gundem / hadise
25.07.2026
53 yaşlı kişini qatar vurub öldürdü

Hacıqabulda qatar 53 yaşlı kişini vuraraq öldürüb
DogruXeber.tv xəbər verir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib.
Belə ki, Bakı-Gürcüstan sürət qatarı Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Ataşov Arif Şirin oğlunu vuraraq öldürüb.
Meyit tanınmaz hala düşüb. Faktla bağlı araşdırma aparılır.(nocomment.az)


