http://www.bizimyol.info/az/wp-content/uploads/2018/02/izzet_bagirov_035-e1517580554191.jpg














Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda və qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Tural Cahangirov, müğənni İzzət Bağırovun sürücüsü Elçin Cavadzadə və Rəsul Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə müğənni İzzət Bağırov ifadə verərək, bildirib ki, zərərçəkmiş Elməddin adlı şəxs onu təhqir edib və mübahisə bundan sonra başlayıb: “Səhnədə olan vaxt operator məni çəkirdi. Elməddin də operatorun üstünə qışqırdı ki, məni yox, onu çəksin və sonra ünvanıma nalayiq sözlər işlətdi. Onu tərbiyəli davranmağa dəvət etdim. Dedim ki, istəmirsə, mən oxumaya bilərəm. 7-8 ilin sənətkarıyam bu cür hərəkət yaraşmaz. Bundan sonra mikrofonu söndürüb səhnədən getdim. Sonra baş verənlərdən xəbərim olmayıb”.

Proses fevralın 9-da davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin yayında paytaxt sakini Novruz Aslanlının restoranda təşkil etdiyi şənlik zamanı qonaqlardan biri ilə müğənni İ.Bağırov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Müğənni buna etiraz əlaməti olaraq mərasimi yarımçıq tərk edib. Bu isə mərasimin təşkilatçısının narazılığına səbəb olub.

N.Aslanlı və qohumları ilə İ.Bağırovun sürücüsü, habelə restoranın əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı N.Aslanlının başına küt alətlə zərbə endirilib.

Hadisəni törədən şəxslər saxlanılıb./APA

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər