Gömrük Xidmətinin nümayəndə heyəti İsraildə səfərdədir - FOTOLAR













Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir.

Unikal.org-un məlumatıan görə, İsrail Gömrük Xidməti rəhbəri Avraham Ben Ardetenin dəvəti ilə baş tutan səfər çərçivəsində dekabrın 16-də iki ölkənin gömrük xidməti nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu siyasət, iqtisadi islahatlar, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, qeyri-neft sektorunun inkişafı məqsədilə iqtisadiyyatın diversifikasiyasıistiqamətində görülən işlərdən danışıb.

Qeyd edilib ki, hökumətlərarası birgə komissiyanın iclasının protokoluna müvafiq olaraq, gömrük qurumlarına protokolda əksini tapan aidiyyəti məsələlərin müzakirə edilməsi və müvafiq işin aparılması tapşırılıb.

Səfər Mehdiyev, həmçinin Azərbaycan Respublikası və İsrail arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini, İsrail Gömrük Xidməti ilə əməkdaşlığa xüsusi önəm verildiyini bildirib, son zamanlar Azərbaycan gömrük sistemində aparılan islahatlar haqqında məlumat verib, eyni zamanda malların ixracı və idxalı zamanı tətbiq edilən təhlükəsizlik tədbirləri, riskin idarə edilməsi sistemi sahəsində İsrail tərəfi ilə qarşılıqlı təcrübə mübadiləsinin önəmindən bəhs edib.

İsrail Gömrük Xidmətinin rəhbəri Avraham Ben Ardete iki ölkənin gömrük orqanları arasında əlaqələrdən söhbət açıb, İsrail tərəfinin öz təcrübəsini bölüşməyə daim hazır olduğunu deyib.

Görüş zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev gömrük sisteminin təkmilləşdirilməsi üçün tətbiq edilən innovasiya metodları mövzusunda təqdimatla çıxış edib.

İsrail nümayəndələri isə bu ölkənin gömrük xidmətində malların ixracı və idxalı zamanı tətbiq edilən təhlükəsizlik tədbirləri, riskin idarə edilməsi sistemi, informasiya və kommunikasiya texnologiyalarına dair təqdimatlar keçirib.

Sonra gömrük işi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb və əldə edilən razılıqlar üzrə müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub.

Dekabrın 17-də Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti İordaniya Haşimilər Krallığı ilə sərhəddə yerləşən “Allenby” gömrük-buraxılış məntəqəsinə səfər edib, burada gömrük orqanlarının iş prinsipi ilə yaxından tanış olublar.


Gömrük Xidmətinin nümayəndə heyəti İsraildə səfərdədir - FOTOLAR

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər