Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Daha öncə məlumat verildiyi kimi, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Vyetnamın Baş prokuroru Nquyen Tiyenın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov tərəfindən qəbul olunub.

Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev də iştirak edib. Tərəflər ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirib, iqtisadiyyat, ticarət, investisiya və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.

Bundan başqa nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarova tərəfindən qəbul edilib. Görüş zamanı ölkələrimiz arasında siyasi və diplomatik əlaqələrin inkişaf tarixinə nəzər yetirilib və müşahidə edilən müsbət dinamikadan məmnunluq ifadə edilib. Həmçinin, qanunvericilik aktlarının qəbul edilməsi və təkmilləşdirilməsi sahələrində parlamentlə prokurorluq orqanları arasında əməkdaşlıq təcrübəsi də müzakirə edilib.

Səfər proqramına uyğun olaraq, nümayəndə heyəti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində olub. Sədr Fərhad Abdullayev qonaqlara məhkəmənin fəaliyyəti və Azərbaycan Konstitusiyasında insan hüquqlarının təminatları ilə bağlı məlumat verib. Xüsusi qeyd edilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyin şərh edilməsi ilə bağlı məhkəməyə sorğuların ünvanlanmasında aktivliyi ilə fərqlənir.

Keçirilən görüşlər qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olub.

Qeyd olunanlardan əlavə, səfər proqramı çərçivəsində qonaqlar 7 saylı “ASAN xidmət” mərkəzində yaradılmış iş şəraiti, vətəndaş məmnunluğuna əsaslanan xidmət modeli, rəqəmsal idarəetmə və operativ xidmət mexanizmləri ilə yerində tanış olublar. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə ətraflı məlumat verib.

Həmçinin, nümayəndə heyəti səfər zamanı xalqımızın zəngin mədəni-mənəvi irsi ilə, o cümlədən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başa çatıb.

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Son xəbərlər

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

Bütün xəbərlər