Dünyada ilk "Potterphone": Harry Potter üslubunda Redmi Note 12 Turbo Harry Potter Edition təqdim edildi

Xiaomi yeni Redmi Note 12 Turbo smartfonunu və onun Harri Potterdən ilhamlanmış xüsusi versiyasını – orijinal dizaynı və temalı aksesuarları olan Redmi Note 12 Turbo Harry Potter Edition-ı təqdim edib.

"dogruxeber.tv" "GSMarena.com"a istinadən xəbər verir ki, bu “Potterphone” Warner Brothers şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Bu smartfona əlavə olaraq, onun qutusunda orijinal dizayn edilmiş aksessuarları tapmaq olar.

Məsələn, SİM çıxarma düyməsi Harri Potter dastanının qəhrəmanlarının Sehrbazlıq Dünyasında göründüyü 9-cu və 3/4 platformanı xatırladır.

Smartfonun özünə gəlincə, onun arxa panelində Hogwarts simvolu təsvir olunub və kameranın linzaları Harri Potter eynəklərinə bənzəyir. Onların yanında Harri Potterin alnındakı çapığa bənzəyən ildırım şəklində işarəni də görə bilərsiniz.

Android əməliyyat sisteminin dizayn mövzusu da Harry Potter üslubundadır.

Redmi Note 12 Turbo texniki xüsusiyyətləri
Redmi Note 12 Turbo Full HD+ (1080 x 2400 piksel) təsvir ölçüsünə və 120 Hz kadr tezliyinə malik 6,67 düymlük OLED ekrana malikdir. Cihaz Snapdragon 7 Gen 2 çipində işləyir.

Yaddaşa gəldikdə, bir neçə variant var:

256 GB fləş yaddaş, 8 GB RAM,
256 GB fləş yaddaş, 12 GB RAM,
512 GB fləş yaddaş, 12 GB RAM,
1 TB 16 fləş yaddaş, GB RAM.
Redmi Note 12 Turbo Harry Potter Edition, lakin 12 GB RAM və 256 GB fleş yaddaşa malik yeganə versiyada təqdim olunur.

Kamera sensorları üçdür:

64 MP, (geniş), 1/2", 0.7µm, PDAF, OIS
8 MP, f/2.2, 120˚ (ultra geniş), 1/4", 1.12µm
2 MP, f/2.4, (makro)
Selfie kamerasının sensoru 16 meqapikseldir.

Akkumulyatorun tutumu 5000 mAh, 67 Vt sürətli şarj dəstəyi ilə.

Bu smartfonun adi versiyasının qiyməti təxminən 305 dollar, eyni yaddaşa malik “Potterphone” isə təxminən 350 dollardır.

Onun Çində satışı cümə günü başlayacaq.

Beynəlxalq satışlarla bağlı hələlik məlumat yoxdur.

dogruxeber.tv
Samirə Əsgərova

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər