Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/xtvaz/dogruxeber.tv/engine/classes/templates.class.php on line 205
<?xml version="1.0" encoding="utf-8"?>
<rss version="2.0" xmlns:dc="http://purl.org/dc/elements/1.1/">
<channel>
<link>https://dogruxeber.tv/</link>
<language>tr</language>
<description>Təhsil - Dogruxeber.tv</description>
<generator>DataLife Engine</generator>
<item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/29/digr-dild-thsil-almaq-istyn-agirdlrin-msahibsi-bel-kerlck-qaydalar.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/29/digr-dild-thsil-almaq-istyn-agirdlrin-msahibsi-bel-kerlck-qaydalar.html</link>
<description><![CDATA[
Dövlət ümumi təhsil müəssisələrində təhsilini başqa dildə davam etdirmək istəyən şagirdlər üçün qiymətləndirmə mexanizmi müəyyənləşdirilib.
DogruXeber.tv   xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyası 5 mart tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin tədris dili üzrə müsahibədən keçirilməsi Qaydası”nı təsdiq edib.
Qərara əsasən, digər dildə təhsil almaq istəyən şagirdlər müvafiq tədris dili üzrə müsahibədən keçməlidirlər. Müsahibələr Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və ya Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri tərəfindən təşkil olunacaq.
Qaydalara görə, I sinfə qəbul üzrə müsahibələr hər il may–iyun aylarında bir dəfə, II-XI siniflər üzrə isə avqust və yanvar aylarında olmaqla ildə iki dəfə keçiriləcək. Müsahibədə iştirak üçün valideynlər Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə qeydiyyatdan keçərək elektron ərizə təqdim etməlidirlər.
Müsahibələr azı 20 dəqiqə davam edəcək və valideynin razılığı ilə videoçəkiliş aparılacaq. Qiymətləndirmə şagirdlərin dinləmə, danışma, oxu və yazı bacarıqları əsasında həyata keçiriləcək. I sinfə qəbul zamanı isə əsas diqqət uşağın ilkin dil bacarıqlarına, dinləyib-anlama, rabitəli danışma, söz ehtiyatı və səsləri düzgün tələffüz etmə qabiliyyətinə yönəldiləcək.
Qiymətləndirmə zamanı hər meyar üzrə maksimum 5, minimum 2 bal verilir. Ümumi nəticə komissiya üzvlərinin ballarının orta göstəricisi əsasında hesablanır. 12 və daha çox bal toplayan şagirdlər müsahibədən uğurla keçmiş hesab olunurlar.
Qaydalara əsasən, müsahibələrin nəticələri 5 iş günü ərzində elektron kabinetə göndəriləcək. Valideynlərə müsahibə prosesini izləmək imkanı yaradılacaq, həmçinin qərarlardan inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququ tanınır.
]]></description>
<category><![CDATA[gundem / Təhsil]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Wed, 29 Apr 2026 17:30:02 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/29/bazar-gn-azrbaycan-dili-fnni-zr-imtahan-keirilck.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/29/bazar-gn-azrbaycan-dili-fnni-zr-imtahan-keirilck.html</link>
<description><![CDATA[
Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 3-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
DogruXeber.tv xəbər verir ki, bu barədə "Report"a DİM-dən məlumat verilib.
Bildirilib ki, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
İmtahan, ümumilikdə 21 şəhər və rayonda 129 binada təşkil olunacaq.
İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:
dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).
İmtahanın müddəti 1 saat 30 dəqiqədir.
Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
İmtahanda ümumilikdə 29182 (Bakıda 20580, Sumqayıtda 1156, Abşeronda 1189, Naxçıvanda 76, Gəncədə 1721, Şəmkirdə 91, Tovuzda 212, Mingəçevirdə 211, Yevlaxda 84, Şəkidə 175, Zaqatalada 350, Balakəndə 231, Qəbələdə 191, Qaxda 188, Bərdədə 235, Göyçayda 232, Şirvanda 360, Lənkəranda 362, Qubada 274, Qusarda 597, Xaçmazda 667) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 129 ümumi imtahan rəhbəri, 339 imtahan rəhbəri, 2709 nəzarətçi ayrılıb, 399 buraxılış rejimi əməkdaşı (mühafizə), 129 bina nümayəndəsi ayrılıb.
İmtahanda 55 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
]]></description>
<category><![CDATA[gundem  / Təhsil]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Wed, 29 Apr 2026 12:00:12 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/28/azrbaycan-universitetlrind-drslr-bu-tarixd-yekunlaacaq.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/28/azrbaycan-universitetlrind-drslr-bu-tarixd-yekunlaacaq.html</link>
<description><![CDATA[
Azərbaycanda ali təhsil müəssisələri üçün sonuncu tədris günü məlum olub.
