Jurnalistika ixtisasını seçənlərin NƏZƏRİNƏ: DƏYİŞİKLİK EDİLDİ

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlər abituriyentlər bu ildən inşanı elektron formada kompüterdə yazacaqlar.

DogruXeber.tv xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlər 24 - 27 iyul (saat 23:59-dək) 2026-cı il tarixlərində DİM-in internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Tələbə qəbulu elanının "Ərizə qəbulu" bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ‑lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə "Jurnalistika" ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə hamısının "Jurnalistika" ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Digər abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.
Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.
"Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 4-də kompüter vasitəsilə keçiriləcək. Bu ildən abituriyentlər inşanı elektron formada kompüterdə yazacaqlar. Kompüterdə yazı işinin yerinə yetirilməsi abituriyentlərə fikirlərini oxunaqlı və səliqəli şəkildə təqdim etmək, zərurət olduqda mətni rahat redaktə etmək və beləliklə, ayrılan vaxtdan səmərəli istifadə imkanı yaradacaq. Bu yenilik qiymətləndirmə prosesinin də daha səmərəli təşkilinə imkan yaradacaq, əl yazısının oxunması ilə bağlı çətinliklər aradan qalxacaq və qiymətləndiricilər diqqətlərini yalnız işin məzmununa yönəldə biləcəklər.

Əlavə olaraq qeyd edək ki, imtahan müddəti də 30 dəqiqə artırılıb və yazı işinin yerinə yetirilməsinə 3 saat vaxt veriləcək.

Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika" ixtisasını da seçə bilərlər.

Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları, abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə buradan (Azərbaycan və rus dilində) tanış ola bilərsiniz.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər