Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/xtvaz/dogruxeber.tv/engine/classes/templates.class.php on line 205
<?xml version="1.0" encoding="utf-8"?>
<rss version="2.0" xmlns:dc="http://purl.org/dc/elements/1.1/">
<channel>
<link>https://dogruxeber.tv/</link>
<language>tr</language>
<description>yazarlar - Dogruxeber.tv</description>
<generator>DataLife Engine</generator>
<item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/01/24/mktbli-avtobusu-yoxsa-thlk-mrkzi-brs-baku-rent-service-zbanal.html</guid>
<link>https://dogruxeber.tv/2026/01/24/mktbli-avtobusu-yoxsa-thlk-mrkzi-brs-baku-rent-service-zbanal.html</link>
<description><![CDATA[
Valideynlərin səbri daşdı! Övladlarımızın təhlükəsizliyini etibar etdiyimiz məktəb daşınması xidməti, “Baku Rent Service” (BRS) şirkətinin idarəçiliyinə keçəndən bəri əsl kabusa çevrilib.
"DogruXeber.tv"   bildirir ki, Bir vaxtlar nizam-intizamlı olan bu sahədə hazırda tam bir qanunsuzluq və xaos hökm sürür.
Təhlükə saçan “xidmət”: Qanunlar hara baxır?
​Şirkətin fəaliyyəti nəqliyyat və əmək qanunvericiliyinə aşkar meydan oxumaqdır. Ortadakı mənzərə dəhşətlidir: ​Sənədsiz sürücülər: Sükan arxasında əyləşən 60-65 yaşlı şəxslərin nə əmək müqaviləsi var, nə də gündəlik tibbi yoxlanışdan keçdiklərini təsdiq edən Kartları. Üstəlik sürücülərin bəzilərinin 74 yaşı var. Bu uşaqlar üçün ciddi təhlükədir.
Sığortasız canlar: Uşaqlarımızın sərnişin sığortası yoxdur! Hər hansı qəza baş verərsə, məsuliyyəti kim daşıyacaq? Xarici dövlət nömrə nişanları: Paytaxtın mərkəzində, məktəb xidmətində xarici dövlət nömrə nişanlı avtobusların işləməsi hansı hüquqi çərçivəyə sığır?
Avtobus deyil, “buzxana” və “təhqir yuvası”
​Maddi tərəfi bir kənara, uşaqlara qarşı olan münasibət insanlıqdan uzaqdır: ​Antisanitariya və Soyuq: Avtobusların içi bərbad vəziyyətdədir, təmizlik sıfırdır. Qışın oğlan çağında istilik sistemi işləmir, uşaqlar “buzxana”da dərsə gedib-gəlirlər.
Ayaqüstü daşınma: Uşaqlar salonda üst-üstə oturdulur, çoxu ayaq üstə gedir. Sürücünün kobud manevrləri və qəfil tormoz verməsi nəticəsində uşaqlar avtobusun içində yıxılır, xəsarət alırlar. Psixoloji zorakılıq: Sürücülər uşaqlarla daxili bazarda yük daşıyırmış kimi davranırlar. Onların ayaqqabısına, geyiminə irad tutan, ağzına gələni deyən, uşaqları təhqir edən bir “heyət”lə üz-üzəyik.
Valideynlərin tələbi qətidir!
Uşaqlar artıq qorxudan avtobusa minmək istəmirlər. Seçdiyiniz şirkət hesabına övladlarımızı təhqir etdirmək və ya onların canını təhlükəyə atmaq istəmirik!
“Baku Rent Service” rəhbərliyinə və nəzarətçi qurumlara səslənirik: Ya bu biabırçılığa son qoyub normal xidmət təşkil edin, ya da bu işi bacaran peşəkarlara təhvil verin. Övladlarımızın sağlamlığı və mənəviyyatı sizin qazancınızdan qat-qat üstündür! /Tehsil.media/
]]></description>
<category><![CDATA[gundem / sosial / Təhsil / yazarlar]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Sat, 24 Jan 2026 16:30:32 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/01/14/ayna-dan-ikayt-baqajlarmz-gtrb-aradan-xrlar.html</guid>
<link>https://dogruxeber.tv/2026/01/14/ayna-dan-ikayt-baqajlarmz-gtrb-aradan-xrlar.html</link>
<description><![CDATA[
İran ərazisindən keçməklə Bakıdan Naxçıvana gələn avtobus sərnişinləri AYNA-dan şikayətçidilər.
"DogruXeber.tv"  xəbər verir ki, bu barədə məllumatı “Gündəlik Naxçıvan” səhifəsi yayıb.
Məlumatda deyilir ki, bu quruma tabe olan avtobuslar sərnişinləri soyuq havada yolda qoyub, yollarına davam edirlər. Buna səbəb isə, sərnişinlərin Culfa gömrüyünün həm İran, həm də Naxçıvan tərəfində saatlara davam edən yoxlanış prosesinə sürücülərin səbrsiz davranışıdır.
Sərnişinlər bildirirlər ki, avtobuslar onları İran tərəfində yoxlama zamanı tərk edirlər. “Yoxlama birdikdən sonra, avtobus olmadığından sərnişinlər Naxçıvan tərəfə çatmaq üçün uzun məsafəni piyada getməli olurlar. Daha sonra onlar avtobusdakı yüklərini arxasınca Naxçıvan şəhər avtovağzalına getmək üçün əlavə xərc çəkib, taksi tutmalı olurlar”.
Sərnişinlərdən Məhərrəm Quliyev deyir ki, avtovağzalda qarşılaşdıqları onu daha çox təəcübləndirib: “Bir neçə gün əvvəl avtobusla Bakıdan Naxçıvana gedirdim. İran Culfasında düşürüb, bizi yoxladılar. Yoxlamadan sonra baxdıq ki, avtobusumuz yoxdur. Düşündüm ki, keçib bizim tərəfdə bizi gözləyir. Naxçıvan tərəfə çatmaq üçün məcbur olub, piyada yeridik. Çatanda gördük ki, avtobus bizi gözləmədən baqajımıza da götürüb, aradan çıxıb. Şaxtalı havada qaldıq yolun ortasında. Gecə olduğundan, taksi tapmaq da çətin idi. Bir saatdan çox soyuqda gözlədikdən sonra taksilər gəldi. Hərəmizə 10 manat verib, taksi ilə Naxçıvan avtovağzalına gəldik. Avtovağzaldakı mənzərəni görəndə gözüm kəlləmə çıxdı. Avtobus sürücüsü bagajları yolun ortasına boşalıdb, çıxıb getmişdi. Hər şey bir-birinə qarışmışdı. Şaxtada əlavə bir saat da yüklərimizi axtarmışıq. Bir neçə sərnişinin baqajı yoxa çıxmışdı. Bu necə xidmətdi başa düşmədim”.
Sərnişinlər deyirlər ki, hər gün təkrarlanan problemlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb: “Hər gün 3-4 reys gəlir və hər dəfəsində də istisnasız eyni problem yaşanır. Avtovağzal rəhbərliyinə şikayət edirik, deyirlər xoşunuza gəlmirsə, təyyarə ilə gəlin. AYNA-ya şikayət edirik, deyirlər ki, avtovağzala deyin. Ümid edirik ki, yuxarı orqanlar bu məsələni kökündən həll edəcəklər”.
]]></description>
<category><![CDATA[gundem  / sosial  / yazarlar]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Wed, 14 Jan 2026 12:15:00 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2026/01/13/neft-fondu-103-minlik-qonaqlq-verir.html</guid>
<link>https://dogruxeber.tv/2026/01/13/neft-fondu-103-minlik-qonaqlq-verir.html</link>
<description><![CDATA[
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) daha bir tenderinə yekun vurub.
"DogruXeber.tv"  Tribuna.az-a istinadən  xəbər verir ki, qurum dünən nəticələri açıqlayıb.
Məlum olub ki, ARDNF qonaqların qəbulu ilə bağlı təşkilati xidmətləri satın alıb. Bu prosesi isə “İNTERNATİONAL MİCE COMPANY” MMC-yə həvalə edib.
Tərəflər arasında qonaqların qəbulu üçün 102 min 978 manatlıq satınalma müqaviləsi imzalanıb.
]]></description>
<category><![CDATA[gundem   / iqtisadiyyat   / yazarlar]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Tue, 13 Jan 2026 13:15:16 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2025/12/17/ekranlarda-xlaqi-tnzzl-susqun-nzart-aq-zrr-v-msuliyytdn-qa.html</guid>
<link>https://dogruxeber.tv/2025/12/17/ekranlarda-xlaqi-tnzzl-susqun-nzart-aq-zrr-v-msuliyytdn-qa.html</link>
<description><![CDATA[
Son günlər Azərbaycan televiziya məkanında yayımlanan verilişlərin məzmunu cəmiyyətdə ciddi narahatlıq doğurur. Maarifçilik missiyasını itirən, əyləncə adı altında bayağılığı və zövqsüzlüyü təbliğ edən efir siyasəti artıq təkcə estetik problem deyil, ictimai təhlükə kimi dəyərləndirilir.
"DogruXeber.tv" bildirir ki, bu mövzu ilə bağlı jurnalist Kamal Əsgərov da şəxsi Facebook profilində geniş paylaşım edərək televiziya məkanında baş verən mənəvi aşınmanı, məsul qurumların passivliyini və bunun cəmiyyət üçün doğurduğu ağır nəticələri kəskin şəkildə tənqid edib.
"Televiziya cəmiyyətin aynasıdır deyilir. Amma bu gün Azərbaycan televiziya məkanında həmin aynaya baxdıqda gördüyümüz mənzərə qorxuducudur. Bu aynada nə maarif var, nə mədəniyyət, nə də sağlam düşüncə. Əvəzində bayağılıq, əxlaqi aşınma, süni qalmaqallar və cəmiyyətin zövqünü aşağılara çəkən primitiv şoular hökm sürür.
Bu gün televiziya ekranlarında yayımlanan bir çox verilişlər artıq sadəcə zövqsüzlük deyil, ictimai təhlükə mənbəyinə çevrilib. “Maarifləndirici”, “əyləncəli”, “ailəvi” adı altında təqdim olunan proqramlar ailə institutunu sarsıdır, uşaqların psixikasını zədələyir, gəncləri isə yanlış dəyərlərə istiqamətləndirir. Bu, təsadüf deyil və artıq “yaradıcılıq azadlığı” adı altında gizlədilə bilməz.
Burada ən ağır sual açıq qalır:
Bu verilişlər yayımlanarkən evdəki uşaq düşünülürmü, ya yox?
Yeniyetmənin psixoloji durumu nəzərə alınırmı, ya yox?
Cəmiyyətin mənəvi təhlükəsizliyi kiminsə vecinədir, ya yox?
Əgər bu suallara müsbət cavab vermək mümkün deyilsə, deməli problem çox dərindir və məsuliyyət daşıyan qurumlar öz funksiyalarını yerinə yetirmir.
Məhz bu nöqtədə Azərbaycan Respublikası Audiovizual Şurasının fəaliyyəti ciddi sual altına düşür. Şuranın sədri İsmət Rəcəb oğlu Səttarovun rəhbərlik etdiyi bu qurumun əsas vəzifəsi təkcə texniki lisenziyalar vermək deyil. Onun birbaşa borcu efir məkanını cəmiyyət üçün zərərli məzmundan qorumaqdır. Əgər bu məzmun illərdir açıq şəkildə yayımlanırsa, deməli nəzarət ya zəifdir, ya da formal xarakter daşıyır.
Daha acınacaqlısı isə odur ki, bir zamanlar cəmiyyət tərəfindən qınanan, adları qalmaqallarla, əxlaqsızlıq iddiaları ilə hallanan şəxslər bu gün televiziya ekranlarında “aparıcı”, “şoumen”, “ictimai fiqur” kimi təqdim olunur. Onlara verilişlər açılır, platformalar yaradılır, tribuna verilir. Bu, təkcə etik yox, ideoloji cinayətdir. Çünki cəmiyyətə açıq mesaj verilir: səviyyə önəmli deyil, qalmaqal önəmlidir.
Fəlsəfi və analitik baxımdan yanaşdıqda, bu prosesin nəticəsi qaçılmazdır. Əgər gənclik hər gün ekrandan səviyyəsiz dialoqlar, ucuz gülüşlər, əxlaqı aşan davranışlar görürsə, ondan sabah yüksək mədəniyyət, dərin düşüncə və vətəndaş məsuliyyəti gözləmək absurddur. Bu, emosional yox, səbəb–nəticə qanunudur. Riyazi dəqiqliklə işləyir.
Bu gün 15–20 il əvvəlki cəmiyyətlə indiki cəmiyyəti müqayisə etdikdə aşkar görünür: cəmiyyət daha da cılızlaşıb, daha da aqressivləşib, daha da mənəvi baxımdan kasıbllaşıb. İnsanlar daha az oxuyur, daha az düşünür, daha tez təsirlənir. Bu, təkcə sosial problem deyil, milli təhlükə məsələsidir.
Problem yalnız mədəniyyətdə deyil. Təhsilin bərbad vəziyyəti, səhiyyənin çökmüş durumu, sosial ədalətsizlik hissinin dərinləşməsi də bu ümumi mənəvi tənəzzülün tərkib hissəsidir. Media bu prosesin ya qarşısını almalı idi, ya da ən azı sürətləndirməməli idi. Amma bu gün media, xüsusilə televiziya, bu tənəzzülün birbaşa iştirakçısına çevrilib.
Dövlət başçısının apardığı siyasət, xüsusilə xarici siyasət sahəsində əldə olunan uğurlar danılmazdır və hörmətə layiqdir. Lakin daxildə verilən göstərişlərin icra olunmaması, nəzarətin zəifliyi, məsul qurumların passivliyi cəmiyyətdə haqlı narazılıq yaradır. Problem qərarların olmamasında deyil, icra mexanizminin iflasındadır.
Bu gün açıq şəkildə soruşmaq lazımdır:
Niyə düşündürən filmlər efirdən sıxışdırılır?
Niyə elmi, tarixi, mədəni proqramlar kənarda qalır?
Niyə gülüş yalnız bayağılıq üzərindən qurulmalıdır?
Dünyanın inkişaf etmiş ölkələri medianı cəmiyyətin tərbiyə vasitəsi kimi istifadə edir. Bizdə isə televiziya çox vaxt cəmiyyətin zövqünü korlayan alətə çevrilib.
Bu yazı kompromis axtarmır. Bu yazı xəbərdarlıqdır.
Çünki cəmiyyətin aynası olan ekranlar bu qədər çirklənibsə, sabahın üzü təsadüfən işıqlanmayacaq.
Hələ gec deyil. Amma susmaq artıq zərər verir."
]]></description>
<category><![CDATA[gundem    / yazarlar]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Wed, 17 Dec 2025 17:47:44 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2025/10/09/szn-ruhu-nsib-abid-filoloq-.html</guid>
<link>https://dogruxeber.tv/2025/10/09/szn-ruhu-nsib-abid-filoloq-.html</link>
<description><![CDATA[
Sözün nuru, onun həyat hikmətini ifadə etməsi ilə üzə çıxır.
Sözün fikir-düşüncə bağı, ruhun həyat oyanışına kökləyir insanı.
Düşüncənin könül alqısını düşünməklə,insanın ömür kitabının səhifələri yazılır.
Sözün və düşüncənin həyat hikməti ilə,könül kövrəkliyini yaradan Şairə #Xalida Hicran Seyidova özünün ruhi-mənəvi duyarlılığı, klassik poeziya irsinin qorunması ilə, "Söz xəzinəsi"ni yarada bilmişdir.
Şairənin dörd cildlik poeziya irsi , ruhun həyat üzünü göstərməkdədir.
..."Hikmət xəzinəsi"
..."Hicrannamə ";
..."Sənətin sənətkarı ";
..."Söz xəzinəsi"..
”Dord cilddən ibarət  “ hikmət xəzinəsi” kitabının  hər biri, öz həyati mənası ilə oxucunun həyat baxışına yol göstərir .
Desən:- unutmuşam düşır izinə,
Diləyin-arzusun ,"qara" bağlayar.
Analar övladın acısın çəksə,
Ölüm də ,Ananın halın ağlayar!
Həyatın mənasın axtarsan bir vaxt,
Bir sirri vardır ki,çözülmür heç vaxt.
Heç qoyan olmadı, ölümə düz vaxt,
Dilin də kəlməsi tükənir o vaxt
"Həyat insanı"nın ömür dastanı, onun əməllərinin iç üzünü aşkara çıxardır.
Ruhun görsəl üzünün qayğıları, daima düşüncənin zamanı ilə üst-üstə düşür.
Duyğuların metabolik tutumunu moralizə edən, fikirlərin həyat statusudur.
Xalidə Hicranın lirikasında düşüncənin həyat varlığına nur saçılır.
"Sola-sağa" ,dönəndə,
Ürək ,"köynək" çəkəndə ..
"Dərd"var, gəldi- gedərdi,
"Dərd" var üzə dirəndi.
"Dərd"var, dağlar qədərdi,
Hərəsi bir rəngdədi..
"Dərd"var, kimə "qədər"di,
"Dərd"var, çıxıb gedəndi.
Düzlük və doğuluq insan düşüncəsinin həyat məntiqini gücləndirir.
Sağlam düşüncənin həyat qayəsi, insan şəxsiyyətinin məzmununu realizə edir.
Düşüncənin həyati məzmununu formalizə edən, fikirlərin həyat axışıdır.
Xalidə Hicranın lirikasında, düşüncənin könül alqısı,dürüstlüyün məntiqini aşkara çıxardır.
Var isə gözündə əgər bir zirvə,
Əgər ki, yüz çaqqal,"yüz "quduz " hürə,
Yer istər düz olsun, istərsə"kürə",
"Düz" yeri "kürə"də ,məqsədə gorə.
Gecə-gündüz çalışsan ki, salasan "nankor"u razı,
Olar "zay", zəhmətin daima danar "haqq"ın o narazı.
Həyatın hikməti, həmişə insanlığın yaşam dünyasını dəyişdirir.
Duyğuların isterikası,fikrin həqiqət üzünün söyləmini dilə gətirir.
Təcrübə mübadiləsi, insan həyatının mənəvi dayağıdır.
Xalidə Hicranın poeziyası ruhun həyat üzünün qayğılarıını əks etdirir.
Hiylənin olsa da min bir çeşidi,
Heç biri görməz, yenə o behişti.
Düzlüyün olsa da, tək bircə üzü,
Min astar içi"ndən seçilər özü.
Doğrunu boğsa da, min cür yalanlar,
Doğrular qurtulub, yenə yaşarlar!
Mənbəyi durusa bulağın suyu,
Bulandırsalar da, dəyişməz "huy"u!
Bəzən davranışların həyat üzünün qayğıları, daima insanın həyat təcrübəsini zənginləşdirir.
Təcrübə mübadiləsi, ruhun həyat kövrəkliyini incəliyinə qədər öyrədir insana.
Hissi və zehni olaraq insanın səhvləri, onun əməllərinin dəyərinə bağlıdır.
Xalidə Hicranın poeziyası, ruhun görsəl üzünün ülviyyətinə yol açması ilə seçilir.
Başından muğayat ol, ayağın səni yıxar,
Başından çəkinməsə, burnun çox yerə girər.
Maraqsızsa söhbətin, dil Səni dara çəkər,
Uzandıqca söz-söhbət, çox sirri açıb- tökər .
Yamyaşıl yonca, onu sevər "dəvə-köşək",
Amma, onu yesə Qəssabda can verəcək.
Ya bir yemək-içmək, ya çoxlu söz-söhbət etmək,
Ölçüsünü bilməsən, Sənə ziyan verəcək.
Həcmindən artıq dolu qazan, əgər aşıb-tökülsə,
Ətrafında nə varsa, hamısın çirklədəcək.
Klassik poeziya irsi,düşüncənin həyat etalonudur.
Hikməti ilə könül dünyasının gözəlləşməsinə yol açan əsərlər, daima insanın ömür kitabının aynasına öz izini salır.
Fəlsəfi düşüncədəki hikmətlə, həyat düşüncəsindən alıntı insan həyatının mənəvi dayanıqlığını gücləndirir.
Xalidə Hicranın poeziyası, öz həyati kimliyi ilə, oxucunun həyat baxışına öz təsirini göstərir.
Şairənin lirikasının həyat fəlsəfəsi, həyatın izahını verir.
Uğurlar arzulayıram Şairə xanıma.
<category><![CDATA[gundem     / yazarlar     / Mədəniyyət]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Thu, 09 Oct 2025 15:09:02 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2025/09/11/uaknd-v-qrmz-bazar-qsbsin-k-karvan-yola-salnb.html</guid>
<link>https://dogruxeber.tv/2025/09/11/uaknd-v-qrmz-bazar-qsbsin-k-karvan-yola-salnb.html</link>
<description><![CDATA[
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” davam etdirilir.
"dogruxeber.tv" xəbər verir ki, Xocalı rayonunun Şuşakənd kəndinə və Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
İlk mərhələdə Şuşakəndə 15 ailə - 59 nəfər, Qırmızı bazara 10 ailə, 39 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
]]></description>
<category><![CDATA[gundem      / sosial      / yazarlar]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Thu, 11 Sep 2025 09:45:00 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2025/09/07/nizami-thmzov-hkmt-xznsn-gedn-yol-xxxix-sonuncu-hiss.html</guid>
<link>https://dogruxeber.tv/2025/09/07/nizami-thmzov-hkmt-xznsn-gedn-yol-xxxix-sonuncu-hiss.html</link>
<description><![CDATA[
Hissə:  1> 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22 > 23 > 24 > 25 > 26 > 27 > 28 > 29 > 30 > 31 > 32 > 33 > 34 > 35 > 36 > 37 > 38
Yüz illər öncə, on birinci əsrin ikinci yarısında tərtib olunmuş  “Divani-lüğətıt-türk” kitabında bir sıra el ədəbiyyatı ilə yanaşı verilmiş bayatıda isə deyilir:
Öpkəm gəlib oğradım,
Aslan layu kökredim,
Alplar başın doğradım,
İndi məni kim tutar?
Hər iki ədəbi nümunə xalqın ağrı- acıları, əzab və iztirabları, narahatlığı, mübarizə əzmi, istəyi verilmişdir. Biri min il bundan əvvəl, biri isə çağdaş dünyamızda, indiki həyatımızda. Bunu deməkdə məqsədim odur ki, yazıçınin, şairin, sənətkarın gücü ondadır ki, onun qələmə aldığı söz, fikir öz p0etik ifadəsindən daha çox öz məna yükünə, dəyərinə və informatik məlumatına görə  gələcək nəsillərə çatdırılmaq  səviyyəsində və gücündü olsun. Həmin dövr, zaman haqqında, baş vermiş hadisələr və olaylar haqqında qismən də olsa məlumat vermiş olsun. Əgər bu gün bayatı səpkili bu ədəbi inci  ilə biz min il  bundan əvvəl  torpaqlarını yadlardan və yadelli qüvvələrdən qorumaq üçün alplar ( böyük, güclü, nahəng )  başı kəsən, doğrayan qorxmaz, cəsur, igid  əcdadlarımız haqqında müəyyən bilgilər əldə edir və tanış oluruqsa, gələcək nəsillərimiz  də Xalidə Hicranın poetik nümumələrindən eyni dərəcədə  bəhrələnəcəklər. Həmin tarixlə maraqlanıb  biləcəklər ki, iyirmi birinci yüz illiyin əvvələrində torpaqlarımız  yadelli işğalçılar tərəfindən  zəbt olunmuş və uzun illər əsarətdə  qalmışdır.  Çünki bu bir həqiqətdir ki,  xalqların tarixi sadəcə bir tarix olaraq qalmır, həm də şeirə, bayatıya çevrilir. Ayrı- ayrı yüzilliklərin  mühüm hadisələri ilə səsləşən bayatılar onu  yaradanların həyatında dərin izlər buraxan  sarsıntıları yada salır,  keçmişimizdən, ötən günlərdən xəbər verir:
Ərəb gəldi, hay verin,
Nə istəsə pay verin,
Aza duran deyillər,
Gətirin tay- tay verin.
Bu bayatıdan öyrənirik ki, ərəblər islam pərdəsi altında  necə talançılıqla məşğul olurmuşıar. Əgər biz bunun tarıxı ilə maraqlansaq  o zaman ərəb xilafətinin Azərbaycanı işğal etməsinə, uzun illər onlara qarşı mübarizə aparmış  Babək hərakatına gedib çıxarıq. Bax, budur tarixin qan yaddaşına yazılmış əsil sənət  nümunəsi. Necə ki, Xalidə Hicran  yazdığı lirik, poetik nümunələrə öz möhürünü  vuraraq bu günkü həyatımız, vəzyyətimiz, ağrı- acılarımız haqqında, yurdlarımızı yadelli işğalşılardan qorumaq üçün hər şeyindən keçməyə hazır olan insanlarımız haqqında gələcək nəsillərimizə mesajlar göndərir.
Mən aşiq ellər eli,
Ağı de, ağla eli,
Nəyin var əldən getsə,
Tək əldə saxla eli.
Bu bayatılarda bəzi məsələlər də var ki, onların açılmasını  hörmətli oxucularımızın ixtiyarına verirəm. Ümumiyyətlə, Xalidə Hicran sözünü demək və fikirlərini çatdırmaq üçün əyri-üyrü, daşlı- kəsəkli, yollardan keçmir, dağa- daşa çıxmır, çox rahat, səlist və aydın şəkildə izhar edir. Bəzən bunu elə tərzdə, elə formada deyir ki, oxucu onun sadəliyinə, adiliyinə uyaraq  alt qatlardakı mənaları  görə bilmir və ya bunun fərqində olmur.  Məsələn, deyək ki, müəllifin  “külünü başa ələ”  və yaxud  “Ağı de, ağla eli” sözlərii  nələr ifadə etdiyiin, hansı vəziyyətdən yarandığının və meydana çıxdığının, hansı suallar doğurduğunun anlamına gələ bilmir, sadəcə oxuyub keçir. Mən inanıram ki, əgər biz yeddinci əsrdə ölkəmizə hücum etmiş istilaçı  ərəblər haqqında yazılmış bir  poetik nümunə ilə ümumi bir qənaətə gəlmiş oluruqsa, heç şübhəsis ki, uzun iləər sonra  Xalidə Hicranın  bayatıları da  oxucularda eyni təəssüratı və eyni fikri yaradacaq. Çünki onun  çox böyük potensialı  və haqqı olan şairdir.
Eləmi çaylar qırağı,
Ya arxı, ya bulağı,
İgid oğul olmasa,
Vətəni alar yağı.
Eləmi dağlar ağlar,
Çəmənlər, çaylar ağlar,
İgid ölsə vətən üçün,
Ona öz eli ağlar.
Xalidə Hcranın vətən, torpaq, el- oba, yurd, əsrarəngiz  təbiətimiz hqqında yazılmış bayatıları oxucularımızda, xüsusilə gənc nəsldə  vətənpərvərlik hisslərinin  və əhval – ruhiyyəsinin yaradılmasına və formalaşmasına təsir göstərir. Bu cür lirik, poetik nümunələrdə həyat eşqi, mübarizəyə çağırış, düşmənlərə qarşı barışmazlıq və qələbə əzmi, el birliyi, söz, fikir, güc birliyi öz əksini tapmışdır.
Biz Xalidə Hicranın  əsərlərini oxuduqca, formasından, janrından, yazılış və deyiliş tərzindən asılı olmayarq  çox aydın şəkildə hiss edir və  onun vurğununa çevrilir ki,  bu yazılarda güclü bir vətən sevgisi, yurd sevgisi, el- oba məhəbbəti var. Bu məhəbbət çox əziz və sonsuzdur, sarsılmaz və əbədidir. Doğulub boya- başa çatdığl o  doğma, o əziz  yerlər onun üçün çox qiymətlidir. Göz işlədikcə qıvrıla-qıvrıla axan  Arpaçayı, vüqarlı və əzəmətli Ağrı dağı həmişə onun gözləri önündə canlanır. Arpaçayın, Arazın həzin zümzüməsi qulaqlarında səslənir. Bu mənada şairin öz yurduna, el- obasına həsr etdiyi  bayatılar xüsisilə diqqəti cəlb edir:
Əzizim Naxçıvandı,
Özü nəqşicahandı,
Adı özündən gözəl,
Burası Naxçıvandı.
Mən aşiq  “Nuh çıxandı”
Gün batan, gün çıxandı,
Gözəlliklər istəyən,
Qoy gəlsin Naxçıvana.
Eləmi baxışımdı,
Baxışı baxışımdı,
Canımda ruhum olsa,
Mənim Naxçıvanımdır.
Əzizim burum_ burum,
Araz axar burum- burum,
Naxçıvana çatanda,
Deyər: “Kaş, burda durum”.
Araz ollam, bulannam,
Külək olam dolannam,
Yol alsam Naxçıvana,
“Əshəbi kəfi” dolannam.
Mən inanmıram ki,  öz elini, obasını, yurdunu sevməyən, onun qədrini bilməyən bir insan vətəninin, torpağının, millətinin qədrini bilsin. Torpaq, vətən sevgisi  elə ali və müqəddəs hissdir ki, o, insanın içindən, daxilindən, canından, qanından, ruhundan, kökündən gəlir. Xalidə xanım bu bayatılarında yalnız öz doğma  yurdunu sevdiyini, ondan güc, ilham aldığını  tərənnüm etmir, eyni zamanda hörmətli oxucularına necə sevməyi öyrədir. Bu sevginin bütün dəyərlərin fövqündə dyandığını anladır:
Əzizim, “İlan dağı”,
Qonşuluqda var yağı,
Bu torpaq əsir  düşməz,
Bura igid oylağı.
Eləmi, Haça dağı,
Göz dikib ona yağı,
Elimin igidləri,
Düşmənə çəkər dağı.
Qurbanam, “Duz dağı”na,
Bumbuz “Zor bulağı”na,
Dağı, dərəni yuyan,
Şır- şır Arpaçayına.
Xalidə Hicran bu zərif, ədəbi icilərində  vətənimizin gözəl, füsunkar, sirli, möcüzəli bir bölgəsi hqqında  yalnız informasiya və  bədii zövq vermir, həm də bir rəssam kimi oxucuların gözləri qarşısında o yerlərin mənzərəsini yaradır. Bu gözəlliklər diyarında  insan özünü azad, xöşbəxt hiss edir.  “Duz bulağı”nı gəzib “Zor bulağı”nın bumbuz suyundan içərək  Ağrı dağını,  “Haça dağı”nı, “İlan dağı”nı seyr edib şır-şır axan Arpaçayının sahillərinə  gəlir. Çox qədim və zəngin  tarixə malik bu gözəlliklər  məskənini sevməmək mümkün deyil. Bu sevgini, bu vətən, bu yurd məhəbbətini bizdə xalidə Hicran yaradır. Onu hər sətrindən, hər misrasından süzülüb qəlbimizə dolan  bu sevgi, bu məhəbbət dünyamıza, ömrümüzə işıq salır, bizi duyğulandırır, qürur hissi yaradır. Və biz belə bir  vətənin,  belə bir yurdun övladı olduğumuzdan şərəf duyuruq. Aşağıdakı nümunələrıə nəzər salaq:
Bu elin adı gözəl,
Hər sözü, özü gözəl,
Nuh da qədəm basandan,
Oldu “Nuh çıxan” gözəl.
Əzizim, Naxçıvana,
Yol sal, naxçıvana,
Bir dəfə qədəm qoysan,
Səfa olar canına.
Mən aşiq Naxçıvana,
Baş əyməz bəyə, xana,
Qonağına can deyər,
Oduna yana- yana.
Eləmi, ellər gözəl,
El gözəl, ellər gözəl,
Dünya gözələ dönsə,
Naxçıvanım tək çözəl.
Və yaxud:
Eləmi Əlincəyə,
Yol gedir Əlincəyə,
Neçə- neçə sərkərdə,
Baş əyib Əlincəyə.
Əzizim, Naxçıvanı,
Məşhurdur adı- sanı,
Torpağını sevənə,
Qurban eyləyər canı,
Mən aşıq, qəlbim inlər,
Qələmim, fırçam söylər,
Xalidə Hicranın qəlbi,
Naxçıvan desə titrər.
Xalidə Hicran yaradıcılığının atributlarından sayılan  sevgi onun  şeirlərində, qəzəllərində,məsnəvilərində, qitələrində və.s olduğu kimi  bayatı janrında da əsas yer tutur. Xalidə Hicranın sevgisində orta hədd yoxdur, onun özü də, lirik qəhrəmanları da hər kəsin heyrət edəcəyi dərəcədə sevməyi bacarırlar.  Və bu sevgi öz saflığına, dəyərinə, təmizliyinə görə  ən yüksək səviyyəyə ucalır. Bu sevgi insan adını, insan şərəfini, insan ləyaqətini daha da  yüksəklərə qaldıran inam, etibar, sədaqət, vəfa, fədakarlıq və dönməzlik cövhərindən yorğulan və heç zaman solmayan  İlahi bir hissdir. Xalidə Hicranın sevgi aşiqləri  məhz bu cür dəyərlər üzərində formalaşan  lirik qəhrəmanlardır. Onlar öz istəyinə çatmadıqda, vüsala yetişmədikdə ruhdan düüşmür, soyumur, unutqanlıq etmir, ömrünün sonuna qədər öz sevgisini qəlbində, ruhunda yaşadır. Hətta ayrılıq da, ölüm də  onları öz sevgisindən, öz istəyindən çəkindirə bilmir.
Eləmi qəlbim başı,
Sızlayar qəlbim başı,
Eşq elə xəstəlikdir,
Ağlar məzarın daşı.
Eləmi, ürək başı,
Dağlanar ürək başı,
Eşq yarası sağalmaz,
Olsa da yüz il yaşı.
Eləmi, yara eşqdən,
Gedəsən hara, eşqdən,
Qəlbim heç vaxt sağalmaz,
Alarsa yara eşqdən.
Mən burda bir məsələni diqqətə çatdırmaq istəyirəm ki,  Xalidə Hicranın sevgi, məhəbbət mövzusunda yazdığı şeirlərin heç birində hiss, ehtiras, vüsal, kam və.s. xüsusi olaraq vurğulanmamışdır. “ Ay öldüm, yandım, qovruldum” kimi fikir yaradacaq  sözlər yazmamışdır. Mən bu fikrimlə o qənaətə gəlmirəm ki,  belə yazmaq qəbahətdir. Sadəcə Xalidə Hicranın bir mütəsəvvüf şair, irfanlı, fəzilətli və ləyaqətli bir xanım olduğunu  diqqətə çatdırmaqdır. Onun hər şeirindən, hər sözündən, hər misrasından  təmiz, incə, zərif  dağ çiçəyinin ətri gəlir. İnsan oxuduqca xoş duyğular, hisslər keçirir, daxilən, ruhan rahatlanır, saflaşır. Özünü ləyaqətli, şərəfli, yüngül hiss edir.  Amma Xalidə Hicranın bu sevgi qəhrəmanları  olduqca ləyaqətli, vəfalı, güvənli və etibarlıdır. Onlar öz eşqinə, sevgisinə, məhəbbətinə  ömrünün sonuna qədər sadıq qalır, bir an olsun belə  unutmurlar. Şairin dediyi kimi hətta, “Eşq yarası sağalmaz, olsa da yüz il yaşı”.  Bu eşqi, bu sevgini ölüm də, onun yaratdığı ağrı- acılar da, dərin yaralar da  unutdura bilmir. Odur ki,  Xalidə Hicran yazır:
Qəlbim heç vaxt sağalmaz,
Alarsa yara eşqdən.
Xalidə Hicranın  müxtəlif mövzularda yazdığı bayatılar öz məna yükünə və tutumuna görə haqqında danışdığımız bayatılardan heç də geri qalmır. Həyatımızın müxtəlif sahələrini əhatə edən bu lirik poetik nümunələr oxucularda təbəssüm yaratsa da, onları düşündürür və  istər-istəməz bu təbəssümü  doğuran səbəblər haqqında fikirləşir:
Eləmi, Güləbətin,
Eldən soruşma  bəxtin,
Kimi deyər xoş sözün,
Kimi edır qiybətin.
Görəsən insanlar bu Güləbətinin qiybətini niyə edirlər?  Onun bir qəbahətimi var, yoxsa onlar paxıllıq edirlər?  Bu insanlar yalnız gözəlliklər arasında eybəcərlik, yaxşılıqlar içərisində pislik axtarmaq vərdişinə yiyələniblər? Hər iki haalda şair bu sualların cavabını tapmağı oxucuların  öz ixtiyarına buraxır. Aşağıdakı poetik incilər isə  dodaqlarda təbəssümə çevrilir:
Eləmi, gəl gələli,
Gəlin köçüb gələli,
Hamının səsi batıb,
Gəlin evə gələli.
Ev süpürər qaynana,
Aş bişirər qaynata,
Oğul istərəm ki,
Gəlinə bir söz ata.
Gəlinin var kələyi,
Feli yıxar fələyi,
Əvvəl səsi gəlməzdi,
İndi yıxır dirəyi.
S  O  N  !
]]></description>
<category><![CDATA[gundem       / yazarlar       / Mədəniyyət]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Sun, 07 Sep 2025 20:10:29 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2025/09/07/nizami-thmzov-hkmt-xznsn-gedn-yol-xxxviii-hiss.html</guid>
<link>https://dogruxeber.tv/2025/09/07/nizami-thmzov-hkmt-xznsn-gedn-yol-xxxviii-hiss.html</link>
<description><![CDATA[
Hissə:  1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22 > 23 > 24 > 25 > 26 > 27 > 28 > 29 > 30 >31 > 32 > 33 > 34 > 35 > 36 > 37
Xalidə Hicranın lirik qəhrəmanları müsbət obrzlardır,  onlar öz fikrinə, düşüncəsiə, əqidəsinə, daxili- mənəvi keyfiyyətlərinə  və işinə, əməlinə görə ən yüksək səviyyəyə ucalırlar. Öz  dəyərlərilə xalqını, vətənini ləyqətlə təmsil edirlər. Bu lirik qəhrəmanların harda yaşamasından və işləməsindən asılı olmayaraq  öz xalqının milli – mənəvi  və əxlqi  keyfiyyətlərini  dərindən  mənimsəmiş güclü bir çəxsiyyət, kamil bir isdan kimi  bəşər cəmiyyətinin ən fəal üzvlərindən  birinə çevrilmişlər. Bu, həm də bir millət olaraq Xalidə Hicran yaradıcılıq konsepsiyasına  daxil olan ən ciddi  və önəmli məsələlərdən,  ən aparıcı xətlərdən biridir.
Bir həqiqəti təkrar- təkrar   deməkdən və vurğulamaqdan xoşlanıram ki,   Xalidə  Hicran  yaradıcılığında  ən önəmli və aparıcı  məsələlərdən  biri olan  bu xətt dərin vətən sevgisi, insanpərvərlik və humanizmdir. Ölkədəki ictimai- siyasi vəziyyətdən asılı olmayaraq  haqsızlıq, ədalətsizlik, özbaşınalıq  hökm sürsə də
vətən elə vətəndir, cənnətin özündən də gözəldir, şirindir. Elə buna görə də el ağsaqqallarımız,  müdrik babalarımız, nənələrimiz  qürbətdə xan olunca, öz vətənində dilənib gəzməyi, onun havasını,  şirin laylasını, ana kimi  həzin səsini duymağı  yer üzünün bütün nemətlərindən  üstün tutmuşdur. Xalidə Hicran da belədir.  Onun bayatı yaradıcılığının böyük əksəriyyəti  məhz belə hassas mövzulara  həsr olunmuşdur. Odur ki, böyük  səmimiyyətlə, qəlbinin ən dərin qatlarından gələn  bir sevgi ilə deyir: “ Başı qoyasan daşına, vətənin çınqıl daşına”.
Bayatı əsasən qadınlara məxsus bir janrdır.  Qadınlar kimi  bayatılar da lətif,  gözəl, ürəyəyatan, lirik, həlim və sevimlidir,  incə və zərifdir. Könül oxşayan, ürəkləri ovlayandır. Həzin melodiya və havalara da bayatı deyilir. Bunların hər üçünün öz yeri,  öz gözəlliyi və  öz təsir gücü var. Bayatılar da qadınlar kimi  dərin və mənalıdır, müdrik və zəngindir, insanlarda xoş hisslər, duyğular yaradır. Və bu bayatılarda  insan sanki ümumiləşmiş  bir surətdir, canlı  bir orqanizmdir. Fərdi hisslər zəmnində  ümumi anlayışlar – kədər, qəm – qüssə,  sevinc və.s. ifadə oluur. Xalidə Hicran olduqca  gözəl, zərif, incə, məlahətli və ləyqətli bir xanım olduğundan  onun bayatıları da  böyük təsir gücünə malik gözəl poetik nümunələrdir. Mövzusundan asılı olmayaraq qələmə aldığı bayatıların hər birində  böyük sevgi,  dərin bir məhəbbət hiss oluur ki,  bu da müəllifin  sevimli oxucularına olan  dərin hörmətinin  barız nümunəsidir.
Şair yazır:
Eləmi, gül üstünə,
Gül sevmə gül üstünə,
Gül üstünə qonar bülbül,
El yığılar tüstünə.
Eləmi, el balası,
Hər evdə var anası,
İgid ölsə el üçün,
Tək ağlamaz anası.
İlk oxunuşda çox sadə görünsələr də, hər iki bayatının olduqca dərin  mənası var. Yüksək  əxlaqi- mənəvi məsələlərə toxuinan müəllif, birinci bayatıda təmiz  sevgidən,  heç nə ilə əvəz olunmayan məhəbbətdən, insan sədaqətindən, etibarından bəhs edir, eşq aşiqlərinin bir- birinin qədrini bilməyə, öz sevgisini uca tutmağa, qorumağa çağırır.
Dahi Nizami Gəncəvi yazırdı:
Qızıl gül ətrindən doysa bir nəfər,
Ona haram ola, başqa ətirlər.
Xalidə Hicran  isə  öz poetik nümunəsində vurğulayır:
Gül sevmə, gül üstünə,
El yığılar tüstünə.
Düzünü düyim ki, bu fikirlər məni  çox duyğulandırdı. Dünyagörmüş, müdrik insanların, fikir, düşüncə, söz sahiblərinin  nəsihəti, öz xalqına, millətinə,  müxtəlif düşüncəli, müxtəlif xarakterli  insanlara  olan sevgisi, diqqəti, xoş niyyəti, arzu və istəkləri  çox  gözəldir.  Türk – islam əxlaqından və mədəniyyətindən  qaynaqlanan bu fikirləri  bir söz kimi qarşılamaq yox, dəyərləndirmək, ordakı hikməti, dərin mıəna və mahiyyəti dərk etmək, bəhrələnmək lazımdır. Onu da deməyi özümə borc bilirəm ki, mənim olduğum əcnəbi ölkələrdə, ən çox olduğum ərəb dövlətlərini nəzərdə tuturam, ən yüksək səviyyədə belə  bu cür fikir və düşüncə sahiblərinə rast gəlmədim.Mən burda kimisə, hansısa xalqı aşağılamaq  fikrində deyiləm, lakin  mənim də gördüyümü danışmaq haqqım var. Mən orda bir dəfə də şahidi olmadım ki,  bu cür mövzularda söhbət düşəndə kimsə müsbət fikir söyləsin, amma müəmmalı, bəlkə də acı təbəssümlə  gülümsəyənlərin sifəti hələ də gözlərim qrşısında canlanır.  Onda bir həqiqəti özüm üçün  yəqin etdim ki,  hər bir xalqın, hər bir millətin  özünün formalaşmış əxlaq, fikir və düşüncə tərzi var.
Mən həmişə, hər zaman atalar sözü kimi deyilən o fikrin  əleyhinə olmuşam ki,  “ El üçün ağlayanın gözü kor olar”. Mənim fikrimcə, bu, düzgün fikir deyil.  Əgər səhv etmirəmsə yazımızın bir yerində də demişəm və indi də təkrar   edirəm ki, bu fikir bizi sevməyənlərimizin  deyimidir.  Bu, başqa bir sohbətin mövzusudur. Lakin onu demək istəyirəm ki, tarix boyu vətənimizi, torpağımızı, xalqımızı  yadelli işğalçılardan qoruyan qəhrəman oğullarımız olub və biz bu gün də onların adlarını  hörmətlə çəkir və yad edirik. Ona görə də Xalidə  Hicranın  “ İgid ölsə el üçün, tək ağlamaz anası”  deyir.  Əlbəttə, bu, vətənini, torpağını, el- obasını ürəkdən sevən  bir şairin,  güclü vətəndaş mövqeyi olan və bütün varlığı ilə xalqına bağlı olan bir insanın  böyük sevgisiin təzahürüdür. Ümumiyyıətlə,  Xalidə Hicranın  lirik qəhrəmanlarının  vətən, torpq, millət sevgisi, bir sözlə, vətəndaşlıq mövqeyi  o qədər güclüdür ki, bəzən insan heyrətə gəlir. Deyim ki,  bu xətt  şairin bütün yaradıcılığını əhatə edir və  müxtəlif janrlarda yazdığı  əsərlərdə oxucu bu qırmızı xətti  asanlıqla hiss edir. Burda könül xoşluğu ilə qeyd edərdim ki,  bütün bunlar  istedadlı bir şair olaraq Xalidə Hicranın  sonsuz vətən sevgisindən yaranır ki, bunun da çox ciddi  təbii əsasları var.   Ən əsası isə  müəllifin  özünün  dünyanı, ətraf mühiti, təbiəti yaradılışları dərk rtməsi və Böyük Yaradanın xalqımıza  çox zəngin bir torpaq bəxş etməsini düzgün dəyərləndirməsidir. Ulularımız, müdriklərimiz demiş,  torpağın müqəddəsliyi, gözəlliyi onun yetirdiyi barında, bərəkətində, suyunda, havasındadır. Belə yerdə yaşayan inanlar da  sağlam, təmiz, saf, güclü, qüdrətli, istedadlı və müdrik olurlar. Belə insanlarla elin, obanın, torpağın qədrini bilər, onu qoruyar, öz xoş əməlləri ilə  daha da şöhrətləndirərdilər. Necə ki,  Xalidə Hicranın lirik qəhrəmanları  bu missiyanın öhdəsindən bacarıqla gəlir və hətta dediyimiz kimi, bizi heyrətləndirirlər. Budur sas məsələ. Ona görə də bu lirik qəhrəmanlardan aldığımız  təəssürat  və təsəvvürlər  poetik sözün ideya – estetik duyumunda  bizə saf, təmiz, əxlaqi hisslər aşılayır,  gözəl duyğular bəxş edir. Oxucularımızın şeirə, sənətə,  klassik ədəbiyyata, xalq yaradıcılığına, elə bayatıların özünə  olan  marağını daha da artırır,  oxumağa və oxuduqlarını  düşünməyə böyük təsir göstərir. Təbii ki, bu da Xalidə Hicran yaradıcılığının  poetik gücü və onun təsiridir. Şair hikmətinin müdrikliyi, uzaqgörənliyi bir çox mətləblərin üstünə işıq salır, aydınlaşdırır, oxucuların yardımçısına çevrilir, onların qarşısında geniş üfüqlar aşır, düşündürür.
Şairin uzun illər öncə, ermənilər torpaqlarımızı işğal etməzdən çox-çox əvvəl yazdığı  bir bayatıya nəzər salaq:
Eləmi, el yarası,
Sdağalmaz el yarası,
Torpağı yadlar alsa,
Yurdsuz qalar balası.
Bu, istedadlı bir şairin  poetik təfəkkürünün, onun ağlının, zəkasının baş verə biləcək həyat həqiqətlərinin  doğuracağı dəhşətli hadisələri  öncədən görməsinn, dərk etməsinin inikası, təzahürüdür. Artıq 30 ilə yaxın bir zamab ərzində doğma ev- eşiyindən,  isti yuvasından, elindən- opbasından qaçqın və məcburi köçkün düşən insanlar yadellilərin  törətdiyi cinayətlərin  ağrı- acılarını,  dəhşətlərini yaşadllar. Şairin, yazıçının böyüklüyü, qüdrəti ondadır ki, oxucularının, dgər insanların və ümumiyyətlə, adi adamların  görmədiyini, duymadığını, hiss etmədiyini görür, duyur və hiss edir, onları insanlara çatdırmağı bacarır. Və bu zaman elə ustalıqla, elə sənətkarlıqla  oxucularına təqdim edir ki, onu oxuyan hər bir kəs  asanlıqla başa düşmüş və dərk etmiş olsun. Bu mənada Xalidə Hicran xöşbəxt şairdir. O, fikirlərini, düşüncələrini o qədər sadə, o qədər  aydın və  səmimi şəkildə qələmə alır və  deyir ki,  bəzən oxucu bunun sadəliyindən  heyrətə gəlir,  sözün, fikrin  necə çatdırmağın, necə deməyin fərqində olur, təəccüblənir. Xalidə Hicran bəzən sözü  elə deyir ki, o sözü söz kimi başa düşməkdən daha çox  dərin fikirlər  özündə əks etdirən  əsrarəngiz bir mənzərə kimi  oxucuların gözləri önündə canlanır.  “ Sağalmaz el yarası” fikri  istər- istəməz insanı düşündürür, təsirləndirir. Burda bir ümumi dərd, ümumi bir ağrı  insanın fikrində dolaşır. Bu dərd hamının dərdidir, elin, obanın, yurdun... Və bir gün  bu elin, obanın, yurdun torpağını yadlar alarsa, balalarımız  yurdsuz qalar... Bəli, necə ki, 30  il bundan əvvəl deyilmiş bir şair fikriin gerçəkləşmiş acı həqiqətlərini yaşadıq. Və hər kəs bu ağrini, bu əzabı öz içində, öz daxilində çəkir. İnsan böyük yaraların  ağrısında  kiçik yaraların sızıltısını duymaz. Böyük Füzuli üçün eşqin, məhəbbətin, iztirabları, yaraları qorxulu deyildi. Onun böyük dərdi, böyük yarası vətən yarası, vətən dərdi idi. Xalidə Hicran da belədir. Onun kiçik yaraları, kiçik iztirabları yoxdur. O, Hicranının hicranını da eyni dərəcədə ağır keçirir, yağı düşmənlərin ayaqları altında qalmış müqəddəs torpaqlarımızın itkisini də. Tanrıya qovuşmaq  ucalığına qədər yüksələn  şıhidlərimizin ağrısını da.  Üçü də böyük ağrıdır.  Böyük ağrıları yalnız böyük insanlar çəkə bilər. Bu böyük- böyük ağrılar, böyük – böyük  yaralar Xalidə Hicran  poeziyasının  bütün ruhuna, canına hopmuşdur.  Onun ictimai məzmunlu bayatılarının çoxunda, mən deyərdim ki, bəlkə də mütləq əksəriyyətində vətən dərdi,  torpaq ağrısı, şəhid yanğısı  böyük üstünlük təşkil edir. Və Bu bayatıları oxuduqca biz bu ağrı – acıları  daha yaxından hiss edir və  o ağrıları duyuruq:
Eləmi, göylər ağlar,
Yer ağlar, göylər ağlar,
Burda bir şəhid var,
Ona öz eli ağlar.
Eləmi, göylər ağlar,
Göydə buludlar ağlar,
Şəhidin anası yox,
Ellər anası ağlar.
Eləmi, göylər ağlar,
Qan yaşla yerlər ağlar,
Vətən üçün öləni,
Vətənin özü ağlar.
Müdriklik,  vətənpərvərlik, qəhrəmanlıq, igidlik, namus, qeyrət, məğrurluq kimi  insani keyfiyyətləri əks etdirən bayatılar öz ideya xəttinə və istiqamətinə  görə seçilir və oxucuları öz təsiri altına alıb  düşündürür.  Xalidə Hicran yaradıcılığına xas olan  xarakterik xüsusiyyət burada  da  özünü göstərir. O, çox sadə, aydın dildə böyük məsələlərə toxunur, onların mündəricəsini  yaradır. Biz bu mündəricə ilə tanış olduqdan sonra daha dərinlərə gedir, çox böyük  məna və mahiyyət kəsb edən fikirlərlə tanış oluruq. Və görürük ki,  Xalidə Hicran birinci bayatıda  dediyi  “ Burda bir şəhid var, ona öz eli ağlar”  fikri ilə dərin qatlarda  bir neçə məsələlərə toxuub.  Ən əsası onu özümüz üçün müəyyən edirik ki, el üçün ağlayanların gözü heç də kor olmaz. El üçün ağlayanlərın arxasında el  dayanır. Öz elinin,  obasının, torpağının  uğrunda şəhid olan oğullarının qədrini bilən və hər an öz azadlığı uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparmağa hazır olan  böyük və möhtəşəm bir el. Ona görə də Xalidə Hicran bir şair olaraq  bundan qürrələnir və böyük məmnunluqla “Şəhidin anası yox, ellər anası ağlar” deyir. Çünki  torpaq dərdi hamının dərdidi, ümumi bir dərddir. Millət dərdidir. Bu dərd hamını birləşdirir, öz ətrafına toplayır: bir ağlayır, bir sevinir, bir  kədərlənirlər. Odur ki, şair yazır:
Vətən üçün öləni,
Vətənin özü ağlar
deyə tərənnüm edir.  Mən burda bir məsələni xüsu qeyd etmək istərdim ki,  Xalidə Hicran digər janrlarda yazdığı kimi  bayatılarında da alt qatlarda  insanı düşündürə biləcək elə  mənalar ifadə edən  fikirlər vardır ki,  bunu yalnız dərindən düşünməklə əxz etmək olar. Bu isə oxucuların marağından, bu poetik nümunələrə yanaşma tərzindən və istəyindən asılıdir. Xalidə xanımın bədii yaradıcılığı ilə yaxından tanış olduqdan sonra bir daha tam əmin oldum ki, o, heç nəyi elə - belə, nəyinsə xatirinə yazmır.  Hər poetik nümunələrində bir məna, bir informasiya, bir gözəllik var. Bu keyfiyyətlər onun bayatı yaradıcılığında da özünü  daha aydın şəkildə göstərir. Diqqətlə izləsək, biz bunu əyani şəkildə görə bilərik:
Eləmi, haray elə,
Külünü başa ələ,
De, burda bir el vardı,
Qoyma düşə yad ələ.
Və yaxud:
Mən aşiq ellər eli,
Ağı de, ağla eli,
Nəyin var, əldən getsə,
Tək əldə saxla eli.
Göründüyü kimi bu ədəbi örnəklərdə çox ciddi və ümummilli məsələlərə toxunulmuşdur. Xalidə xanımın bayatılarını oxuduqca xəyalən keçmişə qayıdır, istedadlı alim, filologiya elmləri doktoru professor İsrafil Abbaslının  “Azərbaycan bayatıları” kitabının ön sözünə yazdığı fkirlər düşür: “ Bayatılar xalqın əlçatmaz, ünyetməz keçmişi, eynilə də dünəni və bu günüdür. Keçmişi dedikdə, ulu babalarımızın,  bu lirik incilərdə qorunmuş əski həyat tərzi yada düşür. Xalqın dünəni onun nisbətən bizə yaxın olan tarixidir. Bu gün isə o deməkdir ki, bayatı bu gün də yaranıb yaşanmaqdadır”. Bəli,  bayatılar bu gün də yaranıb yaşanmaqda, inkişaf etməkdədir. Neçə- neçə əsrlər bundan əvvəl yaranıb- yaşanıb  bizə çatmışdır. Bu gün Xalidə Hicran yana- yana, ürək ağrısı deyir:
Eləmi, haray elə,
Külünü başa ələ,
De, burda bir el vardı,
Qoyma  düşə yad ələ.
]]></description>
<category><![CDATA[gundem        / yazarlar        / Mədəniyyət]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Sun, 07 Sep 2025 10:42:44 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2025/09/05/nizami-thmzov-hkmt-xznsn-gedn-yol-xxxvii-hiss.html</guid>
<link>https://dogruxeber.tv/2025/09/05/nizami-thmzov-hkmt-xznsn-gedn-yol-xxxvii-hiss.html</link>
<description><![CDATA[
Hissə:  1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22 > 23 > 24 > 25 > 26 > 27 > 28 > 29 > 30 >31 > 32 > 33 > 34 > 35 > 36
Xalidə Hicran  poeziyasının,  o cümlədən bayatı janrında yazdığı nümunələrin də mahiyyəti, fəlsəfəsi məhz bundadır. O, sözü sadəcə demir, yazmır,  insanların düşünməsi, onların dərk etməsi üçün geniş üfüqlər yaradır, meydan açır.  Deyərdim ki, insan həyatının canlı poetik səlnaməsini  əks etdirir, səciyyələndirir. Bu zaman özünün bütün gücündən, daxili imkanlarından, zəngin mənəvi dünyasından bacarıqla  istifadı edir.  Ürəyinin  odunu, alovunu qoyur.  Dahi Nizami Gəncəvi vaxtilə demişdir: “ Ürəkdən gələn söz ürəyə yol tapar”.  Bu fikir Xalidə Hicran  yaradıcılığının bütün mahiyyətini  özündə əks etdirir. Çünki Xalidə xanım fikir, düşüncə sahibidir. O, ağlının süzgəcindən keçmiş fikir və düşüncələri  qəlbinin hərarətilə isidib  böyük sevgi ilə oxucularına çatdirir, onların görüşünə gəlir. Böyük sevgi ilə, böyük ürəklə yazılmış bu ədəbi nümunələr öz tutumuna, öz yükünə, dərin məna və mahiyyətinə görə  oxucuların yaddaşında yer alır, onları düşündürür. Aşağıdakı bayatıya diqqət yetirək:
Eləmi qəmə doydum,
Çayniki dəmə qouydum,
Gözlədiyim gəlmədi,
Dərdimi dəmə qoydum.
İlk oxunuşda bəlkə də  adi bir bayatı  olduğu qənaətinə  gəlinə bilər. Amma diqqətlə fikir verdikdə ordakı məna, ordakı fikir və düşüncə  insanı heyrətə gətirir. Xalidə Hicranın digər lirik qəhrəmanları kimi  burda da  eşq aşiqi ağlamır, sıqqamır,  şikayət etmir, öz sevgisi yolunda əzab çəkdiyini, dəli – divnə olduğunu, yanıb qovrulduğunu  açıqlamır. Çünki o, böyük əxlaq sahibi, fəzilət sahibidir. Öz “dərdini   dəmə qoymaq” ucalığına qədər yüksələn  bir insandır. Yad fikirlər və düşüncələr ondan  çox- çox uzaqdır.  Yüksək mənəvi və əxlqi dəyərlərə  malik  olan bu eşq aşiqi  olduqca sədaqətli, etibarlı  və vəfalıdır.  O, gözlədyinin  gəlmədiyindən şikayətlənmir, onu ittiham etmir, əksinə, böyük dözüm, səbr və iradə nümayiş etdirir. Burada şair insanlara  məxsus  gözəl keyfiyyətləri,  onların mənəvi qüdrətini, həyat eşqini, dərin ruhi əzablarını, qəmini, kədərini, humanizmini  çox böyük ustalıqla açıb göstərmiş, az sözlə möhtəşəm və dolğun həyatı və fəlsəfi mənalar  ifadə etmişdir. Xalidə Hicranın bayatılarının hər birində  dərin fikir,  bədii- estetik duyğu və fəlsəfi zənginlik var.  Bu sadə və oynaq  vəznli yığcam poetik  forma nümunələrinin hər biri öz dəyərinə görə sanki bitkin bir əsərdir.  Onu  da deyim ki,  bayatılarda şifahi yaradıcılığın  heç bir janrında olmayan  ən böyük özəlliyi  burda ədəbi cərəyanların vəhdətidir. Xalidə Hicranın bayatılarinda da  bu cəhət özünü çox aydın şəkildə göstərir və verilmiş nümunələrdə  gah təsəvvüf, gah  xalqın  romantik arzuları, gah da reaL  həyat təsvir olunur.  Janrından asılı olmayaraq  Xalidə Hicran  poetik yaradıcılığının  özəl xüsusiyyətlərindən biri və mən  bunu hər dəfə deməkdən  məmnunluq duyuram ki, ən əsası fərdi hisslər deyil,  ictimai məna və mahiyyət kəsb etməsi, onun ön plana çəkilməsidir. Bu, onun göstəricisidir ki,  Xalidə xanım səmimi olaraq ilk öncə  məhz insanlar haqqında fikirləşir, onların sosial və ictimai həyatı, yaşayışı, mənəvi dünyası haqqında düşünür.  Və bütün yaradıcılığı boyu  öz ənənəsinə sadiq qalaraq  onu yüksələn xətt  üzrə daha da inkişaf etdirir. Biz şairin bayatı janrlnda qələmə aldığı  bütün  nümunələrdə  bunu daha aydın görür və hiss edirik.
Bildiyimiz kimi bayatıların  əsas mövzusu vətən həsrəti, vətən məhəbbəti, qürbət sıxıntısı,  ayrılıq, tənhalıq, nakam məhəbbət, qəm- qüssə və  kədərdir.  Xalidə xanım bütün mövzularda yazsa da  əsasən vətən məhəbbətinə, vətən həsrətinə üstünlük vermiş,  bu sahədə yaddaqalan,  insanlara təsir edən, onlarda vətənpərvərlik  hissləri aşılayan dərin məzmunlu  poetik nümunələr yaratmışdır.
Şair yazır:
Eləmi bağrım başı,
Qan ağlar bağrım başı,
Torpağı gavur alsa,
Qalmaz daş üstə daşı.
Eləmi vətən qala,
İgidlər tikə qala,
Yağı başı əzilə,
Vətən əbədi qala.
Başı qoyasan daşına,
Vətəni çınqıl daşına
Özgə yerdə tacın olsa,
O da dar gələr başına.
Bu bir həqiqətdir ki, zahiri sadəlik və yığcamlıq  əslində bayatılardakı  məna dərinliyini və bədii zənginliyi  şərh etmək üçün çətinlik yaradır. Bu sadəlik və yığcamlıq oxucuda  hər şeyi başa düşürmüş kimi əminlik yaratsa da, əslində alt qatlardakı dərinliyin və fəlsəfi anlamların  şərhinə, izahına  ehtiyac yaranır. Əgər diqqətlə fikir versək görərik ki,  Xalidə Hicranın bu poetik nümunələrində güclü vətəndaş mövqeyi, sonsuz vətən, torpaq sevgisi, dərin narahatçılıq, mənalı fikir və düşüncə  aydın hiss olunsa da,  əslində müəllifin bir rəssam kimi  təsvir etdiyi və yaratdığı  geniş və acınacqlı mənzərə fikrin alt qatlarında qalaraq  insanları daha dərindən düşünməyə  sövq edir. Şairin  “Torpağı gavur alarsa,  qalmaz  daş üstə daşı”  fikri asanlıqla başa düşüləndir. Amma onun alt qatındakl dərin məna, yaratdığı psixoloji hal  uçulub dğılmış, qarət edilmiş  və xarabalığa dönmüş evlər, isti yuvasından, ev- eşiyindən  qaşqın və didərgin düşmüş insanlarn acı naləsi  dəhşətli mənzərələr yaradaraq  diqqətli oxucuların  gözləri önündə canlanır.
İkinci bayatıda isə müəllif  mövqeyi ilə yanaşı öz döğma el- obasını sevən, vətəninə, torpağına bağlı olan  lirik qəhrəmanların istək və arzuları, fikir və düşüncələri verilmişdir. O, başqaları  kimi biganə deyil.  İşğal olunmuş torpqların  azad olunması haqqında düşünür, fikirləşir, dərin narahatlıq keçirir, özlüyündə çıxış yolları axtarır. Hesab edir ki, əgər igid oğullarımız  möhtəşəm qala tiksələr , düşmənin başı əzilər,  vətənimiz həmişəlik  işğaldan  azad olar. Əlbəttə, bunun çox böyük ictimai – siyasi kökləri var ki,  bu da açıqlamaq  uzun bir vaxt aparardı.  Əsas odur ki, fikrin fəlsəfəsi məlumdur.
Üçüncü bayatıda isə  vətən sevgisi tərənnüm olunmuişdur. Şair bədii təsir vasitələrindən  böyük ustalıqla istifadə edərək  vətən sevgisini ən yüksək pilləyə qaldırmış, onu bütün dəyərlərdən, dünyanın  bütün mal – dövlətindən, naz – nemətlərindən  üstün tutmuşdur. Ümimiyyətlə, vətən, torpq, millət sevgisi Xalidə Hicran üçün bütün  dəyərlərin fövqündə dayanır. Biz bunu həm “Hikmət xəzinəsi”, həm də  “Hicrannamə”  əsərlərində  dəfələrlə şahidi olmuşuq. Xalidə Hicranın bayatı yaradıcılığı ilə yaxından tanış olduqdan sonra  o qənaətıə gəldim ki,  vətən sevgisi onun yaradıcılığının  atributu sayılan  dəyərlərin  sırasında dayanır. Və bəzi hallarda bu sevgi  özünü dha qabarıq  şəkildə büruzə verir.  Diqqətli oxucular  bu cür bayatıları oxuduqca  nəinki ordakı dərin mənalı sözlərin və  sonsuz vətən sevgisinin  təsirindən duyğulanır,  eyni zamanda onların gözləri qarşısında, Xalidə Hicran bir  peşəkar rəssam kimi  sözdən və söz rəngindən  yaratdığı çox düşündürücü, insanı heyrətə gətirən  geniş bir mənzərə canlanır.  Və bu mənzərələr nəinki insanın qan yaddaşını oyadır,  onları silkələyib tərpədir, yerindən oynadır, eyni zamanda bu insanların  vətən, torpaq sevgisini alovlandırır, mübarizəyə sövq edir. Şair aşağıdakı beytində yazır:
Eləmi, yağı dağı,
Yamandı yağı dağı,
Şuşa əsir olandan,
Bülbül də deyir ağı.
Yağı klassik sözdür. Bizim bəzi dilçilərimiz  onu arxaik söz kimi təqdim edirlər. Təəssüf ki, bu,  “Məktəblinin izahlı lüğəti”  kitabında da belə verilmişdir. Amma Xalidə Hicran bu sözdən çox bacarıqla və yerində istifadə etmişdir. Əgər onu “düşmən”,  “işğalçı” və yaxud başqa bir sözlə ifadə etsək, həmin effekti, yəni o sözün yaratdığı  ağrini, yanğını, o göynərtini verə bilməzdi. Bir sənətkar kimi, istedadlı bir şair kimi  Xalidə Hicranın gücü məhz ondadır ki,  yerində işlətmiş bir sözlə  oxucuların  ağlında, beynində, şüurunda  əks- səda verib onları düşündürür. Bayatıda yerində işlənmış ikinci söz  “əsir”dir.  Şair işlətmir ki,  “Şuşa işğal olandan”, əgər o bu sözdən istifadə etsəydi, “əsir” sözünün  oxucuda yaratdığı  təsir gücünü verə bilməzdi.  Odur ki,  “Şuşa əsir olandan, bülbül də ağı deyir”  yazmaqla  oxucuların düşüncəsində bir  elegiya yaradır. Bir rəssam kimi o bu elegiyanın  şəklini çəkir.  Mənzərəsini yaradır. Bu elegiyada  bülbül  kimi əsir qalmış hər şey  ağı deyir: soyumuş daşlar da,  solmuş güllər – çiçəklər, qurumuş ağaclar, otlar da...Hər şey, hər şey... Ona görə də şair yana- yana deyir:
Eləmi, yağı dağı,
Yamandı yağı dağı.
Vətən, torpaq, el məhəbbəti  şairin başqa bayatılarında da özünü göstərməkdədir. Deyərdim ki, bu,  alovlu bir şairin  millətinə, xalqına olan sonsuz  məhəbbətinin və sevgisinin təzahürüdür ki,  biz bu ədəbi nümunələri oxuduqca onun şahidinə çevrilirik. Sözün həqiqi mənasında qəlbi  vətən eşqi, xalıq məhəbbətilə döyünən  şairləri  həmişə, hər zaman  milli dil məsələsi düşündürmüş və onların əsas mövzularına çevrilmişdir. Xalidə Hicran da məhz belə düşüncəli, belə əqidəli şair olduğuinu  janrından, formasından asılı olmayaraq  bütün yaradıcılığı boyu  özünü göstərmişdir.
Şair  “Bayatı çələngi” bölməsində  yazır:
Əzizim, dilim inci,
Söz inci, dilim inci,
Öyrənsən də yüz dili,
Öz dilindi birinci.
Eləmi, dilini bil,
Keçər əsr, neçə il,
Öz dilini unutsan,
Elin əldən gedər, bil.
Mən aşiqəm, elə el,
Əl ələ verə,elə el,
Özgə dilin bilsə də,
Öz dilin danışa el.
Vətənpərvərlik, xəlqilik Xalidə Hicran bayatı yaradıcılığının  xarqakteristikası, deyərdim ki, bəlıkə də onun möhürüdür. Xalqın ürək sözləriin ifadəsi, ayrı- ayrı əsrlərdə  tarixin yaddaşı kimi  hadisələri  bir növ özündə əks etdirən bayatılar  həmişə canlı inkişaf yolu keçmiş zaman və məkan daxilində  dəyişmiş, formalaşmış və bu gün də mən böyük ürəklə deyərdim ki,  Xalidə Hicran kimi elinə, obasına, xalqına bağlı şairlərimiz  tərəfindən daha da  zənginləşməkdədir. Şair haqlı olaraq vurğulayır ki,  insan bir neçə əcnəbi dil öyrənə bilər,  amma ən əsası öz doğma  ana dilidir.  Şair narahatlıqla bildirir ki,  öz dilinə xor baxan, onu unudan, başqa dillərdə danışmağı şərəf hesab edən bir isan və ya bir xalq  həmişə əsarətdə olar, azadlığını itirər. Necə ki, biz müəyyən tarixi mərhələlərdə  bunun bu və ya digər formada acılarını yaşamışıq. Biz həm də tarixin o səhifələriin şahidi olmuşuq ki,  ziyalısı, yaradıcı aparıcı qüvvələri  xalqından, millətindən ayrı düşəndə, öz şəxsi mənafeləri  naminə  mədhiyyə ilə məşğul olanda  o xalq, o millət  məmişə zillət içərisində yaşayar, öz xöşbəxtliyii itirər.  Lakin Xalidə Hicran harda yaşamasından asılı olmayaraq  bütün zaman kəsiyində  öz xalqının yanında olmuş,  onun maraqlarını müdafiə etmiş,  sözünü demiş və bu gün də bu şərəfli yolunu  yaradıcılığının bütün sahələrində  uğurla davam edirməkdədir.  Bayatı janrı heç də göründüyü kimi düyil. O, asan olduğu qədər də çətindir. Hikmət dolu bu söz xəziəsinə  adi yanaşmaq,  qafiyə xatirinə söz qoşmaq, söz oynatmaq olmaz. Burada işlədilən  bədii təsir və ifadə vasitələri  çox zəngin olmalı və  fikrin poetik gücünü  artırmağa xidmət etməlidir. Böyük yaradıcı təxəyyülün məhsulu olan bayatılarda işlənən məcazlar  sözlə ifadəyə poetik  vüsət və rövnəq  verməlidir.  Bu mənada Xalidə Hicran poetikasında  bayatı janrı özünün yeni  çalarlarını alır, dərin məna və məzmun kəsb edir və mənsub olduğu xalqın  dərdini, kədərini özündə  əks etdirir.  Aydın hiss olunur ki, Xalidə Hicran  nə yazdığının, nə dediyinin həmişə fərqindədir. Bir şair kimi, bir vətəndaş kimi bu onun içindən gəlir və bu, içində kükrəyən, daşan el sevgisinin, vətən  sevgisiin təzahürüdür.
]]></description>
<category><![CDATA[gundem         / yazarlar         / Mədəniyyət]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Fri, 05 Sep 2025 22:35:35 +0400</pubDate>
</item><item>
<guid isPermaLink="true">https://dogruxeber.tv/2025/09/05/nizami-thmzov-hkmt-xznsn-gedn-yol-xxxvi-hiss.html</guid>
<link>https://dogruxeber.tv/2025/09/05/nizami-thmzov-hkmt-xznsn-gedn-yol-xxxvi-hiss.html</link>
<description><![CDATA[
Hissə:  1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22 > 23 > 24 > 25 > 26 > 27 > 28 > 29 > 30 >31 > 32 > 33 > 34  > 35
Bildiyimiz kimi  sənətkarın – şairin, yazıçının,  istedadlı söz sahibinin  bacarığı və böyüklüyü ondadır ki,  az  sözlə çox böyük mənalar ifadə etmiş olsun.   Xalidə  Hicran bu iki misrada  məinki  böyük mənalar ifadə etmiş,  həm də fikirlə  oxucuların gözləri qarşısında elə bir  ecazkar mənzərə yaratmışdır ki,  insan bu gözəlliklər diyarını ziyarət etdikcə  ruhu rahatlıq tapır. Bu  İlahi eşqin hər ahından  bir gündə bitən  güllərlə  bütün dünyanı  güllüyə, gülüstana döndərən  məhəbbətin qarşısında  səcdə edirlər.  Xalidə  Hicranın ən böyük istedadı , mən deyərdim  ki, sətrin alt qatlarında  söz demək, fikir demək bacarığıdır.  Bəs  bu  iki  misradakı  fikir  özünü   nədə  büruzə  verir?  Əslində bu cavab  özlüyündə  aydındır.  Əgər diqqətlə fikir versək görərik ki,   sevgi  aşiqi  ah  çəkərkən  Yer- Göy  titrəmir,   aləm  qara geyinmir, qara  buludlar  dərdli- dərdli   hönkürüb  ağlamır,  oxuculara   qəm- qüssə,  kədər,  bir  sözlə,  mənfi enerji  aşılanmır. Əksinə,  bu sevgi aşiqinin ahından   küllü-  aləm,  ərşü – fərş büsbütün  güllüyə,  çiçəkliyə  bürünür,  cənnətə dönür, insanda xoş  əhval – ruhiyyə  yaradır . Oxucu asanlıqla  hiss edir ki,  pis fikirli,  qara niyyətli, məkrli,   yalnız özünü düşünən  adi birisi deyil,  o sidq ürəkdən, bütün varlığı ilə  sevməyi bacaran,  yalnız  sevgi ilə dünyaya baxan haqq  aşiqidir. Odur ki,  Xalidə   Hicran  ikinci   bir   beytində   deyir:
Nə balıq  düşməz  tilovdan gen, nə pərvanə  alovdan,
Eşq odu yandırsa da ,  qorxmaz  sevən  addan  bir  an.
Aşağıdakı beytlardə  isə:
Səni   sənsiz   yaşamaq   gün  sayılarmışsa  əgər,
Sənli  gün  uğrunda  qəlb  onları  qurban  eylər,
Yar  üçün  eşqdə   tək   qəlbi  edərlərmi   əta ,
Qəmi – hicranı  ağır  olsa,   yanar  can  da  oda.
Xalidə  Hicran  sevimli  oxucularına  yalnız  saf, təmiz bir sevgi  aşılamır,  o sevgini  qorumağı,  qədrini  bilməyi, lazım gəldikdə   mübarizə  aparmağı, hər  əziyyətə qatlaşmağı  və  fədakarlıq  göstərməyi də   təqlin edir.   Deyir ki,   əgər  sənsiz  yaşamaq    “ yaşamaqdırsa”, səninlə  olan bir  gün  üçün  onları   qurban  verərəm”.  Bu,  Xalidə  Hicran   sevgisinin  fəlsəfi  anlamıdır.    Şair  başqa  beytlərində  deyir  :
Öz  vəfamın  quiuyam,   qeyri  deyil  sultanım,
O vəfadandı  həyatım,  bu  günüm,  səhmanım.
Sevgi  ilahi  ənamdır,  mərhəmətdir     cana  da,
Çox  sevərik  biz,  dözərik  hər  qəmə , hicrana  da.
Xalidə  Hİcran  yanğılı, ağrılı  şairdir.  Onun  poeziyasının  dərinliklərinə ,  alt  qatlarına    getdikcə   açıq  şəkildə  hiss edirsən ki,  bu  ağrı,  bu  yanğı  onun  həyat  tərzinə çevrilmişdir. Sanki o,  çiyinlərində  ağır bir yük daşıyır.  Bəzən  bu yükün  ağırlığından sankl qəddi   əyilir,  əyilib  yerə  yaxınlaşdıqca  torpaqdan güc alır.  Cisminə, ruhuna  qüvvət  gəlir.  Torpaq  cənab  Allahın  ən  böyük  möcüzələrindən biridir ki,  bütün  gözəlliklərin ,  dərk  edə  bilmədiyimiz   həqiqətlərin  məhz  ondan  yarandığını  yaxşı bilən   Xalidə  Hicran  bəzən  onun anlamadığı  sirlərin də  ağırlığını ,  yükünü  çiyinlərində,   qəlbində,   beynində  daşıyır.  Və bir daha o  qənaətə gəlir ki,  Ulu Tanrı  insanlara  lazım olduğu qədər dərk vermişdir, yəni  məsləhət bildiyi qədər.  O  qədər də sevgi  bəxş etmişdir. Xalidə  Hicranın fikrincə,  elə  sevginin özü də bi  möcüzədir.  İlahi bir  möcüzə!.. O yalnız  şəhvət yaratmır,  hissləri  coşdurmur,  çox-çox  yüksəklərdə dayanan  ilahi bir  güc,  ilahi bir  möcüzədir…İnsanın yaradılışından bu  ilahi  sevginin gücü ilə  xarüqələr  və  möcüzələr  yaradılmışdır.  Ağlın,  şüurun,  dərkin  bir  həddi  var,  amma sevgi  hüdudsuzdur,  sonsuzdur. Xalidə  Hicranın da sevgisi belədir, həddi – hüdudu  yoxdur. O, həyatın  bütün  nemətlərini,  gözəlliklərini sevgidən alır ,  sevgi ilə yaşayır.  Amma bu sevgi  fərdi  deyil,  o,  yalnız  özünü  düşünmür,  öz  hissləri ilə yaşamır, Öz sevgisi, varlığı, dünyası ilə  insanların – oxucularının  xidmətində dayanır.  Bu zaman onun  ağrı-  acıları  çoxalır, narahatlığı  qat-qat  artır. Bəlkə də bu  çoxlarına qəribə gələ bilər, amma bu, yaradıcı bir insan kimi, bir  rəssam  və  bir şair kimi  onun həyat tərzidir.  Xalidə xanım özünü başqa sür təsəvvür etmir.  Başqa həyat tərzi onun üçün  tamamilə yad olardı.  Xalidə xanım o həyatda  sıxılar,  əzilər, darıxar,  yanar, sızlayar, bozlayardı… Mən belə başa düşürəm ki,  Xalidə   Hicran   bu ağrılı, acılı, əzablı,  yanğılı  həyatda  həm də  erkən itirmiş  ömur – gün  yoldaşının  yarımçıq  qalməş həyatının davamını -  yoxluğunun  acılarını  yaşayır.  Bu acılarda, yanğılarda  sanki o, bir rahatlıq tapır. Əlbəttə, bu, Xalidə Hicranın  şəxsi həyatıdır,  amma onun bədii yaradıcılığında  məhəbbət mövzusuna üstünlük verməsini  bu  şəxsi həyatı ilə bağlamaq  çox böyük ədalətsizlik və  haqsızlıq olardı.  Xalidə xanım  bəşərı duyğularla yaşayan,  bəşəri  fikirli,  bəşəri  düşüncəli  bir şairdir.  O, bütün istəklərə yalnız sevgi ilə nail olmağın  mümkünlüyünü hələ orta məktəbin  yuxarı siniflərində oxuyarkən dərk etmişdir.  Burada onun bir fikrini təkrar etmək istəyirəm: “  Əgər  10  il  əla  qiymətlərlə oxuduğum  orta məktəb  və  9 il  rəssamlıq  təhsilim  olmasaydı,  atamın verdiyi tərbiyə  və  nəsihətlər , keçdiyim  “həyat  məktəbi”  ilə  yenə də  mən bu  günkü  mən olardım,”  Xalidə  xanım  sonra  yazır: “ Oxuduğum qalaq- qalq  kitablar yığılsaydı  bir  yerə   bir  dağ  tək  görünərdi.  Bəzi  kitablara  evdə  qadağa  olsa  da,  onları  gecələr  yastığıma   düşən  nazik işıq xəttində  oxuyardım.  Evimizdə kitabdan çox heç nə yox idi. Bu kitablar da mənim  bir insan kimi formalaşmamda  çox böyük rolu oldu”.  Bəli, budur əsas məsələ. Biz getdikcə daha aydın şəkildə görür və dərinliklərə baş vurduqca  hiss edirik ki,  Xalidə  Hicran kamillik dərəcəsinə çatmaq üçün   erkən  yaşlarındaan çox  çətin və şərəfli bir yol keçmişdir.  Və o bədii yaradıcılığa da   rəssamlıqla yanaşı  gənc yaşlarından başlamışdır.  Elə həmin  dövrlərdən də   üç  əsas  amil  - yaradılış,  təbiət,  insan  və sevgi  onun yaradıcılığının  əsas aparıcı   mövzusuna çevrilmişdir.  Deyim ki,  Xalidə   Hicran  bayağı, şit, görüntü təsiri bağışlayan   düşündürücülüklə  məşğul  olmaq   və  filosof kimi   görünmək  istəyindən çox- çox  uzaq  olan  müdrik bir şairdir.
Şeirlərində, qəzəllərində və məsnəvilərində olduğu kimi   sərbəst beytlərində də  Xalidə  xanım  sevgini  uca tutmuş və onu daha yüksək  səviyyəyə qaldırmışdır. Bu sevgi  heç  zaman solmayan   ilahi bir  güc,   əbədi  həyat   cövhəridir.
Şair  yazır:
Sevgi  dolmuşsa  əgər kinlə  vuran bir  ürəyə,
İstəyər  ilk  gecədən  kinləri  qəlbdən  kürüyə.
Və  yaxud:
Sevgi  ilə  var  olanlar  bil  ki,  ölməz  həyatda.
O biri  dünyada  da   eşq  yaşadacaq  hətda.
Türk – islam  təfəkküründən, mədəniyyətindən  və  əxlaqından   qaynaqlanan   Xalidə  Hcran  poeziyası   və  onun  sevgisi  bəzən  özünün  elə apagey  zirvəsinə  ucalır ki,  ordakı deyilən fikirlər  və  sözlər daha geniş anlamda  başa  düşülür,  duyulur   və bəşəri  əhəmiyyət  kəsb edir.  Getdikcə daha  aydın   hiss olunur ki,  Xalidə  Hicran  sevgisi  kini, küdrəti, pisliyi, xəyanəti  sevmir. O. bəşəridir, bu  sevgi  irqindən,  dinindən, cinsindən asılı olmayaraq  hamı üçündür. Bu  bəşəri  sevgi  isanlara  yalnız  xöşbəxtlik,  səadət,  sülh,  əmin – amanlıq  gətirir.  Onları qara  qüvvələrdən,  bəd  niyyətlərdən  qoruyur.  Bu sevgi  kinlə  döyünən bir  ürəyə  dolarsa  tez  bir  zamanda  onu  ordan  çıxarar.  Ətirli,  zərif, incə, gözəl  bir dağ  çiçəyinə  çevrilib  rahatıq, saflıq, gözəllik gətirir.  Və  hər  iki  dünyanın  solmayan  sevgi  dolu  möhtəşəm  bir  məhəbbət  məbədinə  çevrilir.  Ona  gərə də  Xalidə  Hicran  sevgisini  fərdiləşdirmək  olmaz.   O, artıq çoxdan  öz varlığı, mənəvi dünyası, yaradıcılığı, sevgisi ilə  sayılacaq  qədər  az olan   şəxsiyyətlər sırasına daxil olmuşdur ki,  onların həyatı da, özləri də , fəalyyəti də  insanlar üçün  bir örnək, bir nümunədir.  Məhz buna görə də  janrından, həcmindən asılı olmayaraq , dediyimiz kimi, Xalidə  Hicran poeziyasında ümumiyyətlə, onun  bütün bədii yaradıcılığında   hər kəsin öz payı,  öz istəyi və  öz  marağı var.  Yetər ki,  bu poeziya  ilə yaxından tanış  olasan.
Şair  yazır:
Eşq  nədir,  ruha  qida,  eşqsiz  həyata  et  vida,
Eşq gözəllikdir  ki, onsuz heç  nədir  bu  dünya da.
Eşq ruha qidadır, onsuz həyat yoxdur. Eşq gözəllikdir, onu heç nə ilə əvəz etmək olmaz. Hətta  dünyanı da  gözəlləşdirən,  mənalandıran , əlavə dəyərlər və  şirinliklər  verən də  eşqdir.  Onda  elə  ilahi bir güc  var  ki,  qarşısında heç nə dayanmz, heç nə tab gətirməz.  Necə   ki,  şair  təsvir  edir :
Aşiqin  eşq  sitəmi   min  bəladan  da  olar  betər,
Bu  eşq  havasından  bil  ki,  ildırım da  yan  keçər.
Görəsən şair   “ bu  eşq  hvası “ deyəndə  nəyi  nəzərdə  tutur?  Bu  “hava”   nədir ki,  ildirim  da ondan yan keçir?  Deyim ki, Xalidə  Hicran   bir  rəssam   kimi  bəzən  poetik  sözün, ifadənin daxilən  şəklini  çəkib  oxucuların  gözündə elə canlandirir ki,  adam  sanki  oxumur,  hadisələri canlı  seyr edərək  onun  müşahidəçilərinə  çevrilir.   Odur  ki, “ eşaq  havası”   burda  bütün  mənası ilə , dəyəri ilə,  gücü ilə  oxuculara  aydınlaşır  və  oxucu  heç  bir əziyyət   çəkmədən  şairin  fikrini tam  başa  düşür. O başqa bir sözlə ifadə olunsaydı, bəlkə də bu effekti verməzdi.
Şair  başqa  bir  beytində  yazır:
Axıb  getsə  bu  göz  yaşın,  qəmi – hicranın  azala,
Gərək,  qəmgin  taleyinə   Yazan  başqa  qələm  çala.
“Eşq  havası”  kimi  burda   “ qələm  çalmaq”  ifadəsi  də  düşündürücüdür.  Müdrik  xalq  təfəkküründən  süzülüb gələn  bu  cür  ifadələr çox  böyük mənalar kəsb edib  oxucularda  dərin  fikirlər  formalaşdırır. Əgər biz  el arasında  ən  cox  işlədilən  “ külünc  çalır “  əvəzinə   “Külünc  vurur”   ifadəsini işlətsək,  Fərhadın   necə  böyük  işlər  gördüyü  və   xarüqələr  yaratdığı  anlamına gələ  bilmərik.     Xalidə  xanımın  bu  beytdəki   fikrini düzgün başa düşmək lazımdır ki,  burda  “qələm  çalmaq”  ifadəsi   Yazanın,  yəni cənab  Allahın  böyük  qüdrət  sahibi olduğunu  vurğulmaq deyil  (  bu  fikrin deyilməsinə  heç ehtiyac da yoxdur )   eşq aşiqinin  necə  ağır  bir  tale sahibi olduğunu  diqqətə  çəkməkdir.   Budur  Xalidə xanımın sözdən yerində istifdə  etmək  bacarığı  və  istedadı.
Xalidə  Hicran  hər bir şeirində, o cümlədən sərbəst beytlərində də  qızılgülün, dağ  laləsinin,  iydə  çiçəyinin,  mütəfəkkir bir  şair taleyinin   ətri, gözəlliyi var.  Bu ətirlərdə hər bir həssas oxucu öz taleyinin bənzərsiz məqamlarını, anlarını tapır və  acılı- şirinli xəyala dönmüş  illərini  xatırladıqca daha mənalı və sevdalı bir ömür yaşamağa  səy göstərir.  Bu beytlər insanları  mənfiliklərdən, pis əməllərdən qoruyur,  həyat yollarında  onlara  yardımçı olur.  Eyni  zamanda  bu  insanların mənəvi  etik,  estetik  durumunu ,  dünyaya  baxışını  dəyişdirir,  inkişaf etdirilməsinə  və  formalaşdırılmasına  təsir  göstərir.
Xalidə  Hicran  bayağılıqdan,  sünilikdən sözçülükdən çox  uzaq,  insan həyatının,  insan  ömrünün ən  dərin  qatlarında  yer alan,  onu daha da mənalandıran və  şərəfləndirən  dəyərlər  aşılayan şeirləri  ilə   hər səhifədə  diqqəti  cəlb  edir:
Bu  dünya  bərqərar  olmuş  eşqlə  sevgi  üstündə,
Azalsa onlar  insanda, həyat  qalmaz  yer  üzündə.
Və  yaxud:
Ey  gülüm,  ey  dildarım,  ey   fəsli  yazım,  baharım,
Sənsiz, inan ,  min  il  olur  hər  zamanım, hər  anım.
Daha  heç  istəmirəm, səndən,  əzizim,   nə  isə,
Necə  de  bəs  yaşayım  ki,  ürəyim   səndədirsə?
Xalidə Hicran poeziyasında  qəzəllər, məsnəvilər, hekayətlər, qitələr və.s. ədəbi janrlarla yanaşı  şifahi xalq ədəmiyyatımızın ən geniş yayılmış formalarından biri olan  bayatılar da xüsusi yer tutur. Xalqın ürək sözlərinin ifadəsi, tarixin yaddaşı olmuş hadisələri bir növ özündə əks etdirən bayatılar həmişə canlı ikişaf yolu keçmiş, formalaşmış  və  bu günkü  yüksək mərhələsinə çatmışdır.
Xalidə Hicranın bayatıları  sadəlik və mürəkkəbliyin,  aşıkar və gizliliyin, ilkinlik və  müasirliyin  maraqlı vəhdətilə diqqıtli oxucuların heyrətinə səbəb olur. Burada daxili ritm,  bədii nitqin poetik janra və məzmuna uyğun ahəngdarlığı oxucuların marağını daha da artırır.  Xalidə xanımın bayatı janrında yazdığı poetik nümunələrin ən böyük uğuru onun özünün, yəni  müəllifin ətraf mühiti, dünyanı öz içində görməsi, duyması, lakin bu zaman baş vermiş hadisələri  və olayları  özünün təxəyyülü, fantaziyası ilə deyil,  real həyat həqiqətlərinin yaratdığı  gerçəkliklərlə dəyərləndirilir. Xcalidə Hicran poetikasının uğuru da  məbz bundadır. Asif  Hacılı  özünün “ Bayatı poetikası”  kitaabında yazır ki,  “bayatıların tam və qəti dərki ümumən mümkün deyil, buna yalnız cəhd oluna bilər və bu cəhdlərin özündən  doğan yeni, daha qəliz suallar  insanı bir daha   “anlamaq dərdinə”  salır. Mənə elə gəlir ki, bayatıların müdrikliyi də  məhz elə bununla səciyyələnir. Asif  Hacılı daha sonra davam edərək yazır : “Burada hazır cavablar yatmır,  bayatı insanı fikrə,  düıüncəyə sövq edir və bir- birinə calanan  sonsuz suallar doğurur, bayatıların məzmunu mahiyyətcə tükənmir – məsələ mətnin yeni dərkində, əvvəl  sorğulanmamış  mətləblərin aranmasındadır”.
]]></description>
<category><![CDATA[gundem          / yazarlar          / Mədəniyyət]]></category>
<dc:creator>admin</dc:creator>
<pubDate>Fri, 05 Sep 2025 07:39:57 +0400</pubDate>
</item></channel></rss>