gundem / siyaset
15.06.2026
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycan regionda davamlı sülh və sabitlik mühitinin yaradılması və qorunması istiqamətində qətiyyətli siyasət həyata keçirir.
DogruXeber.tv xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən "Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib.
O bildirib ki, ötən il Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması Cənubi Qafqazda vəziyyəti tamamilə dəyişib:
"Bu xüsusda, reallaşmaqda olan Zəngəzur dəhlizi həm Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini birləşdirəcək, həm də Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək".



