Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

ATU Tədris Cərrahiyə Klinikasının həkim-uroloqu Əmrah Əliyev həbs olunub.

DogruXeber.tv Xitab24.az-a istinadən xəbər verir ki, o, insan orqanlarının alqı-satqısına cəhddə ittiham edilib.

Belə ki, Əmrah Əliyev 2024-cü ilin yanvar ayının sonlarında çalışdığı ATU Tədris Cərrahiyə Klinikasının kəskin qaraciyər sirrozu diaqnozu ilə müalicə alan Xalidə Qurbanəliyevaya 15.000 manat müqabilində könüllü donor tapacağını vəd verib.

Bundan sonra o, bu işdə digər təqsirləndirilən, iş yoldaşı, kiçik tibb qardaşı Murad Əliyevlə birlikdə klinikanın yaxınlığında yerləşən “Şor-Qoğal” adlı mağazada satıcı işləyən tanışının Xalidə Qurbanəliyeva ilə eyni qan qrupuna sahib olduğunu dəqiqləşdirib və ona 10.000 manat pul müqabilində qaraciyərinin bir hissəsini resipiyentə transplantasiya edilməsinə razı salıb.

Bundan sonra Əmrah Əliyev qadının transplantasiyaya uyğunluğunun mümkün olub-olmamasını dəqiqləşdirmək üçün sənədləri Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Koordinasiya Mərkəzinə təqdim edib. Bu zaman o, komissiya üzvlərinə guya Xalidə Qurbanəliyevanı əvvəllər tanıdığı barədə həqiqətə uyğun olmayan məlumatların verilməsi ilə bağlı həmin qadını təlimatlandırıb.

Cinayət əməlinin üstü isə Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının iclasında açılıb. Belə ki, könüllü donor kimi təqdim olunan qadının mobil telefona baxış zamanı həkim və onun arasında pul qarşılığında donor olması ilə bağlı yazışmalar üzə çıxıb, buna görə də transplantasiya qeyri-mümkün hesab edilib.

Bundan sonra həkim-uroloq bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib və insan orqanlarının alqı-satqısına cəhddə ittiham olunub.

Məhkəmənin hökmünə əsasən, Əmrah Əliyev və Murad Əliyev üç il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.

Bu işdə təqsirləndirilən İradə Məmmədova və Gülmira Şirinova da üç il müddətinə azadlıqdan məhrum edilsə də, onları cəzası şərti hesab olunub. Təqsirləndirilən qadınlardan biri ana, digəri isə onu qızıdır. Ananın qızını qanunsuz əmələ görə sövq etməkdə təqsirli bilinib. Onu da əlavə edək ki, Xalidə Qurbanəliyeva daha sonra Dövlət Gömrük Komitəsinin Hospitalında müayinə və müalicə edilib, buna baxmayaraq, həyatını itirib.

Son xəbərlər

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

Bütün xəbərlər