gundem / iqtisadiyyat
22.05.2026
Neft-qaz şirkətində yanğın - Ölən və yaralananlar var
Macarıstanda ölkənin ən böyük neft-qaz şirkəti olan MOL-un zavodunda partlayış baş verib.
DogruXeber.tv xəbər verir ki, bu barədə baş nazir Peter Madyar məlumat verib.
Bildirilib ki, hadisə nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isə ağır yaralanıb.
Yerli mənbələrin məlumatına görə, partlayışdan sonra ərazidə yanğın baş verib.
Şirkət rəsmiləri qeyd ediblər ki, vəziyyət nəzarət altına alınsa da, xilasetmə və araşdırma işləri davam edir.



