hadise
15.02.2019, 19:26
Marşrut avtobusu qadını vuraraq öldürdü

İsmayıllı rayonunda marşrut avtobusu qadını vuraraq öldürüb.
dogruxeber.tv report-a istinadən məlumatına görə, rayon sakini Nərgiz Bağıyeva yolu keçərkən 2 saylı marşrut avtobusu onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, N.Bağıyeva İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında operator vəzifəsində çalışırmış.
Faktla bağlı araşdırma aparılır.


