gundem / siyaset
15.06.2026
Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur".
DogruXeber.tv AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən "Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası" adlı panel sessiyada səsləndirib.
O bildirib ki, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə və ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcək.


