Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

​“DogruXeber.tv” informasiya portalının baş redaktoru, jurnalist Kamal Əsgərov “Facebook” səhifəsində səhiyyə ilə bağlı maraqlı fikirlər bildirib.

Aprelin 17-də Anar Bayramovun TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin olunmasından sonra başlanan kadr dəyişiklikləri cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Aparılan islahatlar ümumilikdə müsbət qarşılanır və bir çoxları tərəfindən gecikmiş, lakin zəruri addım kimi qiymətləndirilir.

Qeyd etməliyik ki, DoğruXeber.tv olaraq bu gün vəzifədən azad edilən bəzi rəhbər şəxslər – o cümlədən Nurəngiz Bəşirova, Səkinə Sadıxova və digərləri ilə bağlı vaxtilə dəfələrlə ictimaiyyətə məlumatlar təqdim etmişdik. Həmin materiallarda onların fəaliyyətində yol verilən nöqsanlar, eləcə də bir qrup tibb işçisinin açıq narazılığı və etirazları yer almışdı.

Xüsusilə Səkinə Sadıxova ilə bağlı yayımlanan məlumatlar cəmiyyətdə ciddi rezonans doğurmuşdu. Onun fəaliyyəti ilə əlaqədar maliyyə pozuntuları iddiaları üzrə aparılan araşdırmaların nəticəsiz qalması, daha sonra isə yenidən rəhbər vəzifəyə təyin olunması ictimaiyyətdə suallar və narahatlıq yaratmışdı.
Bu baxımdan, hazırda həyata keçirilən kadr dəyişiklikləri yalnız inzibati qərar deyil, eyni zamanda illərdir səsləndirilən narazılıqlara verilən gecikmiş reaksiya kimi də dəyərləndirilir.

https://dogruxeber.tv/2025/12/05/aradrlan-rhbr-yenidn-vzifd-tbb-in-kadr-siyastind-nlr-ba-verir.html

https://dogruxeber.tv/2020/09/26/xocavnd-rayon-cra-bas-v-qarda-haqqnda-maraql-mlumatlar-vdeo.html

https://dogruxeber.tv/2022/03/30/beylqan-xstxanasnn-ba-hkimini-nrngiz-birova-tyin-etdirib.html

https://dogruxeber.tv/2021/11/01/beylqann-ba-hkimi-il-bal-ok-dda-bel-deyirlr.html

Anar Bayramovun sərgilədiyi mövqe, atdığı addımlar cəmiyyətdə ədalətli yanaşma kimi qəbul olunur və təqdirlə qarşılanır. İctimai rəy belə bir qənaətdədir ki, səhiyyə sistemində başlanmış bu dəyişikliklər davamlı olarsa, yaxın gələcəkdə sahədə müsbət dönüşə səbəb ola bilər.

Son xəbərlər

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Bütün xəbərlər