DogruXeber.tv  xəbər verir ki, 26 may tarixində dərslər yekunlaşacaq.
Qeyd olunub ki, bundan sonrakı dövrdə yay imtahan sessiyasının keçirilməsi planlaşdırılır.
Tələbələrin biliklərini yoxlaması müddəti təxminən 1 ay davam edir.//qaynarinfo]]></description>
<category><![CDATA[gundem   / Təhsil]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Tue, 28 Apr 2026 11:00:41 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/27/buraxl-imtahannda-xarici-dildn-hans-tlblr-olacaq.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/27/buraxl-imtahannda-xarici-dildn-hans-tlblr-olacaq.html</link>
<description><![CDATA[
Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində dəyişiklik edib və yeni model 2027-ci ildən etibarən tətbiq olunacaq.
DogruXeber.tv  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib.
O bildirib ki, gələn ildən şagirdlər buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaqlar: “Yeniliyə əsasən, imtahan 26 tapşırıqdan ibarət olacaq. Bu tapşırıqlardan 25-i qapalı tipli, 1-i isə yazı işidir. Dinləyib-anlama bölməsi üzrə 4 qapalı tipli test tapşırığı təqdim ediləcək. Oxu bacarığı 2 hissədən ibarət olmaqla, ümumilikdə, 8 test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə isə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı ayrıca 1 tapşırıq vasitəsilə qiymətləndiriləcək”.//Tribuna.az]]></description>
<category><![CDATA[gundem    / Təhsil]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Mon, 27 Apr 2026 15:30:44 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/27/mtahanlarn-balama-saat-dydrld.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/27/mtahanlarn-balama-saat-dydrld.html</link>
<description><![CDATA[
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 3-də və daha sonrakı tarixlərdə, eləcə də iyun, iyul, avqust və sentyabr aylarında kağız daşıyıcılar vasitəsilə keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.
DogruXeber.tv xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
"İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar. Bundan əlavə, kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir", - məlumatda qeyd edilib.
Bildirilib ki, imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Hər hansı bir imtahan üçün buraxılış vərəqəsi imtahandan 5-7 gün öncə DİM-in saytına yerləşdirilir.]]></description>
<category><![CDATA[gundem     / Təhsil]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Mon, 27 Apr 2026 12:30:34 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/27/tdqiqatlar-n-laboratoriya-avadanlqlarnn-vahid-rqmsal-bazas-yaradlb.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/27/tdqiqatlar-n-laboratoriya-avadanlqlarnn-vahid-rqmsal-bazas-yaradlb.html</link>
<description><![CDATA[
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən "Rəqəmsal Repozitariyaların İnkişafına Dəstək" layihəsi çərçivəsində laboratoriya avadanlıqları üzrə mərkəzi rəqəmsal baza istifadəyə verilib.
DogruXeber.tv  xəbər verir ki, bu barədə "Report"a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, platformanın yaradılmasında əsas məqsəd ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqları haqqında məlumatları vahid rəqəmsal bazada toplamaq və tədqiqatçılar üçün bu avadanlıqlara çıxışı asanlaşdırmaqdır.
Bu platforma ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqlarını vahid bazada birləşdirən ilk açıq çıxışlı rəqəmsal bazadır. Hazırda bazada 29 müəssisəyə aid 2000-ə yaxın laboratoriya avadanlığı haqqında məlumat yerləşdirilib.
Bazada avadanlığın adı, istehsalçı şirkəti və ölkəsi, istehsal ili, yerləşdiyi laboratoriya, şəkli, eləcə də avadanlığa məsul şəxs barədə məlumatlar təqdim olunur. Bildirilib ki, layihə laboratoriya avadanlıqlarından daha səmərəli istifadə olunmasına, eyni avadanlığın müxtəlif qurumlar tərəfindən təkrar alınmasının önlənməsinə və büdcə vəsaitlərinə qənaət edilməsinə töhfə verəcək.
Platforma alim və tədqiqatçıların elmi fəaliyyətini dəstəkləməklə yanaşı, elmi, sənaye və korporativ müəssisələr arasında əməkdaşlıq imkanlarını genişləndirəcək. Hazırda sistemdə yerləşdirilən məlumatlar davamlı olaraq yenilənir və genişləndirilir. Yaxın mərhələdə platformada elmi və ali təhsil müəssisələrinin elmi nəşrlərinin və tədqiqatçı profillərinin də yerləşdirilməsi nəzərdə tutulur.
Vurğulanıb ki, inventarında olan laboratoriya avadanlıqları haqqında məlumatları elmi ictimaiyyətlə bölüşmək istəyən sənaye və korporativ müəssisələr də layihəyə qoşula bilərlər.
Rəqəmsal repozitariyaya bu keçid vasitəsilə daxil olmaq mümkündür: https://dspace.eatda.edu.az/home]]></description>
<category><![CDATA[gundem      / Təhsil]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Mon, 27 Apr 2026 09:45:36 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/22/55-mindn-ox-agird-imtahan-verck.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/22/55-mindn-ox-agird-imtahan-verck.html</link>
<description><![CDATA[
Dövlət İmtahan Mərkəzi aprelin 26-da ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.
DogruXeber.tv xeber verir ki, bu barədə Tribuna.az-a DİM-dən bildirilib.
Verilən məlumata görə, imtahan Bakı şəhərinin Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə) və Nəsimi rayonlarında, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçında (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), eləcə də tədrisi gürcü dilində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək.
İmtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İmtahan binasına, zalına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından aprelin 1-dən etibarən çap edib götürə bilirlər.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 240 imtahan binası, 4171 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 926 imtahan rəhbəri və ümumi rəhbər, 5197 nəzarətçi, 731 buraxılış rejimi əməkdaşı (mühafizə) və 240 bina nümayəndəsi ayrılıb.
İmtahanda 55282 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 79 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.]]></description>
<category><![CDATA[gundem       / Təhsil]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Wed, 22 Apr 2026 14:45:49 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/20/-yerini-dyimk-istyn-mllimlrin-nzrn.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/20/-yerini-dyimk-istyn-mllimlrin-nzrn.html</link>
<description><![CDATA[
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu bu gün başa çatır.
DogruXeber.tv  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, sənəd qəbulu bu gün saat 11:00-da yekunlaşır.
Namizədlər qeyd edilən vaxta qədər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, namizədlər təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsində uğur qazananlar), müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.]]></description>
<category><![CDATA[gundem        / Təhsil]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Mon, 20 Apr 2026 15:45:12 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/20/abituriyentlrin-n-ox-mracit-etdiyi-ixtisas-qrupu-aqland.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/20/abituriyentlrin-n-ox-mracit-etdiyi-ixtisas-qrupu-aqland.html</link>
<description><![CDATA[
Universitet və kolleclərə qəbulla bağlı təsdiqlənmiş ərizələrin sayı məlum olub.
DogruXeber.tv  Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahanlara ümumilikdə 133 813 nəfər qeydiyyatdan keçib.
Statistikaya görə, 130 146 nəfər universitet, 120 644 nəfər kolleclərə qəbul üçün müraciətini tamamlayıb.
Hazırki statistikaya görə, ən çox qeydiyyat 1-ci qrupda, ən az qeydiyyat isə 3-cü qrupdadır.
İxtisaslar üzrə hazırda statistika belədir:
1-ci ixtisas qrupu üzrə - 14 981;
2-ci ixtisas qrupu üzrə - 11 527;
3-cü ixtisas qrupu üzrə - 10 146
4-cü ixtisas qrupu üzrə - 3 116 nəfər ərizəsini təsdiqləyib.
Ümumilikdə indiyə qədər bütün ixtisaslar üzrə 39 770 ərizə qəbul edilib.
Qeyd edək ki, elektron ərizəsi təsdiq olunmayan abituriyentlər müsabiqəyə buraxılmırlar. 1-ci cəhd imtahanı üçün elektron ərizə qəbulu 29 aprel saat 23:59-da tamamlanacaq.
3020 nəfər isə ötən ilin buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulacaq.]]></description>
<category><![CDATA[gundem         / Təhsil]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Mon, 20 Apr 2026 15:15:52 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/04/17/elm-v-thsil-naziri-qusarda-vtndalar-qbul-edib.html</guid>
<link>https://dogruxeber.tv/2026/04/17/elm-v-thsil-naziri-qusarda-vtndalar-qbul-edib.html</link>
<description><![CDATA[
Aprelin 17-də elm və təhsil naziri Emin Əmrullayev Qusar şəhərində vətəndaş qəbulu keçirib.
DogruXeber.tv xeber verir ki,Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak ediblər: "Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib".]]></description>
<category><![CDATA[gundem          / Təhsil]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Fri, 17 Apr 2026 18:00:22 +0400</pubDate>
</item></channel></rss>