gundem / siyaset / dunya
15.06.2026
Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr
ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə danışıqlar uğursuz olacağı təqdirdə Vaşinqtonun yenidən hərbi əməliyyatlara başlaya biləcəyini bildirib.
DogruXeber.tv xəbər verir ki, bu barədə Tramp “The New York Times” qəzetinə müsahibəsində danışıb.
ABŞ lideri bildirib ki, Tehranla yekun razılaşma əldə olunmasa, Vaşinqton iki ssenaridən birini seçə bilər.
“Əgər İran ABŞ ilə yekun razılaşmaya nail ola bilməsə, ya hərbi zərbələri bərpa edəcəyəm, ya da Yaxın Şərqin “keşikçisi” rolunu üzərimizə götürəcəyik və bunun müqabilində region gəlirlərinin 20 faizini alacağıq”, - deyə Tramp qeyd edib.
Nəşrin məlumatına görə, ABŞ prezidentinin köməkçiləri İranın nüvə proqramı ilə bağlı danışıqların yeni mərhələsinin cümə günü İsveçrədə başlayacağını gözləyirlər.



