Cəlilabadda "30 Min" Sirri – Kim Nəyi Gizlədir?

Ötən yazımızda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ilə rayon təhsil sektorunun müdiri İlkin Zeynalov arasında yarandığı iddia edilən gərginlikdən bəhs etmiş, "Cəlilabadda icra başçısı ilə təhsil sektoru rəhbəri arasında qalmaqal? – İddiaların kökündə 'bilet məsələsi' dayanır?" sərlövhəli məqaləmizdə redaksiya olaraq Cəlilabad Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun və digər aidiyyəti qurumların rəsmi mövqeyini dərc etməyə hazır olduğumuzu bildirmişdik.Həmin yazının dərcindən sonra Mediatvaz.com-un redaksiyasına yeni və daha diqqətçəkən məlumatlar daxil olub.Redaksiyaya daxil olan məlumatlara görə, icra başçısı ilə təhsil sektoru rəhbəri arasında narazılıq yarandıqdan sonra icra başçısı tərəfindən aidiyyəti dövlət qurumlarına müraciətlər edilib və nəticədə rayonun 7 ümumtəhsil məktəbində yoxlamalar aparılıb.Məlumatlarda bildirilir ki, həmin yoxlamalar zamanı ciddi maliyyə və digər qanun pozuntuları aşkar olunub, nəticədə 7 məktəb direktoru tutduğu vəzifədən azad edilib.Məlumatlarda daha sonra iddia olunur ki, baş verən proseslərdən sonra rayon təhsil sektorunun müdiri İlkin Zeynalov məsələ ilə bağlı yuxarı instansiyalara, o cümlədən Prezident Administrasiyasına müraciət edib və bu məqsədlə bir neçə gün Bakıda olub.
Bütün bunlar isə bir sıra ciddi suallar doğurur.
Əgər həmin məktəblərdə doğrudan da ciddi qanun və maliyyə pozuntuları mövcud idisə, bu faktlar niyə məhz tərəflər arasında narazılıq yarandıqdan sonra araşdırılmağa başlanılıb? Rayon rəhbərliyinin bu problemlərdən əvvəldən xəbəri vardımı? Əgər xəbərdar idisə, niyə vaxtında tədbir görülməyib? Yox əgər xəbərsiz idisə, onda qısa müddətdə məhz hansı əsaslarla həmin məktəblər seçilərək yoxlanılıb?
Rayonda səsləndirilən başqa bir iddia isə vəziyyəti daha da müəmmalı göstərir. Belə ki, sakinlər arasında guya "30 min" məbləği ilə bağlı müxtəlif söhbətlərin dolaşdığı bildirilir. Bu söhbətlərin nədən qaynaqlandığı, hansı hadisə ilə əlaqəli olduğu və ümumiyyətlə həqiqəti əks etdirib-etdirmədiyi barədə isə rəsmi açıqlama yoxdur. Məhz buna görə də cəmiyyətin maraqlandığı bu məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi xüsusi əhəmiyyət daşıyır.Bütün bu iddialar həqiqətə uyğun deyilsə, aidiyyəti qurumlar ictimaiyyət qarşısında aydın və əsaslandırılmış izahat verməlidirlər.
Qeyd edək ki, bu yazıda yer alan məlumatlar redaksiyaya daxil olmuş iddialara əsaslanır.Redaksiya Cəlilabad Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun, Elm və Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların rəsmi mövqeyini dərc etməyə hazırdır.
(Mediatvaz.com)

Son xəbərlər

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Bütün xəbərlər