“AzerGold” Afrika qitəsində Türkiyə şirkətləri ilə ortaq layihələrin icrasında maraqlıdır

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizdə səfərdə olan Türkiyənin Xarici İşlər Nazirliyinin Qərbi və Mərkəzi Afrika Baş İdarəsinin rəisi Şebnem Cenkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

QSC-dən "dogruxeber.tv"a bildirilib ki, “AzerGold” ilə Türkiyənin dövlət və özəl dağ-mədən şirkətləri arasında Afrika qitəsində birgə əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə təşkil edilən görüşdə Zakir İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Səhmdar Cəmiyyətin strateji planları və dağ-mədən sektorunun inkişafı istiqamətində görülən işlər haqqında danışıb.

“AzerGold” QSC-nin qardaş ölkənin aidiyyəti dövlət qurumları, eləcə də özəl şirkətlərlə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirən İdarə Heyətinin sədri Afrika və Mərkəzi Asiya ölkələrində dağ-mədən layihələrinin icrasının QSC-nin strateji planlarına daxil olduğunu, bu istiqamətdə Keniya, Konqo Respublikası, Niger, Mali, Burkina-Faso, Qvineya-Bisau kimi Afrika ölkələrinin müvafiq qurumları ilə çoxsaylı rəsmi və işgüzar görüşlərin keçirildiyini qeyd edib.

Zakir İbrahimov QSC-nin mineral resurslarla zəngin olan Afrika qitəsində Türkiyə şirkətləri ilə ortaq layihələrin icrasında da maraqlı olduğunu, həm geoloji kəşfiyyat, həm də əlvan və qara metalların hasilatı istiqamətində birgə əməkdaşlığın qurulmasına müsbət yanaşıldığını diqqətə çatdırıb.

Türkiyənin Seneqal, Liberiya, Əlcəzair, Niger və digər ölkələrdə dağ-mədən sahəsi üzrə fəaliyyət göstərdiyini qeyd edən Şebnem Cenk Afrika ölkələrinin potensialı nəzərə alınaraq, bütün sahələrdə yüksələn xətlə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərinin sözügedən qitədə yeni əməkdaşlıqların qurulması baxımından da faydalı olacağına, bu əməkdaşlıqdan həm Türkiyə və Azərbaycanın, həm də Afrika ölkələrinin iqtisadi fayda əldə edəcəyinə əminliyini ifadə edib.

Görüşün yekunu olaraq, “AzerGold” QSC və Türkiyənin dövlət və özəl şirkətləri arasında Afrika qitəsində ortaq layihələrin həyata keçirilməsi məqsədilə əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi üçün məsləhətləşmələrin aparılması barədə razılıq əldə edilib.

Son xəbərlər

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bütün xəbərlər