Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/xtvaz/dogruxeber.tv/engine/classes/templates.class.php on line 205
<?xml version="1.0" encoding="utf-8"?>
<rss version="2.0" xmlns:dc="http://purl.org/dc/elements/1.1/">
<channel>
<link>https://dogruxeber.tv/</link>
<language>tr</language>
<description>Səhiyyə - Dogruxeber.tv</description>
<generator>DataLife Engine</generator>
<item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/14/tannm-jurnalist-tbb-d-yksk-vzif-verildi-foto.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/14/tannm-jurnalist-tbb-d-yksk-vzif-verildi-foto.html</link>
<description><![CDATA[
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni kadr təyinatı olub.
DogruXeber.tv-nin Oxu.Az-a istinadən məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi tanınmış jurnalist Elnur Hidayətoğluya həvalə olunub.
Xatırladaq ki, E.Hidayətoğlu bu vaxta qədər adıçəkilən departamentin nəzdində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, bu vəzifəyə 2023-cü ilin dekabrında təyin edilmişdi.]]></description>
<category><![CDATA[gundem / Səhiyyə / Cəmiyyət]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Tue, 14 Apr 2026 09:45:26 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/03/31/cbari-tibbi-sorta-agentliyi-nazirliy-verildi-xstxanalar-n-n-dyiir.html</guid>
<link>https://dogruxeber.tv/2026/03/31/cbari-tibbi-sorta-agentliyi-nazirliy-verildi-xstxanalar-n-n-dyiir.html</link>
<description><![CDATA[
Məlum olduğu kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib. Prezident İlham Əliyev martın 19-da bununla bağlı Fərman imzalayıb.
Bəs dəyişiklikdən sonra icbari tibbi sığorta sahəsində idarəetmə necə təşkil olunacaq? Ləğv edilən agentliyin sədrinin həm də TƏBİB-in Müşahidə Şurasının rəhbəri olduğunu nəzərə alsaq, bu məsələ necə tənzimlənəcək? Hansı səlahiyyətlər TƏBİB-ə veriləcək?
"DogruXeber.tv" qafqazinfo-ya istinadən xəbər verir ki, Fərmanla İTSDA və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb.
Yeni yaradılan agentlik Azərbaycanda icbari tibbi sığortanın tətbiqi, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyalarını həyata keçirəcək, habelə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində fəaliyyət göstərəcək.
Əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi ilə bağlı hüquq və öhdəliklər, reabilitasiya müəssisələri bütün əmlakı ilə birlikdə yeni yaradılan agentliyə keçir.
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə rəhbərlik isə 5 üzvdən (sədr və onun 4 müavini) ibarət İdarə Heyəti tərəfindən həyata keçiriləcək.
Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB-ə) verilib.
Xatırladaq ki, 2018-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibində yaradılan TƏBİB 2023-cü ildən müstəqil dövlət qurumu kimi fəaliyyət göstərir. TƏBİB-in idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur. İndiyə kimi TƏBİB-in Müşahidə Şurasının sədri İTSDA rəhbəri Zaur Əliyev idi. Hazırda onun bu səlahiyyətini kimin icra edəcəyi məlum deyil.]]></description>
<category><![CDATA[gundem  / siyaset  / Səhiyyə]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Tue, 31 Mar 2026 18:45:05 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/03/31/tibbi-tullantlarn-danmas-v-zrrsizldirilmsin-ayrlan-milyonlardan-kimlr-daha-ox-faydalanr.html</guid>
<link>https://dogruxeber.tv/2026/03/31/tibbi-tullantlarn-danmas-v-zrrsizldirilmsin-ayrlan-milyonlardan-kimlr-daha-ox-faydalanr.html</link>
<description><![CDATA[
DogruXeber.tv: -  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli tibb müəssələri, rayon Mərkəzi Xəstəxanaları tərəfindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tender və kotirovka sorğuları ətrafında araşdırma aparmalı olduq.
