hadise
18.01.2020, 11:30
Mikroavtobus süpürgəçini vuraraq öldürdü

Bərdədə mikroavtobus süpürgəçi qadını vuraraq öldürüb.
dogruxeber.tv-ın məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.
Rayonun Lək kənd sakini Abdullayeva Aidəni yolun kənarını süpürərkən maşın vurub.
Qadın xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo


