Rusiya XİN Türkiyə ilə danışıqların gündəmini açıqladı

Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvaya gözlənilən səfəri ilə bağlı mediaya açıqlama yayıb.

"dogruxeber.tv" xəbər verir ki, Rusiya XİN-in məlumatına görə, tərəflər ikitərəfli və beynəlxalq əməkdaşlığa dair geniş dairədə məsələləri müzakirə edəcəklər. Xüsusilə, Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi məsələsinin, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması və regionun postmünaqişə bərpasının ətraflı şəkildə nəzərdən keçirilməsi planlaşdırılır.

Rusiya və Türkiyə Cənubi Qafqazın sülh və sabitlik içində olmasında maraqlıdırlar. Tərəflərin fikrincə, buna “3+3” Regional Əməkdaşlıq Platforması çərçivəsində birgə səylərlə nail olmaq mümkündür.

Moskva Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayır.

Rusiya XİN qeyd edib ki, illərin sınağından çıxmış balanslı və dinamik Rusiya-Türkiyə siyasi dialoqu prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın mütəmadi təmasları sayəsində formalaşıb. Regional və beynəlxalq məsələlər üzrə sıx təmasların gücləndirilməsi məqsədilə nazirliklərarası məsləhətləşmələr aparılır və bu format effektiv və etibarlı əməkdaşlıq modeli kimi özünü doğruldub.

Sənəddə vurğulanır ki, Rusiya və Türkiyə Suriya və Liviyada vəziyyətin normallaşması prosesinə əhəmiyyətli töhfə verirlər.

Bundan başqa, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq, turizm, “Akkuyu” AES-in tikintisi, “Mavi axın” və “Türk axını” qaz kəmərlərinin istismarı olacaq.

“Rusiya tərəfi ümid edir ki, Moskvada keçiriləcək nazirlərin qarşıdakı görüşü iki dövlət arasında əlaqələrin dərinləşməsinə və regional təhlükəsizlik arxitekturasının formalaşmasına mühüm töhfə verəcək”, – deyə açıqlamada qeyd olunur.

Oxunub: 341

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər