“Mayomed” klinikasında qanunsuz kosmetoloji fəaliyyət

“Mayomed” klinikası barəsində qanunsuz fəaliyyət iddiaları

dogruxeber.tv: - Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Mayomed” klinikası barəsində sosial şəbəkələrdə tez-tez tirajlanan qanunsuz fəaliyyət iddiaları ictimaiyyətdə ciddi narahatlığa səbəb olub.

Daxil olan məlumatlara görə, klinikada Əmrah Mehdiyev adlı şəxs və onunla birlikdə bir sıra diplomu və rəsmi icazəsi olmayan şəxslər tərəfindən kosmetoloji prosedurlar həyata keçirilir. İddialara əsasən, bu şəxslər heç bir tibbi səlahiyyətə malik olmadan pasiyentlər üzərində estetik və tibbi müdaxilələr aparırlar.

Qeyd edək ki, bir neçə həftə öncə “Baku.tv” telekanalının əməkdaşları tərəfindən aparılan jurnalist araşdırması zamanı “Mayomed” klinikasında bir sıra nöqsanlar üzə çıxarılmış və bu barədə video material sosial media platformalarında yayımlanmışdı. Klinikanın müdiri vəzifəsində çalışan Ceyhun adlı şəxs isə iddiaları təkzib edərək işçilərin hamısının diplom və sertifikatla təmin olunduğunu bildirmişdi.

Lakin səhiyyə sistemində son dəyişikliklər və Səhiyyə Nazirliyinin yeni qərarları ilə əlaqədar olaraq, klinikada çalışan bəzi qeyri-peşəkar və qeyri-legitim “həkimlərin” rəsmi şəkildə işdən azad edildiyi bildirilsə də, etibarlı mənbələr həmin şəxslərin gizli şəkildə fəaliyyətlərini davam etdirdiyini iddia edir. Ceyhun adlı rəhbər isə media nümayəndələrinə bu şəxslərin artıq klinikada çalışmadığını sübut etmək üçün sənədlər təqdim etsə də, real vəziyyətin fərqli olduğu iddia olunur.

Bu səbəbdən, Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən klinikada geniş və obyektiv araşdırmanın aparılması tələb olunur. Əgər deyilənlər təsdiqini tapsa, bu zaman birbaşa pasiyentlərin sağlamlığının təhlükəyə atıldığı aşkar olacaq.

İnanır ki, aidiyyəti dövlət qurumları mediada yayılan bu tip məlumatlara biganə yanaşmır və bu məsələ ilə bağlı da ciddi reaksiya veriləcək. Əgər qanunsuzluqlar təsdiqlənsə, qanunvericiliyə uyğun şəkildə cavabdeh şəxslər barəsində hüquqi tədbirlər görüləcək və ictimaiyyətə rəsmi açıqlama təqdim olunacaq.//xalq.az

Son xəbərlər

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Bütün xəbərlər