Qeyd edək ki, tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə ən çox satınalmaların qalibi olan şirkətlərin biri də “BT TEXNO SERVİS” MMC-dir. Bu şirkət 14.04.2025-ci ildən 22.05.2025-ci ilə qədər “BT TEXNO SERVİS” MMC 23 satınalma müsabiqəsinin qalibi seçilib.
TƏBİB-ə tabeli rayon Mərkəzi Xəstəxanaları isə daha çox “ECO LOGİSTİCS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Şəmkir rayon Mərkəzi Xəstəxanası müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsinə 145.019,19 manat, eyni xidmətləri göstərmək üçün Cəbrayıl xəstəxanası 16.271,16, Ağstafa xəstəxanası 68.374,78, Kürdəmir xəstəxanası 82.807,68, Bərdə xəstəxanası 268.149,15, Ağdaş xəstəxanası 104.350,35, Şəki xəstəxanası 152.362,54, Mingəçevir xəstəxanası 197.163,9, Qazax xəstəxanası 251.292,32, İsmayıllı xəstəxanası 56.779,69, Naftalan xəstəxanası 16.661,81, Qax xəstəxanası 54.034,56, Yevlax xəstəxanası 194.857,77, Daşkəsən xəstəxanası 8.918,68, Zaqatala xəstəxanası 91.094,04 manat dəyərində satınalma müqavilələri bağlayıblar.
Göründüyü kimi TƏBİB-ə tabeli 15 rayon Mərkəzi Xəstəxanaları “ECO LOGİSTİCS” MMC ilə 16.04.2025-ci ildən 03.07.2025-ci ilə qədər ümumi dəyəri 1 708 130 mant olan satınalma müqavilələri bağlayıblar.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ECO LOGİSTİCS” (VÖEN: 1504055871) Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.05.2018-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10o manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, XOCALI ev.13A qanuni təmsilçisi kimi isə Astanov Akif Adil oğlu qeyd olunub.
Reyestr məlumatlarında MMC-nin “LV SHIPPING CASPIAN” kimi dövlət qeydiyyatına alındığı göstərilir. 04.05.2023-cü ildən “ECO LOGİSTİCS” MMC kimi fəaliyyət göstərir. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Rzayev Məhəmməd Həsən oğlu olub. Daha sonra Mirzəyev Teymur Məsləhətulla oğlu MMC-nin qanuni təmsilçiləri olub.
Apardığımız ətraflı araşdırmalar zamanı məlum oldu ki, daha əvvəllər müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsni TƏBİB-in “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi həyata keçirib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması üzrə “AZLOGİSTİKA and MANAGEMENT SERVİCES” Açıq Səhmdar Cəmiyyəti Cəmiyyəti ilə bir mənbədən satınalma metodu tətbiq etməklə 2.622.898,1 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 28.08.2024-cü ildə dərc edilib. Müqavilənin başlanma tarixi 26.08.2024-cü il, bitmə tarixi 28.02.2025-ci ilə müəyyən edilib.
Göründüyü kimi “İnnovasiya və Təchizat Mərkəzi” 7 ay tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətinə 2,5 milyon manatdan çox dövlət vəsaiti ayırıb.
Apardığımız araşdırma zamanı məlum oldu ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların dataşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması üzrə “LV SHIPPING CASPIAN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16.920.484 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 06.04.2023-cü ildə dərc edilib. Müqavilənin başlanma tarixi 03.04.2023-cü il, bitmə tarixi 30.06.2024-cü ilə müəyyən edilib.
Göründüyü kimi TƏBİB-in “İnnovasiya və Təchizat Mərkəzi” 16 milyon manat dəyərində bağladığı müqavilənin vaxtının 30.06.2024-cü ildə bitdiyi göstərilir. Novbəti müqavilənin başlanması isə 26.08.2024-cü il göstərilir. Sual yaranır. 2024-cü ilin iyul, avqqust aylarında müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi necə həyata keçirilib?
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə eyni məqsədlə 2022-ci ildə “LV SHIPPING CASPIAN” (hazırki “ECO LOGİSTİCS”) MMC ilə 10.395.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 05.04.2022-ci ildə dərc edilib. Müqavilənin başlanma tarixi 30.03.2022-cü il, bitmə tarixi 31.12.2022-cü ilə müəyyən edilib. TƏBİB isə 2023-cü ildə tibbi tullantıların daşınması xidməti üzrə bağladığı müqaviləni 03.04.2023-cü ildən başlayıb. 2023-cü ilin yanvar aprel aylarında tibbi tullantıların daşınması xidməti necə həyata keçirilib?
Bu MMC-lərin müvafiq tələblərə cavab verən işçi qüvvəsində tullantıların daşınması və zərərsizləşdirilməsi sahəsində təcrübəli operatorlarının, təchizatçının şəxsi mülkiyyətində olan yandırma qurğusunun olub,olması da sual altındar.
Qeyd edək ki, tibbi tullantıların zərərsizləşdirilməsi prosesi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tullantıların İdarəedilməsi Mərkəzi” MMC tərəfindən Sumqayıt şəhərinin yaxınlığında, Bakı-Quba şossesinin 33-cü km-i Pirəkeşkül qəsəbəsindəki poliqonda həyata keçirilir.
Mexanizm isə çox sadə qurulub. “ECO LOGİSTİCS” MMC-nin sifariş aldığı rayonların hər birinə ayrı xüsusi avtomobil göndərmir. Belə olsa “ECO LOGİSTİCS” MMC-nin 30-dan çox xüsusi avtomobili və əmək müqaviləsi ilə çalışan əvəzedici ilə birlikdə 60-dan çox sürücüsü olmalıdır. Təbii ki bu texniki baza “ECO LOGİSTİCS” MMC-də olmadığından hər həftə rayon mərkəzi xəstəxanalırından tibbi tullantıları götürərək zərərsizləşdirilməsi üçün Pirəkeşkül qəsəbəsindəki poliqona daşıyır. Bir-birinə yaxın rayonların xəstəxanalardan eyni vaxtda, eyni avtomobildə. Amma müqavilədə isə daşınma xidməti üçün qiymətlər şişirdilir. Güya şirkətin avtomobili tibbi tullantıları hər bir xəstəxanadan ayrı götürür.
Satınalmaların portalında dərc edilmiş məlumatlardan da göründüyü kimi 05.04.2022-ci ildən 28.08.2024-cü ilə qədər TƏBİB-in tabeliyinə olan dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların dataşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınmasına ümumi olaraq 29 938 382 manat dəyərində müqavilələr bağlanılıb. Bu vəsitlərin həqiqətən də tibbi tullantıların daşınması və zərərsizləşdirilməsnə xərclənməsi heç də real görünmür. Çünki, xəstəxanalarda tibbi tullantıların həcmini əvvəlcədən müəyyən etmək çox çətindir. Odur ki, tbbi tullantıların həcmi formal olaraq yazılır, yaxud da şişirdilir. Nəticədə isə xəstəxana rəhbərlərinə pasientlərdən topladığı rüşvətdən əlavə qazanc yeri də açılır.
Təbii ki, onlara bu şəraiti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev yaradır. TƏBİB rəsmiləri, xüsusən də TƏBİB-in “İnnovasiya və Təchizat Mərkəzi”nin direktoru Nurlan Quliyev bundan bəhrələnirlər. Qeyd edək ki, Nurlan Quliyev 2023-cü ilin iyun ayından “İnnovasiya və Təchizat Mərkəzi”nin direktorudur. Medianın yaydığı məlumatlara görə Nurlan Quliyevin yüksəlişi birbaşa Zaur Əliyevin himayəsi ilə bağlıdır. Vaxtı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Satınalma və Təchizat Departamentinin müdiri vəzifəsində çalışıb. Məlumatlara görə Zaur Əliyevin kadrı olaraq TƏBİB-in sabiq İcraçı direktoru Vüqar Qurbanovun vurulmasında da böyük rolu olub.//Aktualinfo.net
]]></description>
<category><![CDATA[gundem   / iqtisadiyyat   / Səhiyyə]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Tue, 31 Mar 2026 16:30:04 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/03/30/bu-xstxanaya-ba-hkim-tyin-edildi.html</guid>
<link>https://dogruxeber.tv/2026/03/30/bu-xstxanaya-ba-hkim-tyin-edildi.html</link>
<description><![CDATA[
Səhiyyə Nazirliyinin nəzdində Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin olunub.
Müvafiq əmrlə Zeynal Məmmədov sözügedən qurumun baş həkimi vəzifəsinə gətirilib.
O, bunadək Maştağa Psixiatriya Xəstəxanasında  həkim olub.
Məlumat üçün bildirək ki, dekabr ayında Yaqut İlyasova, yanvar ayında isə həkim-psixiatr Sultanə Salmanova bu xəstəxanaya baş həkim əvəzi olaraq təyinat almışdı.
]]></description>
<category><![CDATA[gundem    / Səhiyyə]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Mon, 30 Mar 2026 15:45:29 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/03/27/xyal-smaylova-bu-df-baqa-klinikada-faliyyt-gstrir.html</guid>
<link>https://dogruxeber.tv/2026/03/27/xyal-smaylova-bu-df-baqa-klinikada-faliyyt-gstrir.html</link>
<description><![CDATA[
DogruXeber.tv: -  Bir müddət əvvəl uğursuz estetik əməliyyat iddiaları ilə ölkə gündəmini zəbt edən Dr. Xəyalə İsmayılova ilə bağlı müzakirələr yenidən aktuallaşıb.
Məlum olduğu kimi, Nəsimi rayonu ərazisində yerləşən “Uğur 777” klinikasında fəaliyyət göstərən Xəyalə İsmayılovanın heç bir rəsmi lisenziya və tibbi diplom olmadan estetik əməliyyatlar həyata keçirdiyi iddia olunurdu.
Həmin dövrdə onun əməliyyatlarının qurbanı olduqlarını bildirən vətəndaşlar kütləvi şəkildə hüquq-mühafizə orqanlarına müraciət etmişdilər.Şikayətlərin artması və ictimai təzyiq fonunda məsələ mediaya sızmış, nəticədə klinikanın fəaliyyəti dayandırılmışdı.
Bununla yanaşı, Nəsimi rayon prokurorluğunda Xəyalə İsmayılova ilə bağlı araşdırmalara başlanılmışdı. Məlumatlara görə, istintaq prosesi hələ də davam edir və məsələ hüquqi müstəvidə tam həllini tapmayıb.Bütün bunlara baxmayaraq, iddialara əsasən, Xəyalə İsmayılova hazırda fəaliyyətini başqa bir tibb müəssisəsində – “Nova Med” tibb mərkəzində davam etdirir.
Məlumat verən mənbələr bildirir ki, sözügedən mərkəzdə uzun müddətdir çalışan anası, Məlahət xanım, ona dəstək göstərərək klinikada əməliyyat aparmasına şərait yaradıb.İddialara görə, o, həyata keçirdiyi estetik müdaxilələri sosial şəbəkələr vasitəsilə də aktiv şəkildə reklam edir.
Belə ki, xüsusilə TikTok platformasında fəaliyyət göstərən “Bakı-Estetik” adlı səhifədə əməliyyat prosesləri, əvvəl-sonra görüntüləri və pasiyentlərin nəticələri mütəmadi olaraq paylaşılır. Bu paylaşımlar vasitəsilə yeni müştərilərin cəlb edildiyi, tibbi prosedurların isə açıq şəkildə nümayiş etdirildiyi bildirilir. Mütəxəssislər isə qeyd edir ki, bu cür həssas tibbi müdaxilələrin sosial şəbəkələrdə nəzarətsiz şəkildə reklam olunması həm etik, həm də hüquqi baxımdan ciddi suallar doğurur.
Artıq yeni fəaliyyət dövründə də narazılıqların ortaya çıxdığı bildirilir. Bəzi vətəndaşların yenidən onun keçirdiyi əməliyyatlardan şikayətçi olduğu qeyd olunur. Bu isə məsələni yenidən ictimai müzakirələrin mərkəzinə gətirib.
Mütəxəssislər bildirir ki, estetik və cərrahi müdaxilələrin yalnız rəsmi icazəsi və peşəkar ixtisası olan şəxslər tərəfindən həyata keçirilməsi vacibdir. Əks halda, bu cür halların insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı danılmazdır.Ümid edirik ki, aidiyyəti dövlət qurumları məsələni diqqətdə saxlayaraq vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün lazımi addımlar atacaq və iddialara hüquqi qiymət veriləcək.//AzTimes.az
]]></description>
<category><![CDATA[gundem     / Səhiyyə     / Cəmiyyət     / Manşet]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Fri, 27 Mar 2026 11:45:44 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/03/25/tbb-d-shv-kadr-siyasti-shyy-sstemn-flc-edn-tynatlar.html</guid>
<link>https://dogruxeber.tv/2026/03/25/tbb-d-shv-kadr-siyasti-shyy-sstemn-flc-edn-tynatlar.html</link>
<description><![CDATA[
DogruXeber.tv: -  Son illər səhiyyə sahəsində aparılan islahatların mərkəzində dayanan TƏBİB-in kadr siyasəti ciddi suallar doğurur. Məqsəd şəffaflıq, peşəkarlıq və xidmət keyfiyyətinin yüksəldilməsi olsa da, reallıqda baş verənlər bunun tam əksini göstərir.
Mediatv.az-ın redaksiyasına daxil olan məlumatlar və apardığımız araşdırmalar göstərir ki, TƏBİB-in tabeliyində olan bir sıra tibb müəssisələrində peşəkarlıq yox, yaxınlıq və loyalıq əsas meyar kimi götürülür. İllərlə bu sahədə çalışan, ixtisaslı və təcrübəli həkimlər kənarda saxlanılır, onların yerinə isə idarəetmə təcrübəsi olmayan, tibblə əlaqəsi zəif şəxslər rəhbər vəzifələrə gətirilir.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, bəzi vəzifələrə təyin olunan şəxslərin nə müvafiq ixtisası, nə də sahə üzrə real iş təcrübəsi var. Bu isə təkcə idarəçilik problemi deyil, birbaşa vətəndaşların sağlamlığına yönəlmiş təhlükədir. Çünki səhv qərarlar, düzgün qurulmayan iş prosesi, məsuliyyətsiz yanaşma sonda həkim–pasiyent münasibətlərində gərginlik yaradır və tibbi xidmətin keyfiyyətini aşağı salır.Xüsusilə ayrı-ayrı həkimlərin təhsil və əmək fəaliyyətində müşahidə olunan zaman, məkan və status uyğunsuzluqları bu siyasətin ciddi boşluqlarla müşayiət olunduğunu göstərir.Belələrindən biri də Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyevdir.
Natıq Əliyevin rəsmi tərcümeyi-halında göstərilən təhsil və əmək fəaliyyəti illəri ciddi suallar doğurur. Sənədlərə əsasən, o, 2013–2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində, 2018–2022-ci illərdə isə yoluxucu xəstəliklər üzrə rezidentura təhsili alıb.
Eyni zamanda bildirilir ki, Natıq Əliyev:
2019–2020-ci illərdə Türkiyənin *“Kocaeli Üniversitesi Araştırma ve Uygulama Hastanesi”*ndə infeksion xəstəliklər və klinik mikrobiologiya bölməsində,
2020–2022-ci illərdə isə *“Marmara Üniversitesi”*ndə təhsilini davam etdirib.
Buraya qədər sadalananlar artıq özü-özlüyündə sual yaradır:
Rezidentura təhsili Azərbaycanda davam edərkən, eyni vaxtda Türkiyədə iki ayrı universitet və klinikada necə təhsil almaq mümkündür?
Məsələ bununla da bitmir. Daha əvvəl açıqlanan məlumatlara görə, Natıq Əliyev:
2018–2021-ci illərdə Naxçıvan Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim-laborant,
2021–2022-ci illərdə həmin qurumda sanitar həkim,
2020–2022-ci illərdə isə Bakı şəhərində yerləşən Mərkəzi Neftçilər Xəstəxanasında həkim-infeksionist kimi çalışıb.
Ortaya açıq-aşkar zaman və məkan uyğunsuzluğu çıxır. Bir şəxs eyni illərdə:
Naxçıvanda dövlət tibb müəssisəsində işləyib,
Bakıda xəstəxanada həkim kimi fəaliyyət göstərib,
Paralel şəkildə Türkiyədə iki ayrı universitetdə təhsil alıb,
Üstəlik Azərbaycanda rezidentura keçib.
Bu necə baş verib?
Natıq Əliyev faktiki olaraq harada olub – Naxçıvanda, Bakıda, yoxsa Türkiyədə?
Onun adı bəzi müəssisələrdə sadəcə ştat cədvəlində saxlanılıbmı?
Yoxsa diplom, rezidentura və iş stajı “kağız üzərində” formalaşdırılıb?
Xüsusilə qeyd edilməlidir ki, söhbət pandemiya dövrünü əhatə edən illərdən gedir. Həmin vaxt infeksionist həkimlərin hər gün fiziki iştirakı, növbələri və real xidməti həyati əhəmiyyət daşıyırdı. Belə bir dövrdə bir həkimin eyni vaxtda üç ölkə, bir neçə şəhər və müxtəlif statuslarda fəaliyyətdə olması inandırıcı görünmür.Mediatv.az-a daxil olan məlumata görə Natiq Əliyevin resdentura təhsili yoxdur.Rezidentura təhsili olmamaq natamam ali təhsil sayılır və belə şəxsin direktor kimi fəaliyyət göstərməsi  müvafiq qanunvericiliklə ziddiyət təşkil edir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi, TƏBİB, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də ali təhsil və rezidentura üzrə səlahiyyətli qurumlar aydınlıq gətirməlidir:
Bu təhsil və iş dövrləri hansı sənədlərlə təsdiqlənib?
Davamiyyət, ezamiyyət və ya distant əsaslar varmı?
Dövlət büdcəsindən ödənilən əməkhaqları real işə uyğun olubmu?
Cəmiyyət isə haqlı olaraq soruşur:
Bir həkim eyni vaxtda bu qədər yerdədirsə, bəs real məsuliyyəti kim daşıyıb?
Bu həkimlərin işə qəbulu hansı əsaslarla aparılıb?
Rezidentura, xarici təhsil və paralel əmək fəaliyyəti necə uzlaşdırılıb?
TƏBİB bu ziddiyyətləri bilə-biləmi görməzdən gəlib?
Əgər bu suallar cavabsız qalacaqsa, deməli problem təkcə ayrı-ayrı şəxslərdə yox, TƏBİB-in səhv və məsuliyyətsiz kadr siyasətindədir.
Araşdırmamaız davam edir...//Mediatv.az
]]></description>
<category><![CDATA[gundem      / Səhiyyə      / Cəmiyyət      / Manşet]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Wed, 25 Mar 2026 11:15:44 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/03/25/ox-thlkli-virus-dnyan-thdid-edir-koronavirusdan-daha-ardr.html</guid>
<link>https://dogruxeber.tv/2026/03/25/ox-thlkli-virus-dnyan-thdid-edir-koronavirusdan-daha-ardr.html</link>
<description><![CDATA[
İngiltərədə meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər geniş rezonans doğurub və məsələ artıq yalnız lokal hadisə kimi deyil, daha geniş epidemioloji risk kontekstində qiymətləndirilir.
"DogruXeber.tv" xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) ilkin məlumatına görə, Kent bölgəsində, xüsusilə Kenterberi (Canterbury) ətrafında 34 yoluxma halı qeydə alınıb. Daha sonra aparılan laborator yoxlamalar nəticəsində bu rəqəm dəqiqləşdirilərək 23 təsdiqlənmiş hala qədər azaldılıb.
Bununla belə, mütəxəssislər qeyd edir ki, meningokok infeksiyası nadir rast gəlinməsinə baxmayaraq, son dərəcə təhlükəli xəstəliklər sırasına daxildir və qısa müddətdə ağır nəticələrə səbəb ola bilər. Xəstəlik əsasən beyin qişalarının iltihabı (meningit) və qanın zəhərlənməsi (sepsis) ilə müşayiət olunur. Yoluxma baş verdikdən sonra simptomlar sürətlə inkişaf edir, yüksək hərarət, güclü baş ağrısı, boyun sərtliyi, şüur bulanıqlığı, qusma və dəridə qan sızması ilə bağlı səpgilər müşahidə oluna bilər. Ağır hallarda infeksiya qana yayılaraq orqanların fəaliyyətini pozur və həyati risk yaradır.
Yoluxmaların əsasən Kent bölgəsində cəmləşməsi və bəzi halların ictimai məkanlar, əyləncə obyektləri və tələbə mühiti ilə əlaqəsinin araşdırılması infeksiyanın yayılma mexanizminə dair suallar doğurur. Epidemioloji əlaqələrin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
Rəsmi qurumlar vəziyyətin hazırda nəzarət altında olduğunu və geniş əhali üçün riskin aşağı qiymətləndirildiyini bildirir. Yoluxmuş şəxslərlə təmasda olanlara profilaktik antibiotik müalicəsi tətbiq olunur, risk qrupları üçün isə peyvəndləmə tədbirləri genişləndirilir.
Bununla yanaşı, mütəxəssislər vurğulayır ki, meningokok infeksiyası geniş yayılma xüsusiyyəti ilə deyil, fərdi hallarda sürətli və ağır gedişi ilə seçilir. Bu baxımdan bəzi ekspertlər xəstəliyin ayrı-ayrı hallarda koronavirusdan daha ağır fəsadlara səbəb ola biləcəyini qeyd edir. Əgər belə infeksiyalar lokal səviyyədən çıxaraq geniş yayılma mərhələsinə keçərsə, epidemioloji nəzarət tədbirlərinin, o cümlədən məhdudiyyətlərin tətbiqi istisna olunmur.
Hazırda vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və əsas məqsəd infeksiyanın yayılmasının qarşısını vaxtında almaq, dünyanı yenidən evə qapanmaqdan qorumaqdır. (Musavat.com)
]]></description>
<category><![CDATA[gundem       / hadise       / dunya       / Səhiyyə]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Wed, 25 Mar 2026 09:43:37 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/03/23/shiyyd-byk-oyun-yalnz-bu-irktl-ilycksiniz-gizli-sxem-ifa-olunur.html</guid>
<link>https://dogruxeber.tv/2026/03/23/shiyyd-byk-oyun-yalnz-bu-irktl-ilycksiniz-gizli-sxem-ifa-olunur.html</link>
<description><![CDATA[
DogruXeber.tv: - Dövlət laboratoriyaları ilə bağlı ortaya çıxan korrupsiya iddialarında ən diqqət çəkən məqamlardan biri də satınalma proseslərində qurulduğu deyilən gizli mexanizmdir.
Bəzi xarici laboratoriya avadanlığı və reagent istehsalçılarına Azərbaycanda fəaliyyət göstərmək üçün xüsusi şərtlər irəli sürülüb.
İddialara görə, həmin şirkətlərə bildirilib ki, əgər dövlət qurumları ilə işləmək istəyirlərsə, yalnız müəyyən edilmiş yerli şirkətlə tərəfdaşlıq etməlidirlər. Əks halda onların məhsulları dövlət tərəfindən alınmayacaq. Bu isə faktiki olaraq bütün satınalmaların eyni şirkət üzərindən həyata keçirilməsinə gətirib çıxarıb.
Nəticədə laboratoriya avadanlıqları, test sistemləri və reagentlərin alınması üzrə böyük məbləğli müqavilələrin eyni şirkət vasitəsilə bağlandığı bildirilir. Bu isə dövlət satınalmalarında rəqabətin məhdudlaşdırılması və gizli monopoliyanın yaradılması ilə bağlı ciddi suallar doğurur.//Nocomment.az
]]></description>
<category><![CDATA[gundem        / Səhiyyə        / Cəmiyyət        / Manşet]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Mon, 23 Mar 2026 16:30:32 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/03/23/bakda-hkim-malic-etdiyi-vtndan-mrlk-ikst-edib-bak-brpa-mrkzind-qalmaqal.html</guid>
<link>https://dogruxeber.tv/2026/03/23/bakda-hkim-malic-etdiyi-vtndan-mrlk-ikst-edib-bak-brpa-mrkzind-qalmaqal.html</link>
<description><![CDATA[
DogruXeber.tv: - -Bakı şəhərində fəaliyyət göstərən Bakı Bərpa Mərkəzi ilə bağlı narazılıq iddiası gündəmə gəlib.
Pasiyent Bağırov Azər Denmedia.az-ın qaynar xəttinə şikayət edərək bildirib ki, mərkəzdə aparılan müalicə prosesi onun səhhətində yaxşılaşma yaratmaq əvəzinə vəziyyətini daha da ağırlaşdırıb.
Onun sözlərinə görə, 28 noyabr 2025-ci il tarixində həkim Kamil Eyvazovun qəbulunda olub. Həmin zaman ona bel nahiyəsində MRT müayinəsi təyin edilib və nəticədə 3 mm ölçüdə yırtıq aşkar olunub. Bundan sonra həkim tərəfindən müalicə və fizioterapiya prosedurları təyin edilib.
Pasiyent bildirir ki, elə həmin klinikanın özündə 14 gün ərzində fizioterapiya prosedurlarına qatılıb. Lakin onun iddiasına görə, müalicə gözlənilən nəticəni verməyib və əksinə, ağrılar daha da güclənib. Hətta təzyiq problemi yarandığını qeyd edən pasiyent bu barədə həkimin köməkçisinə məlumat verdiyini, lakin bunun müalicə ilə əlaqəli ola bilməyəcəyinin deyildiyini bildirir.
Azər Bağırovun sözlərinə görə, müalicə prosesində ona dəfələrlə əməliyyat olunmasının vacibliyi bildirilib. Dekabr ayında yenidən həkim qəbulunda olduqda isə yenidən müalicə təyin olunsa da, vəziyyətində yaxşılaşma olmayıb. Pasiyent iddia edir ki, sonradan ayağından 60 ml maye çəkilib və bunun təhlükəli olmadığını bildirilsə də, bundan sonra ağrılar daha da artıb. Daha sonra həkim tərəfindən diz nahiyəsinin MRT müayinəsi istənilib. MRT nəticələrinə baxdıqdan sonra isə diz oynağının ciddi zədələndiyi bildirilib və ona başqa tibb müəssisəsinə müraciət etməsi tövsiyə olunub.
Pasiyent daha sonra digər həkimlərə müraciət etdiyini və aldığı müalicələr barədə məlumat verdiyini bildirir. Onun sözlərinə görə, həmin həkimlər dizində problem olduğu halda fizioterapiya prosedurlarının tətbiq edilməsinin düzgün olmadığını bildiriblər. Şikayətçinin sözlərinə görə, tətbiq olunan müalicə üsulları onun səhhətinə zərər vurub və nəticədə maddi itkiyə məruz qalıb. Ümumilikdə 450 manat məbləğində vətəndaşa ziyan dəyib və bu ziyanın qarşılanmasını tələb edib.
Məsələ ilə bağlı qarşı tərəfin , Bakı Bərpa Mərkəzinin və həkim Kamil Eyvazovun mövqeyini öynənməyə çalışsaqda bu mümükün olmayıb. Mövzunu diqqətdə saxlayacağıq və qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(Denmedia.az)
]]></description>
<category><![CDATA[gundem         / sosial         / hadise         / Səhiyyə         / Cəmiyyət]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Mon, 23 Mar 2026 13:30:16 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/03/19/sortaolunanlar-drman-v-tibb-vasitlri-il-tbb-tmin-edck.html</guid>
<link>https://dogruxeber.tv/2026/03/19/sortaolunanlar-drman-v-tibb-vasitlri-il-tbb-tmin-edck.html</link>
<description><![CDATA[
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) keçib.
"DogruXeber.tv" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərmanda əks olunub.
]]></description>
<category><![CDATA[gundem          / siyaset          / Səhiyyə]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Thu, 19 Mar 2026 18:47:29 +0400</pubDate>
</item></channel></rss>