“AzerGold”da Pakistanın “Frontier Works Organization” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan-Pakistan biznes forumu çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın “Frontier Works Organization” şirkətinin baş icraçı direktoru Abdul Saminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

QSC-dən "dogruxeber.tv"a bildirilib ki, dağ-mədən və geologiya sahələrində birgə əməkdaşlıq imkanları, ortaq layihələrin icrası perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə keçirilən görüşdə Zakir İbrahimov əvvəlcə ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif tərəfindən strateji əhəmiyyət kəsb edən bu əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

“AzerGold”da Pakistanın “Frontier Works Organization” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

İdarə Heyətinin sədri “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, səhmdar cəmiyyətinin strateji planları və dağ-mədən sektorunun inkişafı, habelə ətraf mühitin mühafizəsi tədbirləri, yüksək ekoloji standartlara cavab verən innovasiya və texnologiyalara keçid istiqamətində görülən işlər haqqında ətraflı bəhs edərək, ölkə hüdudlarından kənarda dağ-mədən layihələrinin icrasının QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib. O, bu xüsusda “Frontier Works Organization” şirkəti ilə filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı və istismarı sahəsində birgə əməkdaşlığın qurulmasının qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.

“Frontier Works Organization” şirkətinin baş icraçı direktoru Abdul Sami isə rəhbərlik etdiyi dövlət şirkətinin Pakistanda yol tikintisi, dağ-mədən sənayesi, enerji, müdafiə infrastrukturu və digər mühəndislik layihələrinin icrası üzrə ixtisaslaşdığını, “AzerGold” QSC ilə birgə həm Azərbaycan, həm də Pakistanda birgə geoloji kəşfiyyat və mədən layihələrinin icrası istiqamətində əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafında maraqlı olduqlarını qeyd edib.

“AzerGold”da Pakistanın “Frontier Works Organization” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

Görüşün yekunu olaraq “AzerGold” QSC və “Frontier Works Organization” şirkəti arasında əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi üçün məsləhətləşmələrin aparılması, dağ-mədən sahəsində məlumat mübadiləsinə dair Məlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement) sənədi, eləcə də əməkdaşlığa dair Anlaşma Memorandumunun hazırlanması və imzalanması barədə ilkin razılıq əldə edilib. Görüşdə, həmçinin “Frontier Works Organization” şirkətinin Baş icraçı direktoru cari ilin aprel ayında keçiriləcək Pakistan Mineral İnvestisiya Forumunda “AzerGold” QSC-ni iştiraka dəvət edib.

QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov dəvətə görə təşəkkür edib, qarşılıqlı səfərlərin həyata keçirilməsinin qurumlar arasında əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsi baxımından vacibliyi diqqətə çatdırılıb.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Son xəbərlər

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Bütün xəbərlər