Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/xtvaz/dogruxeber.tv/engine/classes/templates.class.php on line 205
<?xml version="1.0" encoding="utf-8"?>
<rss version="2.0" xmlns:dc="http://purl.org/dc/elements/1.1/">
<channel>
<link>https://dogruxeber.tv/</link>
<language>tr</language>
<description>dunya - Dogruxeber.tv</description>
<generator>DataLife Engine</generator>
<item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/30/xamenei-rann-krfz-v-hrmz-boazna-nzarti-davam-etdirmyi-planladrdn-bildirib.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/30/xamenei-rann-krfz-v-hrmz-boazna-nzarti-davam-etdirmyi-planladrdn-bildirib.html</link>
<description><![CDATA[
Fars körfəzi və Hörmüz boğazında yeni bir mərhələ formalaşmaqdadır.
DogruXeber.tv xəbər verir ki, bu, İranın Ali Rəhbəri Ayətullah Müctəba Xameneinin bəyanatında öz əksini tapıb.
Onun sözlərinə görə, “artıq təkcə dünya ictimai rəyində və region xalqları arasında deyil, hətta ölkələrin sultanları və hakimləri üçün də aydın oldu ki, Amerika kimi yad qüvvələrin Fars körfəzi torpaqlarında mövcudluğu regionda ən böyük təhlükə mənbəyidir”.
“Amerikanın zahirən içi boş hərbi bazaları belə öz təhlükəsizliyini təmin etmək gücündə deyil, o ki qaldı regiondakı tərəfdaşlarının və Amerikapərəst qüvvələrin təhlükəsizliyini təmin etsin”, - o vurğulayıb.
Xamenei qeyd edib ki, Fars körfəzi regionunun parlaq gələcəyi — Amerikadan uzaq, öz xalqlarının inkişafına, rahatlığına və rifahına xidmət edən bir gələcək olacaq: “Biz Fars körfəzi və Oman dənizinin sularında yerləşən qonşularımızla eyni taleyi paylaşırıq və minlərlə kilometr uzaqdan tamahkarlıqla gəlib burada fitnə törədən yadellilərin bu bölgədə yeri yoxdur — onların yeri yalnız suların dibində ola bilər”.
İranın Ali Rəhbəri əlavə edib ki, “müqavimət” və “güclü İran” strategiyaları sayəsində əldə olunmuş "bu qələbələr zənciri" regionda və dünyada yeni bir nizamın başlanğıcı olacaq.]]></description>
<category><![CDATA[gundem / dunya]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Thu, 30 Apr 2026 16:45:31 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/30/ukrayna-permd-neft-emal-zavoduna-zrb-endirib.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/30/ukrayna-permd-neft-emal-zavoduna-zrb-endirib.html</link>
<description><![CDATA[
Ukrayna Permdə (Rusiya) "Lukoyl-Permnefteorqsintez" neft emalı zavoduna (NEZ) zərbə endirib.
Bu barədə  DogruXeber.tv  "RBK-Ukrayna"ya istinadən xəbər verir.
Məlumata görə, nəticədə neftin ilkin emalı üzrə AVT-4 qurğusu zədələnib, obyektdə yanğınlar yaranıb, o cümlədən vakuum və atmosfer rektifikasiya kolonlarında alovlanma baş verib.
Həmçinin NEZ-ə neft tədarükünü təmin edən "Perm" xətt istehsalat-dispetçer stansiyasına hücum edildiyi də bildirilir. Məlumata görə, əvvəllər bu obyekt artıq pilotsuz uçuş aparatı ilə zərbələrə məruz qalıb və təkrar hücumdan sonra orada yeni yanğın ocaqları qeydə alınıb.
Hazırda rəsmi təsdiqlər və dəymiş ziyanın miqyası barədə məlumatlar dəqiqləşdirilir.]]></description>
<category><![CDATA[gundem  / dunya]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Thu, 30 Apr 2026 16:30:26 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/30/bunu-netanyahudan-xahi-etdim-tramp.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/30/bunu-netanyahudan-xahi-etdim-tramp.html</link>
<description><![CDATA[
ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahudan tammiqyaslı hərbi əməliyyatlara başlamamağı və bunun əvəzinə Livanda yalnız hədəfə alınmış əməliyyatlar aparmağı xahiş edib.
DogruXeber.tv  xəbər verir ki, Amerika lideri bunu "Axios"a verdiyi müsahibədə bildirib.
"Mən Netanyahuya dedim ki, o, daha cərrahi yolla hərəkət etməlidir. Binaları dağıtmamalıdır. O, bunu edə bilməz. Bu, çox dəhşətlidir və İsraili pis vəziyyətə salır", - deyə dövlət başçısı qeyd edib.
Xatırladaq ki, aprelin 14-də İsrail və Livan arasında birbaşa danışıqların ilk mərhələsi keçirilib. Tərəflər 10 günlük atəşkəs barədə razılığa gəliblər. Atəşkəs aprelin 17-də elan edilib.
Aprelin 22-də İsrail Müdafiə Qüvvələri (İMQ) şiə hərəkatı "Hizbullah"ı Livanda atəşkəsi pozmaqda ittiham edib. Bundan sonra Netanyahunun ofisi "Hizbullah hədəflərinə qarşı böyük zərbələr endirməyi əmr edib.]]></description>
<category><![CDATA[gundem   / dunya]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Thu, 30 Apr 2026 16:00:00 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/30/zelenski-putinin-mayn-9-da-atks-tklifin-cavab-verib.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/30/zelenski-putinin-mayn-9-da-atks-tklifin-cavab-verib.html</link>
<description><![CDATA[
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin 9 Mayla bağlı atəşkəs təklifinə cavab verib.
DogruXeber.tv-nin xəbərinə görə, Zelenski “Telegram” kanalında yazıb ki, ABŞ Prezidenti Donald Trampın komandası ilə əlaqə qurmağı və Rusiyanın təklifinin təfərrüatlarını öyrənməyi tapşırıb.
“Gəlin konkret olaraq söhbətin nədən getdiyini aydınlaşdıraq: Moskvadakı parad üçün bir neçə saatlıq təhlükəsizlik və ya daha çox şey haqqında söhbət gedir?”, - Ukrayna lideri qeyd edib.
O bildirib ki, Ukrayna sülhə can atır və bu müharibənin faktiki olaraq başa çatması üçün lazımi diplomatik işi təmin edir.
“Təklifimiz atəşi uzunmüddətli əsasda dayandırmaq, insanlar üçün etibarlı təhlükəsizliyi və uzunmüddətli sülhü təmin etməkdir”, - Zelenski vurğulayıb.
O əlavə edib ki, Ukrayna bunun üçün istənilən layiqli və səmərəli formatda çalışmağa hazırdır.
Qeyd edək ki, Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, Vladimir Putin 9 May paradına qədər atəşkəs elan etməyə hazırdır.//apa]]></description>
<category><![CDATA[gundem    / dunya]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Thu, 30 Apr 2026 14:45:39 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/30/ukrayna-ordusu-ker-krpsn-qoruyan-rusiya-gmilrin-zrb-endirib.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/30/ukrayna-ordusu-ker-krpsn-qoruyan-rusiya-gmilrin-zrb-endirib.html</link>
<description><![CDATA[
Ukrayna ordusu Rusiyanı Krımla birləşdirən Kerç körpüsünü qoruyan 2 hərbi katerə zərbə endirib.
DogruXeber.tv  Ukrayna ordusuna istinadən xəbər verir ki, zərbə nəticəsində şəxsi heyət arasında itkilər var.
“Zərbə nəticəsində Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) məxsus “Sobol” patrul gözətçi və “Qraçonok” antidiversiya katerləri vurulub”, – Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatında deyilir.
Qeyd olunub ki, bu katerlər FSB-nin Sərhəd Xidmətinin və Rusiya Hərbi Dəniz Donanmasının Kerç körpüsünün mühafizəsi və diversantlarla mübarizə üçün istifadə etdiyi əsas sahil mühafizə vasitələrindən hesab olunur.]]></description>
<category><![CDATA[gundem     / dunya]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Thu, 30 Apr 2026 12:45:12 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/30/rann-yarm-milyardlq-kriptovalyutasn-l-keirdilr.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/30/rann-yarm-milyardlq-kriptovalyutasn-l-keirdilr.html</link>
<description><![CDATA[
“İrana məxsus təxminən yarım milyard dollarlıq kriptovalyuta ələ keçirilib”.
DogruXeber.tv  xəbər verir ki,  xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent “Fox News”a müsahibəsində deyib.
O qeyd edib ki, ABŞ hakimiyyəti İrana qarşı iqtisadi təzyiq kampaniyasını genişləndirib.
Bessentin sözlərinə görə, ilkin mərhələdə 350 milyon dollar dəyərində kriptovalyuta müsadirə olunub, son əməliyyatlarla isə bu rəqəm 100 milyon dollar artaraq yarım milyard dollara yaxınlaşıb.
O, həmçinin İranla əlaqəli çoxsaylı bank hesablarının dondurulduğunu vurğulayıb.
Nazirin sözlərinə görə, “İqtisadi Qəzəb Əməliyyatı” son həftələrdə daha da gücləndirilib və bu tədbirlər Tehranın maliyyə imkanlarını məhdudlaşdırmağa yönəlib.
ABŞ İran nefti alan ölkə və şirkətlərə də xəbərdarlıq edib. Vaşinqton bu istiqamətdə ikinci dərəcəli sanksiyaların tətbiqinə hazır olduğunu və İranla əməkdaşlığı davam etdirən maliyyə və sənaye qurumlarını hədəfə ala biləcəyini açıqlayıb.]]></description>
<category><![CDATA[gundem      / dunya]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Thu, 30 Apr 2026 10:15:26 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/30/sepah-ab-blokadan-in-rusiya-v-avropan-zifltmk-n-baladb.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/30/sepah-ab-blokadan-in-rusiya-v-avropan-zifltmk-n-baladb.html</link>
<description><![CDATA[
ABŞ dəniz blokadasını Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb.
DogruXeber.tv  xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin "X" sosial media hesabında edilən paylaşımda bildirilib.
"Tramp hökuməti "dünya enerjisini idarəetmə" strategiyasından "pozucu fəaliyyət"ə yönəldi və Çin, Rusiya və Avropanı zəiflətmək üçün geniş pozucu layihənin bir hissəsi kimi dəniz blokadası başlatdı", - paylaşımda qeyd olunub.
"Lakin 20 gün keçdikdən sonra Ağ Evdə bu qiymətləndirmə dərinləşir ki, layihə uğursuz olub və Tehran "pozucu fəaliyyətə qarşı koalisiya"nın mərkəzinə çevrilib", - SEPAH-ın Kəşfiyyat İdarəsi vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.
Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.
Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.]]></description>
<category><![CDATA[gundem       / dunya]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Thu, 30 Apr 2026 09:15:14 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/30/trampla-putin-telefonla-dand.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/30/trampla-putin-telefonla-dand.html</link>
<description><![CDATA[
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.
DogruXeber.tv  xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Rusiya lideri sui-qəsd cəhdindən sonra Trampı dəstəklədiyini bildirib və cinayəti qəti şəkildə pisləyib.
Uşakov həmçinin qeyd edib ki, iki lider Ukraynadakı münaqişəni müzakirə ediblər.]]></description>
<category><![CDATA[gundem        / dunya]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Thu, 30 Apr 2026 09:00:24 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/29/ukrayna-ordusu-qara-dnizd-sanksiya-altnda-olan-tanker-zrb-endirib.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/29/ukrayna-ordusu-qara-dnizd-sanksiya-altnda-olan-tanker-zrb-endirib.html</link>
<description><![CDATA[
Ukrayna ordusu Qara dənizdə kamikadze qayıqları ilə sanksiya altında olan tankerə zərbə endirib.
DogruXeber.tv  xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
“Bu gün səhər Ukrayna Hərbi Dəniz Qüvvələrinin bölməsi tərəfindən iki MBEK-kamikadze qayığı vasitəsilə sanksiya altında olan “Marquıse” tankeri vurulub”, – məlumatda qeyd olunur.
Məlumata görə, hücum zamanı gəmi Tuapse şəhərindən (Rusiya) təxminən 210 km cənub-şərqdə, açıq dənizdə olan gəmi başqa bir gəmidən yük qəbul etməyi gözləyirmiş.]]></description>
<category><![CDATA[gundem         / dunya]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Wed, 29 Apr 2026 16:45:56 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/29/yaponiya-tankeri-hrmz-boazndan-kedi.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/29/yaponiya-tankeri-hrmz-boazndan-kedi.html</link>
<description><![CDATA[
Yaponiyaya məxsus xam neft daşıyan tanker Hörmüz boğazından keçib.
DogruXeber.tv  xəbər verir ki, 2 milyon barel neft daşıyan tanker İran tərəfindən icazə alaraq boğazı keçib.
Panama bayrağı altında üzən, Yaponiyanın “Idemitsu Kosan” şirkəti tərəfindən idarə olunan “Idemitsu Maru” adlı tankerə martın əvvəlində Səudiyyə Ərəbistanının limanında neft yüklənib. Tanker aprelin 27-də Hörmüz boğazına doğru hərəkətlənib.
Qeyd edək ki, Yaponiyanın Yaxın Şərq neftindən asılılığı yüksəkdir. İdxal neftinin çox hissəsi Hörmüz boğazından keçir.//Tribuna.az]]></description>
<category><![CDATA[gundem          / dunya]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Wed, 29 Apr 2026 16:15:44 +0400</pubDate>
</item></channel></rss>