“iPhone 18 Pro”nun qiyməti açıqlandı

“Apple” şirkətinin payızda təqdim edəcəyi flaqman modeli “iPhone 18 Pro”nun ilkin satış qiyməti gözləniləndən xeyli baha ola bilər.

DogruXeber.tv xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Belə ki, smartfonun baza versiyasının qiymətinin 1299 dollardan başlayacağı gözlənilir ki, bu da hazırkı “iPhone 17 Pro” ilə müqayisədə 200 dollar bahadır. Qiymət artımının əsas səbəbi cihazın maya dəyərinin kəskin yüksəlməsidir. İstehsal xərclərinin artmasına birinci növbədə operativ (RAM) və fləş-yaddaş (daxili yaddaş) mikrosxemlərinin bahalaşması, həmçinin yeni aparat təminatı həllərinin tətbiqi təsir göstərir.

“TechInsights” araşdırma şirkətinin məlumatına görə, yeni nəsil smartfonlar üçün nəzərdə tutulan 12 QB-lıq operativ yaddaş dəstinin qiyməti cari modellərlə müqayisədə dörd dəfəyə yaxın arta bilər. Eyni vəziyyət daxili yaddaş bazarında da müşahidə olunur və burada da qiymətlər bir neçə dəfə yüksəlib.

Hesablamalara görə, dəyişikliklər fonunda baza “iPhone 18 Pro” modelinin maya dəyəri 582 dollardan 726 dollara qədər qalxa bilər. Cari gəlirlilik səviyyəsini qorumaq üçün “Apple” artan xərclərin bir hissəsini birbaşa alıcının üzərinə qoymağa məcbur olacaq.

Qeyd edək ki, “Apple”ın rəhbəri Tim Kuk artıq şirkətin yaddaş çiplərinin bahalaşması səbəbindən qiymətləri qaldırmağı planlaşdırdığını etiraf edib. O bildirib ki, texnologiya nəhəngi bu xərcləri artıq öz büdcəsi hesabına kompensasiya edə bilmir.

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər