Qızılın qiyməti 2008-ci ildən bəri ən böyük aylıq geriləmə nümayiş etdirməyə hazırlaşır

Əmtəə birjalarında qızılın qiyməti itkilərini davam etdirir və 2008-ci ilin oktyabr ayından bəri ən böyük aylıq geriləmə nümayiş etdirməyə hazırlaşır.

DogruXeber.tv xəbər verir ki, qızılın qiymətindəki aylıq itki təxminən 13 faizə çatır. Əgər bu itiklər gün ərzində davam edərsə bu, qızılın qiymətində ardıcıl 4-cü aylıq geriləmə olacaq. Hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası 3990-4020 dollar civarındadır.

Bundan başqa, ABŞ-İran müharibəsi səbəbindən enerji qiymətlərinin artmasının inflyasiya və faiz dərəcələrinin artacağı ilə bağlı gözləntiləri gücləndirməsi fonunda qızılın qiymətində 2024-cü ildən bəri ilk, 2013-cü ilin ikinci rübündən indiyədək isə ən böyük rüblük geriləmə qeydə alınması gözlənilir.

Analitiklərin fikrincə, qızılın qiyməti Yaxın Şərqdəki qeyri-müəyyənliyin azalması və ABŞ-də yüksək inflyasiyanı aşağı səviyyədə saxlamaq üçün uçot dərəcəsinin artırılmağa davam edəcəyi ilə bağlı gözləntilərin güclənməsi fonunda ucuzlaşır. Artan inflyasiya göstəricisi, yüksək faiz dərəcəsi ilə bağlı gözləntilər, eləcə də dolların dəyər qazanması qızılı dəstəkləyən bütün müsbət amilləri üstələyir. İnflyasiyaya qarşı hedcinq kimi qəbul edilən qızıl yüksək faiz dərəcələri mühitində faiz gəlirlərinin olmaması səbəbindən investorlar üçün cəlbediciliyini itirir. Dollar indeksi isə bir ildən çox müddət ərzində ən yüksək səviyyəsinə yüksəlib və bu da qızılı beynəlxalq alıcılar üçün daha bahalı edir.

Mütəxəssislər ilin ikinci yarısında qızılın qiymətinin 3500-4400 dollar arasında dəyişəcəyini proqnozlaşdırır. ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və “Citigroup”un analitikləri isə qızılın bir troya unsiyasının qiymətinin 5000-5400 dollara yüksələcəyini proqnozlaşdırırdılar. Mərkəzi ofisi Avstraliyada yerləşən “ANZ Group Holdings” çoxmillətli bankçılıq və maliyyə xidmətləri şirkətinin analitiklərinə görə, qızılın qiyməti 2027-ci ilin ortalarına qədər 6000 dollara yüksələ bilər.

Son xəbərlər

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

Bütün xəbərlər