavə tikili var və buna görə də ayrıca ödəniş alsınlar. Fikir verin, tikilidə işıq, qaz, su yoxdur. Burada yaşamaq mümkün deyil. Sadəcə görüntü yaradıblar ki, külli miqdarda kompensasiya tələb etsinlər.

Biz bir şirkət olaraq bu günə qədər daha böyük ərazilərin yaşıllaşdırmasına xidmət edirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Tikinti zonasına düşən bir neçə ağac haqqında rəy gözlənilir. Tikinti layihələndirilən zaman burada ağacların olması nəzərə alınacaq. Binanın girintili və çıxıntılı olmasının səbəbi yaşıllıqlara toxunmamaq”.//qafqazinfo.az

Oxunub: 24

Son xəbərlər

Azərbaycanın bu il ixrac etdiyi qazın həcmi açıqlanıb

“Tezliklə azərbaycanlılar bizə hökm edəcəklər”

Siqareti tərgitmək istəyənlərin DİQQƏTİNƏ: Sizi nələr gözləyir?

Azərbaycan və Efiopiya müdafiə sahəsində əməkdaşlıq edəcək

Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirdi

Ramin Hacıyevdən Nazirliklərə sual: "10 Manat niyə tutulur?"

Türkiyədə zəlzələ oldu

Balakəndə intensiv yağışlar fəsadlara səbəb olub

Güneydə repressiyalar yenidən şiddətləndi

Magistraturaya qəbulun II cəhdində iştirak etmək istəyən bakalavr sayı açıqlanıb

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

“Brent” neftinin qiyməti 102 dolları ötüb

Bakı həftəyə tıxacla başladı – SİYAHI

İdmançımız Ginnesin Rekordlar Kitabına düşdü

Hakan Fidan onunla İslamabad danışıqlarını müzakirə etdi

Con Nolan vəfat etdi

Ceyhun Bayramovun ailəsində ağır itki

“Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları Qəbələdə Hikmət Hacıyev ilə görüşüblər

Ərdoğan Makronla regional məsələləri müzakirə edib

"Kişi sponsorlar ancaq qadınlara dəstək olur"

Xalaqızlarını öldürən Nuranənin sevgilisi imiş? – Masazırdakı cinayətin təfərrüatı

Şahin Bağırov onu Gəncə Gömrük İdarəsinə rəis təyin etdi

İmişlidə yanmış evdən meyit aşkarlanıb

1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında…

AFFA oyunları təxirə saldı - SƏBƏBİ

Hüsaməddin Cindoruk vəfat etdi

Işın Karaca Yunanıstandan deportasiya edildi

Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Rusiyanın itkiləri açıqlandı – ŞOK RƏQƏMLƏR

“Bezdik, bu qədər cərimə olmaz, 700 manat ödəmişəm”

Bütün xəbərlər